Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
Siyaset
Oxunub: 183
13 may 2025 | 12:59
Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ


XİN başçısı Dehlidən çağırışlara reaksiya verdi; bəs sanksiyanın ölkəmizə hansı ziyanı ola bilər? - ekspertlərin rəyi

Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib.

İlk reaksiya verənlərdən biri Azərbaycan, Türkiyə və Özbəkistana turist səfərlərinin dayandırıldığını elan edən "Cox & Kings" olub.

“Son hadisələr fonunda biz Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün yeni turizm təkliflərini dayandırmaq qərarına gəldik. Bu qərar bizim və ölkəmiz üçün vacib olan prinsiplərə sadiqliyimizdən irəli gəlir”, - şirkətin direktoru Karan Aqarval bildirib.

Hindistanın "Ease My Trip" turizm agentliyi də “ölkə turistlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini” vurğulayaraq, oxşar mövqe tutub. "Travomint" şirkəti də Azərbaycan və Türkiyə ilə əməkdaşlığı tamamilə dayandırdığını elan edərək, müştərilərini bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırıb. Həmçinin Pickyourtrail.com eyni addımı atıb. Bundan sonra "Go Homestays" Türk Hava Yolları ilə ortaqlığını bitirdiyini açıqlayıb.

Az öncə Azərbaycan mallarının Hindistana idxalına embarqo qoyula biləcəyi haqda da xəbər yayılmışdı. Bütün hallarda Bakı və Ankaranın İslamabada dəstəyinin dəyişməyəcəyi şübhəsizidr. Çünki bu, bizim qardaşlığımızda “qırmızı xətt”dir.

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib: “Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.

Bəs boykot hədəsi nə dərəcədə təsirli və Azərbaycan üçün ziyanlı ola bilər? Hindistanın özü də ziyan görməzmi? Azərbaycan Hindistan mallarını boykot edəcəkmi?

Qeyd edək ki, ölkəmizə ən çox turist gələn ölkələrdən biri Hindistandır. Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib ki, bu da qarşılıqlı iqtisadi əlaqələrin müəyyən qədər fəal olduğunu göstərir. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb (onun 99%-dən çoxu - 730 milyon dollar) neft və neft məhsullarıdır, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. Onun da əsas hissəsini düyü təşkil edib. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7% azalıb.

Ölkə.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deyir ki, Pakistan və Hindistan arasında atəşkəs elan olunandan sonra sözügedən mövzu səngiyəcək: “Bu mövzunun daim gündəmdə olması o qədər də aktual olmayacaq. Həmçinin Hindistandan Azərbaycana uçan təyyarələrin reyslərinin ləğvi ilə bağlı hansısa bir rəsmi açıqlama yoxdur. Deməli, turların satılması hələ də davam edir. Dəqiq olan budur ki, gərginliyin olması Azərbaycan-Hindistan münasibətlərinə, ticarət dövriyyəsinə və turizmə gələcəkdə təsir edə bilər. Mal və məhsulların idxalına qadağa qoyulması ilk növbədə Hindistanın özünə ziyan vura bilər. Çünki bu ölkə Azərbaycandan yarım milyard dollara yaxın enerji məhsulları alır. Bunu əvəzləmək o qədər də asan deyil”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan həmin məhsulları başqa ölkələrə də sata bilər: “Bu, elə növ məhsullardır ki, bütün ölkələrdə alıcısı var. Hindistanın isə Azərbaycana ixracatında yerli məhsulların istehsalı önəmlidir. Onlar yerli istehsalı bir çox ölkələrə satmaqda maraqlıdırlar. Azərbaycan isə bu anlamda bazar nöqteyi-nəzərindən Hindistan üçün maraqlıdır. Buna görə də düşünürəm ki, piar və səs-küyə baxmayaraq, bir müdətdən sonra bu mövzu gündəmdən çıxacaq. Pakistan və Hindistan arasındakı atəşkəsə tam riayət olunduğunun və danışıqların intensivləşdiyinin şahidi oluruq”.

İqtisadçı hesab edir ki, ümumiyyətlə, Hindistandan turist axını dayanarsa, bu, müəyyən qədər təsir edər: “Çünki Hindistan son 1 ildə sürətlə ən çox turist göndərən ölkələr siyahısna daxil edilib. Azərbaycanda Hindistan turistlərinə sistemli şəkildə yanaşan hotellər, restoranlar var, onların gəlirliliyinə mənfi təsir edə bilər. Amma hələlik Hindistandan uçuşların qarşılıqlı dayandırılması ilə bağlı rəsmi məlumat yoxdur”.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirib ki, Hindistan və Pakistandan gələn turistlər Azərbaycan üçün əhəmiyyətlidir: “Azərbaycana turistlərin gəlməsi baxımından ilk onluqda elə bu ölkələrdir. Hindistan gələnlərin sayına görə 3-cü yerdədir. 2024-cü ildə Hindistandan 240 mindən çox turist Azərbaycana gəlib. Bu, əvvəlki dövrlə müqayisədə 50 faiz artım demək idi. İki ölkə arasında baş verən gərginliklə əlaqədar birbaşa reyslər ləğv olundu. Bununla bağlı həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayı kəskin şəkildə azaldı. Bu həm də siyasi motivlərlə bağlıdır. Azərbaycanın bu qarşıdurmada Pakistanı dəstəkləməsi və mövqe bildirməsi Hindistanı narahat etdi. Bu nöqteyi-nəzərdən Hindistandan turistlərin gəlməməsi ilə bağlı çağırışlar oldu. Hindistan böyük bazardır və xaricə çıxışları çoxdur. Bu mənada oradan gələn turistlərin azalması hansısa formada təsir edəcək. Buna görə də turist baxımından Azərbaycan bir və ya iki ölkədən asılı olmalı deyil. Bu, çox risklidir. Ölkəmiz yeni bazarlarla işbirliyindədir. Çinlə və Şərqi Avropa ölkələri ilə yaxınlaşmanın şahidi oluruq. Gələcəkdə Körfəz ölkələri ilə də işbirliyi olacaq. Bu da bir bazardan asılılığı aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə Özbəkistandan Azərbaycana birbaşa reyslərin sayı artırılır. Onun sözlərinə görə, Orta Asiya ökələrindən Azərbaycana kifayət qədər maraq var: “Oradan gələn turistlərin sayında da gələcəkdə kifayət qədər artım olacaq. Xüsusən türk dövlətlərinin yaxınlaşması turizm əlaqələrinin aktivləşməsinə müsbət təsir edəcək”.
Dünən, 16:00
Tramp istəsə belə, İranla müharibəni bitirə bilməyəcək
Dünən, 15:30
Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Dünən, 14:00
Trampdan Avropaya xəbərdarlıq: Dəstək verməsəniz çox pis olacaq
Dünən, 13:33
İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib
Dünən, 13:24
Bayram namazının vaxtı və fitrə zəkatının məbləği açıqlandı
Dünən, 13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Dünən, 12:24
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
Dünən, 12:19
İsrail 450.000 əsgər səfərbərliyə çağırır
Dünən, 12:11
“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bütün sosial ödənişlər ödənildi
Dünən, 11:33
Tramp İranın neft anbarı olan Xarq adasını ələ keçirmək istəyir - “Axios”
Dünən, 11:22
Ağ Ev: İrana hücum ABŞ-a 12 milyard dollara başa gəlib
Dünən, 11:08
İlham Əliyev onları təltif etdi
Dünən, 11:03
Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO
Dünən, 10:59
SEPAH: Müharibənin bitməsi Tehrandan asılıdır
Dünən, 10:54
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı
Dünən, 09:40
Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib
Dünən, 09:36
Bakıda moped divara çırpıldı, sürücü öldü
Dünən, 09:30
İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
Dünən, 09:27
Avtobusdakı görüntüləri gündəm oldu
Dünən, 09:23
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Dünən, 09:00
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR