Paşinyan erkən seçkilərə getmək zorunda - Bakıdan tək çağırış
Siyaset
Oxunub: 228
15 apr 2025 | 14:22
Paşinyan erkən seçkilərə getmək zorunda - Bakıdan tək çağırış


Erməni cəmiyyəti stabil fikrə malik deyil, bu gün iqtidarı dəstəkləyirsə, sabah belə olmaya bilər; odur ki... - iki rəy

“Əgər Nikol Paşinyan payıza qədər hakimiyyətdən uzaqlaşdırıla bilməsə, hakimiyyət seçkilərə gedəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu “Ermənistan” blokundan olan revanşist deputat Qarnik Danielyan “Ermənistan xəbərləri” - NEWS.am-ın müxbirinə müsahibəsində deyib. Onun proqnozlarına görə, belə olan halda bütün siyasi qüvvələr istər-istəməz seçkilərə qatılmalı olacaq.

Danielyan həmçinin “daxilində hər şeyin rəvan getmədiyi” müxalifətin konsolidasiyasının vacibliyinə diqqət çəkib. “Bütün müxalifət qüvvələrin eyni ideyaya və yanaşmaya sahib olduğunu söyləmək yanlış olar. Belə olsaydı, Paşinyan indi hakimiyyətdə olmazdı. Fikir ayrılıqları olsa da, hər halda, "qırmızı xətləri" keçməmək lazımdır. Əgər problemlər varsa, onları aydınlaşdırmaq və həll etmək gərəkdir", - radikal müxalifətçi deputat qeyd edib və Gümrüdəki mer seçkilərindən sonra bütövlükdə ölkədə hakimiyyət dəyişikliyinə nail olmağa çalışmağın mümkünlüyü fikri ilə razılaşıb.

Paşinyan payızda erkən seçkilərə, onun ardınca konstitusiya referendumuna gedə bilərmi? O halda radikal-revanşist müxalifətin iqtidara qarşı vahid cəbhədə birləşməsi və qalib gəlməsi mümkündürmü? Azərbaycanın erkən seçkilərdən gözləntisi nədir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifovun “Yeni Müsavat”a dediyinə görə, Paşinyan çirkli siyasi gedişlərə yol versə də, bütövlükdə Ermənistanı gerçək bir dövlətə çevirməyə çalışır: “Paşinyan hakimiyyətinin istəmədiyi hər hansı seçkinin baş tutması mümkün deyil. Paşinyanın tərəfdaşlarına 70, müxalif qüvvələrə dəstək 30 faizdir. Bu barədə dəfələrlə bildirmişəm. Belə olmasaydı, 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən dərhal sonra keçirilən seçkilərdə Paşinyan qalib gələ bilməzdi. Paşinyan həm daxildəki siyasi rəqiblərinə yerini göstərdi, həm də xalqın böyük əksəriyyətinin onun tutduğu yolu dəstəklədiyini dünyaya nümayiş etdirdi”.

Ekspertin fikrincə, Paşinyan hakimiyyətinə qədər Ermənistan Rusiyanın açıq-aşkar forpostu rolunu oynayan, dırnaq arasında olsa da bir dövlət kimi qələmə verilən subyekt idi: “Paşinyan bu forpostdan dövlət düzəltməyə qalxdı. Ermənistan əhalisinin 2/3-dən çoxu da Paşinyanla birlikdə yaşadıqları ölkənin oyuncaq statusunun dəyişdirilməsi uğrunda mübarizəyə qoşuldu. Paşinyan çalışır ki, Rusiya və onun "5-ci kolon"u hakimiyyətə qarşı nə isə edə bilməsin. Heç şübhə etmirəm ki, o, 2019-cu ildə Şuşada yallı gedərkən də Qarabağın Azərbaycana qaytarılacağından əmin idi. Sadəcə, həmin dönəmlərdə o, bu məsələni dilinə belə gətirə bilməzdi, əksinə, ermənilərin başlarını Qarabağ eyforiyası dumanlandırdığı dövrd “Qarabağ Ermənistandır” deməliydi. Lakin zamanı yetişəndə Qarabağın Azərbaycana aid olduğunu dedi. Ermənistan Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaq istəsə də, edə bilmədi, çünki əks qüvvələr bundan hakimiyyəti devirmək üçün istifadə edə bilərdilər".

F.Yusifov hesab edir ki, Paşinyana erməni xalqını bu dəyişikliyin zəruri olduğuna inandırmaq üçün zaman lazım idi: “Bu gün həmin dəyişikliyi etməyə üz tutub. Bir sözlə, indi hansı müxalif deputatın necə boşboğazlıq etməsindən asılı olmayaraq, Ermənistanda seçkilərin nə vaxt keçirilməsi kimi məsələlər Paşinyan hakimiyyətinin istəyinə uyğun bir şəkildə həll olunacaq.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə belə hesab edir ki, Paşinyan referendum məsələsini çox yubatmamalıdır: “Qarnik Danielyan Kremlə yaxınlığı ilə seçilən, hətta müharibədən sonra Rusiyaya qarşı İrəvandakı kütləvi mitinqlərin keçirilməsinə etiraz edən rusiyameyilli siyasətçidir. Daha əvvəl radikal-milliyətçi "Voskanapart" könüllülərinin tərkibində olub və siyasi karyerası da məhz oradan başlayıb. Bir sözlə, Danielyanın fikirlərini Kremlin proseslərin axarına münasibəti kimi də dəyərləndirmək olar. Hazırda Ermənistan müxalifəti parçalanıb və Paşinyan əlindəki bütün rıçaqlardan, o cümlədən “həbs maşını”ndan istifadə edərək öz rəqiblərinin əl-qolunu bağlaya bilib. Əgər kənar müdaxilə olmazsa, Nikolu devirmək çətin görünür".

Onun qənaətinə görə, ıənar müdaxilə isə birbaşa Moskvadır: “Görünən odur ki, əgər Ukraynadakı savaş bu yay ərzində bitərsə, o zaman Rusiya Ermənistanda "qırmızı inqilab" həyata keçirəcək. Buna qədər Rusiyadakı erməni milyarderlərdən yeni siyasi fiqur hazırlayıb İrəvana göndərəcəklər. Rusiya Azərbaycanla sülh sazişinin imzalanmasını istəmir. Hətta yeni konflikt ssenarisini işə keçirmək üçün Azərbaycanla Ermənistan arasında boşluqlar axtarır. Son günlər atəşkəsin pozulmasının əsas sifarişçisi də Kremldir. Şimal qonşumuz əlində maşa kimi oynatdığı erməni zabitlərə birbaşa Moskvadan təlimatlar verir. Hadisələrin çıxış yolu isə Paşinyanın ən qısa zamanda seçkilərə, yəni referenduma getməsidir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından İrəvan rəsmi qaydada əl çəkməlidir. Bu, Paşinyanın hakimiyyətdə qalmaq şanslarını da artıracaq. Hətta sülh sazişinə imza atmaqla kapitulyantdan qəhrəmana çevrilə bilər. Təbii ki, bu, gələcək tarix üçün atılacaq addımdır. Üstəlik, erməni cəmiyyəti stabil fikrə malik deyil. Natamam təfəkkürü olan cəmiyyətdir. Bu gün erməni cəmiyyəti Paşinyanı dəstəkləyirsə, sabah belə olmaya bilər. Ona görə də referendum məsələsini çox yubatmamalı və növbəti ilə saxlamamalıdır".
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü