Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikə bilərik – Qüdrət Həsənquliyev

Mayın 25-də Həcc ziyarətinə gedənlər yola düşəcəklər. Əvvəlki illərdən fərqli olaraq Azərbaycana ayrılan kvota ilbəil azaldılmaqla yanaşı, sənəd qəbulu vaxtı da uzadılır. Digər mühüm məsələ isə son illərdə Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sayının azalması müşahidə olunmaqdadır.
bu məsələlərə aydınlıq gətirən Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sözlərinə görə, zəvvarların sayının azalması, daha çox dindarların sosial vəziyyəti ilə bağlıdır. “Amma buna baxmayaraq gedənlər var və Allah ziyarətə gedən bütün zəvvarlarımızn dualarını qəbul etsin, xalqımıza kömək olsun! İmkanlı dindarların demək olar ki, hamısı Həcc ziyarətinə artıq gediblər. Yeni şəxslərin varlanması, Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması isə xeyli çətinləşib”, - o qeyd edib.
Deputat əlavə edib ki, burada digər məqam isə dini maarifçilik nəticəsində dindarlar təkrar-təkrar Həcc ziyarətinə getməkdənsə xeyriyyəçiliyə üstünlük verirlər: “Həmin vəsaitlə universitetlərdən xaric olunmaq təhlükəsi ilə üzləşmiş 3-4 yoxsul tələbənin təhsil haqqını ödəyirlər, imkansız xəstələrin müalicəsinə yardım edirlər. Özləri isə yerli ziyarətgahlara üz tuturlar. Qafqaz Müsəlmanları İdarəsi dini maarifçiliklə ciddi məşğul olur, islahatlar aparılmasına öz töhfəsini verir, eyni zamanda Həcc ziyarətini də yüksək səviyyədə təşkil edir”.
Deputat onu da təklif edib ki, Azərbaycanda da xeyli sayda müqəddəs məkanlar var və bu məqsədlə ölkə daxilində dini turizmi inkişaf etdirmək vacibdir: “Bu həm ölkə turizminin, həm regionların inkişafına, həm də insanların sosial-rifah halının yaxşılaşamasına, bölgələrdə yeni iş yerlərinin açılmasına xidmət edər. Azərbaycanda çoxsaylı dini ziyarətgahlar var və biz bunları təkcə ölkə daxilində deyil, həm də xaricdə təbliğ etməklə ölkəmizə çoxsaylı turistlər cəlb edə bilərik”.
O hesab edir ki, bunun üçün ilk növbədə sərhədlər açılmalıdır: “Bundan başqa, məsələn, Naxçıvanda müqəddəs kitabımız - Quranda adı keçən Əshabi-Kəhf kimi məşhur ziyarətgah var. Hətta bu yaxınlarda Leyla və Arzu Əliyevalar həmin yeri ziyarət edərək, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşmalar etdilər. Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub. Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: “Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-Kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər”.
Hesab edirəm ki, biz, Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın. Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik.
Çoxsaylı zəvvarları qəbul etmək üçün Naxçıvanda yeni hotellər, sanatoriyalar və istirahət mərkəzləri tikilə bilər. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenlı Su Müalicəxanası mövcuddur. Təəssüf ki, nə Əshabi-Kəhf, nə də bu yerlər dünyada yaxşı reklam olunub, tanıdılmayıb. Qafqaz Müsəlmanları İdarəsi Naxçıvana yerli və xarici zəvvarların səfərini təşkil edə bilər. Bu, blokada vəziyyətində olan Naxçıvanın inkişafına da ciddi töhfə vermiş olardı. Azərbaycanın digər bölgələrində də ziyarət yerləri var, sadəcə onlar abadlaşdırılmalı və yaxşı tanıdılmalıdır”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü