Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?

Dünya enerji bazarında qiymət dalğalanmaları davam etdiyi bir vaxtda Azərbaycan neftinin bir barelinin 124 dolları ötməsi diqqət çəkir. Bu göstərici ölkənin enerji gəlirləri və dövlət büdcəsinin imkanları baxımından mühüm müzakirə mövzusu yaradır. Ancaq neftin bahalaşması avtomatik olaraq eyni həcmdə əlavə büdcə gəliri demək deyil. Hasilat səviyyəsi, ixrac xərcləri, qiymətlərin davamlılığı və qlobal bazardakı vəziyyət də nəzərə alınmalıdır.
Neftin qiyməti bu səviyyədə qalarsa, Azərbaycan iqtisadiyyatı bundan nə qədər faydalana bilər və qiymətlərin yenidən enməsi hansı riskləri yaradar?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-da sualımızı bu cür cavabladı: "Azərbaycan neftinin dünya bazarında qiymətinin 124 dolları keçməsi, şübhəsiz ki, ölkəmizin maliyyə imkanları baxımından müsbət hadisədir. Lakin burada əsas məsələ neftin qiymətinin hansı həddə yüksəlməsi deyil, bu qiymətin nə qədər davam edəcəyi və yaranan əlavə gəlirlərin ölkə daxilində necə istifadə edilməsidir.
Oktyabrın 15-nə olan məlumata görə, Azeri Light markalı neftin bir barelinin CIF qiyməti 124,14 dollar təşkil edib. Halbuki Azərbaycanın 2026-cı il dövlət büdcəsi neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülməklə hazırlanıb. Deməli, hazırkı bazar qiyməti büdcə hesablamalarında nəzərdə tutulmuş səviyyədən 59,14 dollar və ya təxminən 91 faiz yüksəkdir. Bu, kifayət qədər böyük fərqdir. Ancaq bu fərqi birbaşa dövlət büdcəsinin əlavə gəliri kimi təqdim etmək düzgün deyil. Əslində, neftin bahalaşması ilk növbədə, Dövlət Neft Fonduna daxilolmaların artması üçün imkan yaradır. Digər tərəfdən, neft sektorunda fəaliyyət göstərən şirkətlərin mənfəətinin yüksəlməsi müvafiq vergi daxilolmalarına müsbət təsir edə bilər. SOCAR-ın maliyyə nəticələri də bundan faydalana bilər. Nəticədə ölkənin valyuta imkanları genişlənər, tədiyə balansının möhkəmlənməsi və strateji ehtiyatların artırılması üçün əlavə şərait yaranar. Bütün bunlar çox yaxşıdır. Ancaq neftin 124 dollar səviyyəsində uzun müddət qalacağına arxayınlaşmaq olmaz. Bu gün dünya enerji bazarında qiymətlərin yüksəlməsi geosiyasi qarşıdurmalar, təchizatın məhdudlaşması və digər müvəqqəti amillərlə bağlıdır. Bu amillər aradan qalxdıqdan sonra heç şübhəsiz qiymətlər sürətlə aşağı düşəcəkdir. Azərbaycan üçün əsas təhlükə də məhz müvəqqəti yüksək neft gəlirlərinə arxalanaraq uzunmüddətli büdcə öhdəliklərinin artırılmasıdır. Hesab edirəm ki, indiki şəraitdə hökumət neftin bahalaşmasından yaranan əlavə maliyyə imkanlarını ilk növbədə qeyri-neft sektorunun inkişafına xidmət edən struktur islahatları ilə əlaqələndirməlidir. Ölkədə sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi, emal sənayesinin inkişafı, regionlarda yeni istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ixracyönümlü istehsalın stimullaşdırılması prioritet olmalıdır. Xüsusilə regionlardan Bakıya və Abşerona əhali axınının qarşısını almaq üçün bölgələrdə real iqtisadi fəallığın artırılmasına ehtiyac var. Neftdən əldə olunan əlavə vəsaitlərin müəyyən hissəsinin bu istiqamətdə səmərəli investisiyalara yönəldilməsi uzunmüddətli perspektivdə daha böyük iqtisadi nəticələr verə bilər. Bir sözlə indiki durumda əsas məqsəd neftin qiyməti yüksək olduğu dövrdə daha çox pul xərcləmək deyil, neftin qiyməti aşağı düşəndə də iqtisadiyyatın dayanıqlı fəaliyyətini təmin edə biləcək mexanizmlər yaratmaq olmalıdır".
Sabiq nazir onu da bildirdi ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə neft gəlirlərinin əsasında qeyri-neft sektorunda davamlı gəlir yaradan iqtisadi fəaliyyəti formalaşdırmaqdır: "Əks halda, bu gün 124 dollarlıq neftdən qazandığımız əlavə vəsait sabah qiymətlər 45-50 dollara endikdə yenidən büdcə və iqtisadiyyat üçün ciddi problemlərin yaranmasının qarşısını ala bilməyəcək".
Dünən, 16:00
Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi
Dünən, 15:30
Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
Dünən, 14:22
Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...
Dünən, 13:13
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ - Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
Dünən, 13:08
Prezident onları təltif etdi - Adlar
Dünən, 12:15
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dünən, 11:40
Evlənənlər də, boşananlar da azalıb
Dünən, 11:37
Hərbçilərin pensiya təyinatında - Yenilik!
Dünən, 11:34
Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Dünən, 11:22
Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
Dünən, 11:18
15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
Dünən, 11:12
“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
Dünən, 11:01
Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
Dünən, 10:58
Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Dünən, 10:54
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
Dünən, 10:38
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Dünən, 10:34
Hesablama Palatasının strukturu dəyişir
Dünən, 09:57
Məsud Pezeşkian İrəvanda səfərdədir
Dünən, 09:53
Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama
Dünən, 09:50
Mətbuat Şurasının IX qurultayı keçirilir
Dünən, 09:47
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Dünən, 09:42
ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
Dünən, 09:39
Pedro Sançezə qarşı istintaq başladı
Dünən, 09:35
Milli Məclisin komissiyası bəyanat yaydı
Dünən, 09:32
Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
Dünən, 09:12
İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi
Dünən, 09:00
Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?