Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
Dunya
Oxunub: 20
16 okt 2026 | 15:30
Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar


Leonid Slutski Qarabağla bağlı mövqeyini açıq ifadə etmişdi – Rusiya Dövlət Dumasında beynəlxalq məsələlər komitəsinin rəhbərliyini itirən LDPR lideri indi kabinet davasına başlayıb

Rusiya Dövlət Dumasında yeni çağırışın ilk ciddi aparat qalmaqalı yaşanır. Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski beynəlxalq məsələlər komitəsinin rəhbəri vəzifəsini itirdikdən sonra bu postun yeni sahibi Pyotr Tolstoyla kabinet üstündə qarşıdurmaya girib.

Musavat.com-un “Meduza”ya istinadən verdiyi məlumata görə, Slutski komitə sədrinə ayrılmış tarixi Troekurov palatalarındakı kabineti boşaltmaqdan imtina edib. Qeyd edək ki, Rusiya parlamentində vəzifəsini itirən siyasətçi Azərbaycanın Qarabağ bölgəsinə münasibətdə açıq mövqeyi ilə də yadda qalıb. Slutski 2024-cü il sentyabrın 29-da Şuşada səfərdə olub. Həmin vaxt Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri olan LDPR lideri Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını dəstəkləyən bəyanatlar verib.

“Qarabağ Azərbaycandır!” – Slutski bu fikri Şuşada bir daha səsləndirib. O, Azərbaycanın mədəniyyət paytaxtında olarkən Qarabağın Azərbaycana məxsusluğunu qürurla ifadə etməyin vacibliyini vurğulayıb. Siyasətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, Qarabağda yeni infrastruktur layihələri həyata keçirilir, hava limanları tikilir və bölgənin iqtisadi inkişafı üçün şərait yaradılır. Slutski 2025-ci il aprelin 18-də Azərbaycan mediasına müsahibəsində də bu mövqeyini davam etdirib. O, Qarabağın Azərbaycanın tərkibindən çıxarılacağına ümid edən qüvvələrin belə gözləntilərinin əsassız olduğunu bildirib. Ermənistanın silahlanaraq Qarabağı geri qaytarmağa ümid etməməli olduğunu deyən rusiyalı siyasətçi Azərbaycanın hərbi baxımdan daha güclü olduğunu vurğulayıb.

Slutski Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyinə də toxunub. O, İrəvanın konstitusiyasında Qarabağa aid müddəaların aradan qaldırılmasını sülh prosesinin irəliləməsi üçün vacib məsələlərdən biri kimi göstərib. Beləliklə, Slutski həm Şuşaya səfəri, həm də Qarabağın Azərbaycanın tərkibində olduğunu açıq şəkildə bəyan etməsi ilə yadda qalıb.

Yeri gəlmişkən, son parlament seçkilərində Rusiya nəşrlərindən biri Azərbaycan diasporasının LDPR sədrinə səs verəcəyi haqda iddia da dərc olunmuşdu.

“Meduza”nın məlumatına görə, komitə sədrinin dəyişdirilməsinin arxasında Kremlə yaxın siyasi dairələrin mövqeyi dayanır. Nəşrin həmsöhbətləri Slutski ilə prezident administrasiyasının siyasi bloku arasında 2026-cı il seçki kampaniyası dövründə fikir ayrılıqları yarandığını da iddia edirlər. Onların fikrincə, beynəlxalq məsələlər komitəsinin rəhbərliyinin onun əlindən alınması bu gərginliyin nəticələrindən biri ola bilər.

Slutski isə komitə sədrliyi ilə vidalaşsa da, onun üzvlüyündə qalır və LDPR fraksiyasına rəhbərlik edir. İndi diqqət onun kabineti və komitə aparatına təsir imkanları ətrafında yaranmış qarşıdurmanın necə nəticələnəcəyinə yönəlib.
Dünən, 16:00
Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi
Dünən, 15:30
Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
Dünən, 14:22
Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...
Dünən, 13:13
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ - Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
Dünən, 13:08
Prezident onları təltif etdi - Adlar
Dünən, 12:15
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dünən, 11:40
Evlənənlər də, boşananlar da azalıb
Dünən, 11:37
Hərbçilərin pensiya təyinatında - Yenilik!
Dünən, 11:34
Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Dünən, 11:22
Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
Dünən, 11:18
15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
Dünən, 11:12
“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
Dünən, 11:01
Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
Dünən, 10:58
Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Dünən, 10:54
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
Dünən, 10:38
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Dünən, 10:34
Hesablama Palatasının strukturu dəyişir
Dünən, 09:57
Məsud Pezeşkian İrəvanda səfərdədir
Dünən, 09:53
Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama
Dünən, 09:50
Mətbuat Şurasının IX qurultayı keçirilir
Dünən, 09:47
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Dünən, 09:42
ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
Dünən, 09:39
Pedro Sançezə qarşı istintaq başladı
Dünən, 09:35
Milli Məclisin komissiyası bəyanat yaydı
Dünən, 09:32
Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
Dünən, 09:12
İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi
Dünən, 09:00
Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?