Netanyahunun Bakıya gəlməməsinin ilginc səbəbi – Bir gün öncə nə baş verib?
Siyaset
Oxunub: 163
8 may 2025 | 09:00
Netanyahunun Bakıya gəlməməsinin ilginc səbəbi – Bir gün öncə nə baş verib?


“İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri ilə bağlı bəzi qəribə məqamlar var. Əvvəlcə səfərin bir gün davam etməsi planlaşdırılmışdı ki, bu da normaldır. Mayın 8-də İlham Əliyevlə görüş, daha sonra yəhudi icması ilə görüş, Şəhidlər Xiyabanında Albert Aqarunovun məzarını ziyarət etmək proqrama daxil idi. Netanyahu biznesmenlər və İsrail ordusunun Azərbaycan əsilli zabitləri də daxil olmaqla 150 nəfərlik nümayəndə heyəti ilə gəlməli idi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında israilli tarixçi və politoloq Avraham Şmuleviç deyib.

Onun sözlərinə görə, iki dövlət arasında hərbi-siyasi, iqtisadi əməkdaşlıq sahələrində anlaşmalar ola bilərdi:

“Lakin sonra elan olundu ki, səfərin müddəti uzadılaraq beş gün təşkil edəcək, amma proqramda dəyişiklik olmadı, yəni mayın 8-dən sonra nə olacağı deyilmədi. Və Netanyahu “Şabat”ı Bakıda keçirəcəkdi. Bu, İsrail rəsmilərinin və ümumiyyətlə, beynəlxalq təcrübədə belə uzun və qeyri-müəyyən səbəbdən uzadılan ilk səfərdir. Ekspertlər düşünürdü ki, Azərbaycan vasitəçi rol oynayacaq.

İki mümkün variant var idi:

Birincisi, İran Prezidenti Bakıya səfər edərkən belə güman edilirdi ki, bəzi İran nümayəndələri Bakıda qalacaq və onlarla İsrail nümayəndələri arasında gizli görüşlər keçiriləcək.

İkincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin Netanyahu ilə eyni vaxta təsadüf edəcəyi ilə bağlı şayiə dolaşdı və təbii olaraq onların arasında görüş baş tuta bilərdi”.

A.Şmuleviçin sözlərinə görə, daha öncə İsraildə belə bir rəsmi məlumat yayılmışdı ki, Türkiyə hava məkanından Netanyahunun təyyarəsi üçün keçid icazəsi verib, ancaq Ankara bunu təkzib etdi:

“Xatırladaq ki, buna qədər Suriyada Türkiyə və İsrail qüvvələri arasında mümkün toqquşmaların qarşısını almaq məqsədilə texniki danışıqlar üçün Bakıya uçan hərbi ekspertlərin təyyarəsinə Türkiyə tərəfi keçid icazəsi verməmişdi. Və indi bu təyyarəyə icazənin verilməsi sadəcə xoş məram deyil. Güman etmək olar ki, Türkiyə ilə İsrail arasında birbaşa danışıqlar və ya nümayəndəliklər arasında görüşlər olacaqdı. Türkiyə tərəfi bəyan etdi ki, Netanyahunun təyyarəsinə keçidə icazə verilməsi ilə bağlı hər hansı razılaşma olmayıb və bunun ardınca Netanyahu səfəri təxirə saldı. O, Azərbaycana Gürcüstan tərəfdən Qara dəniz üzərindən keçməklə də gələ bilərdi, amma Türkiyənin bu açıqlamasından sonra Netanyahu səfəri təxirə saldığını elan etdi. Səbəb olaraq Suriya və Qəzzadakı vəziyyət göstərilsə də, bunun bəhanə olduğu bəllidir. Orada onsuz da vəziyyət gərgindir. Aydındır ki, Türkiyə ilə əldə olunan razılaşma gözlənilmədən Ərdoğan tərəfindən ləğv edilib və bu baxımdan səfərə mənasız kimi baxılıb”.

A.Şmuleviç bildirib ki, səfərin təxirə salınmasından bir gün öncə İsrail Suriyadakı prezident sarayı yaxınlığındakı hədəfə zərbə endirdi:

“İsrail Suriyanın druz icması ilə ittifaq bağlayıb. Əş-Şaraanın rəhbərlik etdiyi koalisiyaya daxil olan sünni radikallar, yəni ordunun rəsmi hissələri druzlara qarşı əməliyyata başladı. Bu səbəbdən İsrail druzların müdafiəsinə qalxacağını bəyan etdi və qabaqlayıcı tədbir kimi bu hücumu həyata keçirdi. Türkiyə F-16-ları ilə İsrail təyyarələrinə havada “xəbərdarlıq mesajı” verildiyi barədə məlumatlar yayıldı. Türkiyə mediası yazır ki, İsrail təyyarələri Suriya hava məkanını tərk etməyə məcbur ediliblər. Bu fakt təsdiq olunmayıb və İsrail sözügedən hücumu təşkil etməklə istədiyini həyata keçirdi.

Türkiyə Ərdoğan dövründə anti-İsrail mövqe tutur. Suriyada Türkiyə və İsrail qüvvələri mövcuddur. Görünür, Bakıda iki dövlət arasında normallaşma olmasa da, toqquşmalardan qaçmaq üçün anlaşma imzalana bilərdi. Amma Türkiyə tərəfinin İsrailə qarşı münasibətinin qəfil dəyişməsi ilə səfər təxirə salındı. Ola bilsin ki, Türkiyə tərəfi hansısa şərtlərin təmin edilməsini istəyir”.

Netanyahunun Bakıya gəlməməsinin ilginc səbəbi – Bir gün öncə nə baş verib?


Avraham Şmuleviç

O həmçinin qeyd edib ki, Netanyahu Vaşinqtona səfəri zamanı Donald Trampla görüşdə İrana zərbə endirməkdə israr edirdi:

“Tramp isə danışıqlar üçün səylərin davam etdirilməsinin tərəfdarıdır. ABŞ nümayəndəsi Mayk Uolts Netanyahunun İrana qarşı dərhal hərbi əməliyyatlara başlamasını dəstəkləyirdi və bu səbəbdən istefaya göndərildi. Ola bilsin ki, Ankara Tramp administrasiyasının İsrailə dost münasibətinin dəyişəcəyini düşündüyü üçün gözləmə mövqeyini üstün tutur.

Netanyahunun Bakıya səfər proqramı Azərbaycanla mühüm sənədlərin imzalanacağını deməyə əsas verir. Bu anlaşmalar həm İsrail, həm də Azərbaycana lazımdır. Müzakirə ediləcək mövzular var. Azərbaycan-İsrail münasibətləri inkişaf etməkdədir. Əgər Netanyahu ilkin proqrama – bir-iki günlük səfər fikrinə geri dönmədisə, demək, İsrail tərəfi Türkiyə ilə Azərbaycanın vasitəçiliyi ilə hansısa kontaktların bərpasına ümid edir. Qeyri-rəsmi məlumatlara əsasən, Ərdoğan Bakıya mayın 10-da səfər edəcək. O zaman Netanyahu Əliyevlə görüşdən və digər ziyarətlərdən sonra ən azı bir gün Ərdoğan Bakıda ikən orada qalacaqdı.

Netanyahu səfəri təxirə salmaqla bəlkə də ümid edir ki, Bakı səfərini Türkiyə ilə normallaşma üçün hansısa kontaktlar qurmaq məqsədilə istifadə edə bilər. Xüsusilə nəzərə alsaq ki, İlham Əliyev Türkiyə və İsrail arasında münasibətlərin yaxşı olması üçün çalışır. Ərdoğan isə ABŞ administrasiyasının münasibətinin dəyişib-dəyişməyəcəyini gözləyir. Yekunda Azərbaycanın vasitəçiliyi ilə danışıqlar bərpa oluna bilər”.
Dünən, 16:00
ABŞ-dan sensasiyalı açıqlama: Ukrayna–Rusiya mövzularının 90 faizi razılaşdırılıb
Dünən, 15:30
Diqqət! Mənzil bazarında yeni dələduzluq - ev almazdan öncə...
Dünən, 13:51
Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edildi - Fotolar
Dünən, 13:16
Yaşla bağlı dövlət qulluğuna xitam verilənlərə - Haqq ödəniləcək+Yenilənib
Dünən, 12:49
Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir
Dünən, 12:42
“Tonlarla kabab zibilə atılır, səs başağrılarına səbəb olur”
Dünən, 12:36
Xəstə uşaqlara yardım adı ilə 200 min pul ələ keçirdi - Kiberpolisdən əməliyyat
Dünən, 11:56
Deputatlardan toylarla bağlı etiraz: Yeni qadağa gəlir?
Dünən, 11:51
İlham Əliyev Bəhreynin Kralını təbrik edib
Dünən, 11:15
Azərbaycanda ƏDV qeydiyyatı ilə bağlı qaydalar dəyişir
Dünən, 11:02
İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:02
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Dünən, 09:56
Ağır qəza - 13 ölü, 11 yaralı
Dünən, 09:52
DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi - Video
Dünən, 09:32
Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür
Dünən, 09:27
Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb
Dünən, 09:00
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
15-12-2025, 16:02
Amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq
15-12-2025, 16:00
İsti vanna həvəskarlarına xəbərdarlıq
15-12-2025, 15:30
Uşağını bağçaya yollayan valideynlərin NƏZƏRİNƏ - Bunları mütləq bilməlisiniz!
15-12-2025, 14:50
Prezident İlham Əliyev 4 fərman imzaladı
15-12-2025, 14:44
Onlara "general" rütbələri verildi - ADLAR - SƏRƏNCAM
15-12-2025, 14:37
Prezident 8 sazişi təsdiqlədi: 7 ölkəyə vizasız səfər - Yenilənib
15-12-2025, 14:29
Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı
15-12-2025, 14:19
Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib
15-12-2025, 12:53
Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır
15-12-2025, 12:41
Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur - XƏBƏRDARLIQ