YAP açıqlama yaydı
Siyaset
Oxunub: 19
13 okt 2026 | 15:04
YAP açıqlama yaydı


Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.
Bu, Yeni Azərbaycan Partiyasının Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə cavab olaraq yaydığı açıqlamada qeyd edilib.

Vurğulanıb ki, YAP ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.

Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyimizi zəruri edir.

İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.

Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır. Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olmuşlar. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.

Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır.

Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturadan deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir.

Bu xüsusda xatırlatmaq istərdik ki, İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır.

Azərbaycan xalqı tarixən imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxmışdır. Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.

Azərbaycan xalqı öz milli-mənəvi və dini dəyərlərinə tarix boyu böyük hörmətlə yanaşmışdır. Ölkəmizdə dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərir və dini müxtəlifliyi cəmiyyətimizin zənginliyi hesab edir.

Təhsil sahəsində tətbiq olunan qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Buna görə də Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.

Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələr cəmiyyətdə qütbləşməni dərinləşdirir. Hesab edirik ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də ümumilikdə müsəlman dünyasının həmrəyliyinə xidmət edir. Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması isə xüsusilə yolverilməzdir. AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlər də Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurur.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol vermək olmaz. Burada söhbət məhz bir millətdən və iki müstəqil dövlətdən gedir. Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə qəbul etdirməsinə əsas vermir.

Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, öz dövlətçiliyini bərpa etmiş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil daxili və xarici siyasət həyata keçirən suveren dövlətdə yaşayır.

Yeni Azərbaycan Partiyası hesab edir ki, Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.

Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər".
Dünən, 16:00
Ermənistan parlamentində Zəngəzur qarşıdurması – Azərbaycan 60 hektar meşəni...
Dünən, 15:30
Zəngəzura görə İrandan birbaşa həmlə – Ermənistan müxalifətini hərəkətə gətirirlər
Dünən, 15:04
YAP açıqlama yaydı
Dünən, 14:22
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dünən, 13:59
Birgə Bəyanat qəbul olundu - Sənədlər mübadilə edildi - YENİLƏNİB
Dünən, 13:41
Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Dünən, 13:14
VPN-lərlə bağlı XƏBƏRDARLIQ! Ehtiyatlı olun
Dünən, 12:30
Rusiyalıların Avropada sərbəst gəzməsinə son qoyula bilər-ŞOK QƏRAR
Dünən, 12:00
Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
Dünən, 11:16
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı
Dünən, 11:12
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 10:57
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Dünən, 10:37
DYP-dən həmin qatar qəzası ilə bağlı xəbərdarlıq - Video
Dünən, 10:32
Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
Dünən, 10:06
İranlı nazirdən Bakıya səfəri ilə bağlı AÇIQLAMA - İki vacib sənəd HAZIRLANIR
Dünən, 09:58
Bakı Metropoliteninə 300 milyon ayrıldı
Dünən, 09:49
Moskvaya 400 PUA ilə DƏHŞƏTLİ HÜCUM - Sobyanindən TƏCİLİ AÇIQLAMA
Dünən, 09:44
“Sabah” Bakıda ilk ÇL matçına çıxır
Dünən, 09:41
Bu filmdə 2500 hərbçi, 42 XTQ döyüşçüsü çəkilib!
Dünən, 09:38
Aeroport yolunda qəza oldu - Tıxac yarandı - Foto
Dünən, 09:34
Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
Dünən, 09:30
Zəngəzurun taleyini dəyişəcək addım – Təsdiqə göndərirlər
Dünən, 09:12
İsrail prezidenti Azərbaycana gələcək – Bakı dialoq platformasına çevrilir?
Dünən, 09:00
Dini komitə sədrindən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
12-10-2026, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12-10-2026, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
12-10-2026, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar