Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar

1978-ci ildən bu yana Türkiyədə və regionda terror fəaliyyəti ilə tanınan Kürd Fəhlə Partiyası (PKK) özünü ləğv etdiyini açıqladı. Təşkilat həbsdə olan qurucu lider Abdullah Öcalanın məktubu və çağırışından sonra keçirilən toplantıda belə bir qərarın verildiyini bildirib.
PKK-nın bu addımı həm Türkiyə daxilində, həm də region ölkələrində siyasi və təhlükəsizlik baxımından yeni reallıqlar yarada bilər. Bəzi ekspertlər isə bunun problemin birdəfəlik həlli olmadığını və sonrakı müddətdə daha ciddi problemlərin meydana gələ biləcəyini düşünür.
Türkiyə 47 il sonra terror problemindən tamamilə azad olur? PKK silahı hansı şərtlər əsasında buraxır?
Ölkə.Az xəbər verir ki, globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, PKK-nın özünü ləğv etməsi, Türkiyə Respublikasının uzunmüddətli və gərgin strategiyasını təmsil edən aktın bir hissəsidir:
“Türkiyə dövlətinin “qara qutusu” adlandırılan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Abdullah Öcalana müraciətindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin terrordan qurtulma cəhdində yeni mərhələyə qədəm qoyduğunu bildirdi.
Ərdoğan və Baxçalının bu addımları, şübhəsiz ki, çoxlu hesablamalar və motivlərə əsaslanır. Yekun olaraq İmralıda həbsxana həyatı yaşayan Abdullah Öcalanın Türkiyə daxilində silahlı kürd üsyanlarını tarixə qovuşdurmaq üçün etdiyi çağırış Ankaranın dominantlığı ilə özünün məntiqi nəticəsinə yaxınlaşdı.
İndiki məqamda Ankaranı belə qəti addımlar atmağa vadar edən məsələlərin regional fonu da maraqlıdır. Məhz Türkiyənin Yaxın Şərqdə, o cümlədən, Suriyada üstün geosiyasi vitrində görünməsi PKK-nın da ləğvinin sürətlənməsinə start verdi. Dəməşqdəki müvəqqəti hökumətlə PKK-nın filialı olan Suriya Demokratik Qüvvələri arasında imzalanan razılaşma Ankaranın regiondakı qollarını qüvvətləndirir”.

Aqşin Kərimov
Analitikin sözlərinə görə, məhz bu hadisədən sonra Türkiyə ilə İsrail arasındakı qarşıdurma xətləri Suriyada hərbi toqquşma həddinə çatdı:
“Deməli, İsrailin yanaşmasının fonu, Türkiyənin PKK ilə qurduğu əlaqələrin yaradacağı geosiyasi düzəndə mövqelənməyə istinad edirdi. Görünür ki, indi Ankara ilə Təl-Əviv kürd koalisiyalarına vahid bir pəncərədən baxmaq üçün razılaşma əldə etmək səylərini davam etdirirlər. Bu fonda, İsraillə Türkiyə nümayəndələrinin Bakıda keçirilən görüşü də PKK mövzusundakı müştərək yanaşmaları izah edən faktora çevrilir. Türkiyə sözügedən terror təşkilat üzərindən qurulan ideoloji və silahlı mübarizənin təməllərinə sarsıdıcı zərbəni gerçəkləşdirdi. Mahiyyət etibarı ilə PKK-nın köhnəlməsi bölgədə geosiyasəti çevikləşdirəcək. Bu regionda türklərin və kürdlərin “hegemon güclərə” qarşı birlikdə dayanması zərurətinə istinad edərək irəliyə doğru yeni bir yolu göstərir.
Bunlara baxmayaraq bəzi suallar qalmaqdadır və onları belə qruplaşdırmaq olar:
– Ankara PKK-nın ləğvi ilə kənar aktorların hansı müdaxilələri ilə üzləşəcək?
– Təşkilatın İraqdakı və Suriyadakı qanadları Öcalanın çağırışına müsbət cavab verəcəkmi?
– Xaricdəki PKK təbliğatı əsasında formalaşmış kürd diasporu hansı reaksiyalarla meydanda görünəcək?
Hər halda, Türkiyənin dövlət strategiyası ona qarşı formalaşacaq yeni müqavimət oxuna uyğun cavablar hazırlayıb”.
Türkiyəli politoloq Həsən Barın isə hesab edir ki, PKK-nın silahı yerə qoyacağını bəyan etməsi ilk növbədə uzun illər bu terror təşkilatına qarşı mübarizə aparan və nəticədə on minlərlə şəhid verən Türkiyə dövləti və ordusunun böyük uğurudur:
“İndiyədək aparılan bütün danışıqlarda dövlətin mövqeyi aydın idi: “Əvvəl silahı yerə qoyun, sonra biz dövlət olaraq lazım olan addımları atacağıq.” Görünən odur ki, bu prinsip artıq öz nəticəsini verir.
Bundan sonrakı mərhələdə isə əsas məsələ PKK tərəfinin nə istədiyi və hansı tələblərlə çıxış edəcəyidir. Əgər tələblər Türkiyənin ərazi bütövlüyünü, xüsusilə sərhədlərini sual altına alacaq məqamları əhatə edərsə, o zaman silah yerə qoyma qərarı və ümumilikdə proses ciddi şəkildə çətinləşəcək. Bu səbəbdən PKK tərəfinin istəkləri ictimaiyyətdə təzyiq yaratmayacaq səviyyədə, məntiqli və qəbulolunan olmalıdır. Lakin “Biz silah qoyuruq, buna görə də istədiyimizi tələb etmək haqqımızdır” deyə də bilərlər. Əgər bu tələblər qəbuledilməz olarsa, həm Türkiyədə ictimai qınaq artacaq, həm də məsələ seçkilərə ciddi təsir göstərəcək. Belə bir vəziyyəti nə hökumət, nə də dövlət orqanları qəbul edə bilər”.

Həsən Barın
Politoloq vurğulayıb ki, burada diqqət yetirilməsi lazım olan əsas məqamlardan biri də hərbi-strateji yanaşmadır.
“Çoxlarının danışmadığı, diqqətdən kənarda qalan əsas məsələ budur ki, Türkiyədəki kürdlər PKK-nı, onun lideri Abdullah Öcalanı tanıyır və qəbul edirlər. Amma PKK-nın Suriya qolu olan PYD ilə aralarında emosional və ideoloji bağ yoxdur. PYD daha çox ABŞ və İsrail tərəfindən dəstəklənən, regionda başqa məqsədlərlə formalaşmış bir təşkilatdır. PKK ilə əldə edilən razılaşma sayəsində, Türkiyədəki tərəfdarların PYD-yə olan dəstəyi qoparılmış olur. Bu da o deməkdir ki, gələcəkdə PYD-yə qarşı keçiriləcək mümkün hərbi əməliyyatlara Türkiyə daxilində ciddi ictimai etiraz olmayacaq.
Bundan əlavə, əgər silah qoyma prosesi uğursuz nəticələnərsə, Türkiyə dövləti həm beynəlxalq, həm də daxili ictimaiyyətə bu mesajı verə biləcək: “Biz on minlərlə şəhid verdik, qazilərimiz var. Cəmiyyətin təzyiqlərinə baxmayaraq, dövlət olaraq sülhə üstünlük verdik. Amma PKK savaşı seçdi.” Beləliklə, qruplaşma həm daxili, həm də beynəlxalq səviyyədə barışmaz bir terror təşkilatı kimi təqdim olunacaq və Türkiyənin atacağı hərbi addımlar üçün haqlı əsas formalaşacaq.
PYD-nin bölgədə güclənməsi və gələcəkdə Türkiyədən, xüsusilə də cənub-şərq bölgəsindən torpaq iddia etməsi halında, artıq PKK ilə barışmış və sülh şəraitində yaşayan yerli əhali bu iddialara dəstək verməyəcək. Nəticə olaraq bu, gələcək illərdə meydana çıxa biləcək potensial təhlükələrin qarşısının indidən alınması deməkdir”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü