Bakı Metropoliteninə 300 milyon ayrıldı

Asiya İnkişaf Bankı (AİB) Bakı metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.
AİB xəbər verir ki, bu maliyyələşdirmə Bakıda metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.
Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən və 2,6 milyard ABŞ dolları dəyərində olan Bakı metropoliteninin genişləndirilməsi proqramının bir hissəsidir. Proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, habelə metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.
"Bu layihə rəqəmsal texnologiyalar vasitəsilə Bakı metropoliteninin gələcəyin tələblərinə cavab verən şəhər nəqliyyatı sisteminə çevrilməsi istiqamətində mühüm mərhələdir. Qabaqcıl siqnalizasiya texnologiyası və inteqrasiya olunmuş rəqəmsal əməliyyat sistemləri mövcud xidmətləri daha təhlükəsiz və daha etibarlı edəcək, eyni zamanda, Bakının sürətlə genişlənən metro şəbəkəsi üçün səmərəli fəaliyyətin əsasını təşkil edəcək", - AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal bildirib.
Dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən idarə olunan Bakı metropoliteni paytaxtda ictimai nəqliyyat sisteminin mühüm hissəsidir. Metropoliten təxminən 41 kilometrlik dəmir yolu xətti boyunca 27 stansiyaya xidmət göstərir və 2025-ci ildə metro vasitəsilə təxminən 220,4 milyon sərnişin daşınıb.
Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi mövcud siqnalizasiya sistemini müasir, rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəz edəcək və əməliyyatların idarəetmə mərkəzini təkmilləşdirəcək. Bu investisiya vasitəsilə pik saatlarda qatarların daha qısa intervallarla hərəkət etməsi, həmçinin xidmətlərdə fasilələrə səbəb ola biləcək və sərnişinlərin təhlükəsizliyinə təsir edə biləcək əməliyyat hadisələrinin minimal səviyyəyə enməsi gözlənilir.
Siqnalizasiya sisteminin modernləşdirilməsindən əlavə, layihə korporativ fəaliyyət, aktivlərin idarə edilməsi, kibertəhlükəsizlik, sərnişin məlumatı və sərnişin sıxlığının idarə olunması üçün inteqrasiya edilmiş rəqəmsal sistemlərin tətbiqini nəzərdə tutur. Bu sistemlər yenilənmiş məlumat mərkəzləri və təhlükəsiz şəbəkə infrastrukturu ilə dəstəklənəcək. Bu investisiya "Bakı Metropoliteni" QSC-nin əməliyyatlara və quruma dair məlumatlardan daha səmərəli istifadə etməsinə, texniki xidmət və qərar qəbuletmə proseslərini təkmilləşdirməsinə, həmçinin enerji səmərəliliyini artırmasına imkan verəcək.
Həmçinin layihə texniki təlimlər və kadr potensialının inkişafı vasitəsilə "Bakı Metropoliteni" QSC-nin institusional potensialını və rəqəmsal imkanlarını gücləndirəcək. Bu layihə işə qəbul, təlim, sertifikatlaşdırma və karyera inkişafı tədbirləri vasitəsilə qadınların texniki və rəqəmsal sahəyə dair vəzifələrdə daha çox təmsil olunmasını təşviq edəcək.
Layihənin ümumi dəyəri təxminən 515,07 milyon ABŞ dollarıdır. Bu layihə üçün Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon ABŞ dolları həcmində birgə maliyyələşdirmə həyata keçirməsi, Azərbaycan hökumətinin isə 132,71 milyon ABŞ dolları həcmində maliyyə ayırması gözlənilir.
Dünən, 16:00
Ermənistan parlamentində Zəngəzur qarşıdurması – Azərbaycan 60 hektar meşəni...
Dünən, 15:30
Zəngəzura görə İrandan birbaşa həmlə – Ermənistan müxalifətini hərəkətə gətirirlər
Dünən, 15:04
YAP açıqlama yaydı
Dünən, 14:22
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dünən, 13:59
Birgə Bəyanat qəbul olundu - Sənədlər mübadilə edildi - YENİLƏNİB
Dünən, 13:41
Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Dünən, 13:14
VPN-lərlə bağlı XƏBƏRDARLIQ! Ehtiyatlı olun
Dünən, 12:30
Rusiyalıların Avropada sərbəst gəzməsinə son qoyula bilər-ŞOK QƏRAR
Dünən, 12:00
Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
Dünən, 11:16
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı
Dünən, 11:12
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 10:57
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Dünən, 10:37
DYP-dən həmin qatar qəzası ilə bağlı xəbərdarlıq - Video
Dünən, 10:32
Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
Dünən, 10:06
İranlı nazirdən Bakıya səfəri ilə bağlı AÇIQLAMA - İki vacib sənəd HAZIRLANIR
Dünən, 09:58
Bakı Metropoliteninə 300 milyon ayrıldı
Dünən, 09:49
Moskvaya 400 PUA ilə DƏHŞƏTLİ HÜCUM - Sobyanindən TƏCİLİ AÇIQLAMA
Dünən, 09:44
“Sabah” Bakıda ilk ÇL matçına çıxır
Dünən, 09:41
Bu filmdə 2500 hərbçi, 42 XTQ döyüşçüsü çəkilib!
Dünən, 09:38
Aeroport yolunda qəza oldu - Tıxac yarandı - Foto
Dünən, 09:34
Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
Dünən, 09:30
Zəngəzurun taleyini dəyişəcək addım – Təsdiqə göndərirlər
Dünən, 09:12
İsrail prezidenti Azərbaycana gələcək – Bakı dialoq platformasına çevrilir?
Dünən, 09:00
Dini komitə sədrindən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
12-10-2026, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12-10-2026, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
12-10-2026, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar