Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir
Siyaset
Oxunub: 213
8 mar 2025 | 09:23
Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir


Paşinyan hakimiyyəti içindən çıxılmaz dilemma qarşısında qalıb, çünki Rusiya kimi önəmli hərbi müttəfiqi ilə münasibətləri korlasa da, Ermənistan üçün Qərbdə yeni tərəfdaşlar qazanmağa nail olmayıb... Üstəlik, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasını gecikdirməklə, Ermənistanın gələcək taleyini də böyük risk altında buraxıb, Cənubi Qafqaza yerləşən Türkiyə faktorunu da nəzərə aldıqda, "erməni kataklizmi" uzaqda görünmür...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ermənistan "dərin uçuruma" doğru sürətlə irəliləməyə başlayıb. Belə ki, "erməni faktoru"nun beynəlxalq təhlükəsizlik sistemi artıq dağılmaq üzrədir. Rəsmi İrəvanın yürütdüyü yanlış xarici siyasət kursu iflasa uğrayır. Ermənistanın hazırda üzləşdiyi təhlükəli geopolitik situasiya da məhz həmin "xaotik xarici siyasət"in real nəticələrindən ibarətdir. Və bu nəticələrin daha ağır təsirləri isə yaxın gələcəkdə birbaşa ortaya çıxmağa başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin hər kəsdən faydalanmaq ehtirası əvvəl-axır Ermənistanı "geopolitik labirintə" salmalıydı və indi rəsmi İrəvan məhz bununla qarşı-qarşıya qalıb. Belə ki, Ermənistan məhz Kreml tərəfindən uydurulmuş, qondarma dövlətdir və onun mövcudluğu da həmişə elə Rusiyanın himayəsi ilə bağlı olub. Ancaq buna baxmayaraq, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqi Rusiyadan üz çevirmək variantı sınaqdan çıxartmağa üstünlük verdi. Və Qərbin timsalında Ermənistana yeni müttəfiqlər qazanmağa çalışdı.

950cd1f8868baa498d02174b760ce0d4.jpg (258 KB)

Məsələ ondadır ki, rəsmi İrəvanın Qərbə inteqrasiya siyasəti də məhz Rusiyadan uzaqlaşıb, ABŞ, Avropa Birliyi və Fransanın himayəsinə sığınmaq məqsədi daşıyırdı. Paşinyan hakimiyyəti hətta ABŞ ilə strateji tərəfdaşlıq sazişi də imzalamışdı. Üstəlik, Ermənistanın Avropa Birliyinə üzvlük qərarını təsdiqləyən sənəd parlamentin müzakirəsinə verilmişdi. Yəni, rəsmi İrəvan qeyri-rəsmi şəkildə Qərbin geopolitik müstəmləkəsinə çevirdiyi Ermənistanın rəsmən ABŞ və Avropa Birliyinin Cənubi Qafqazdakı vassalı statusu qazanmasına can atırdı. Və indi rəsmi İrəvan bütün niyyətləri boşa çıxmış, geopolitik hədəfləri iclasa uğramış vəziyyətə düşüb.

Maraqlıdır ki, Ağ Evdə indi heç kim ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişini xatırlamaq belə, istəmir. Yəni, ABŞ-a Ermənistan kimi faydasız strateji tərəfdaş lazım deyil. ABŞ-a lazım olmayan Ermənistanın Avropa Birliyi üçün əhəmiyyəti də indi ciddi suallar doğurur. Çünki Ukraynanı Rusiya ilə bölüşdürən ABŞ-ın strateji planları Avropa Birliyi üçün real təhlükə mənbəyinə çevrilib. Hətta Ermənistanın "böyük bacısı" Fransa ABŞ-ın öz ənənəvi müttəfiqlərini rəqibə çevirdiyini rəsmən etiraf edib. Və bu, Ermənistan üçün birbaşa neqativ təsirləri ola biləcək faktorlardan biridir.

Məsələ ondadır ki, indi Avropa Birliyi daha çox öz gələcək taleyini xilas etmək barədə düşünmək məcburiyyətində qalıb. Belə vəziyyətdə bu qurumun Ermənistanı düşdüyü "geopolitik labirint"dən çıxartmaq üçün zaman və maliyyə xərcləyəcəyi artıq qətiyyən inandırıcı görünmür. Üstəlik, Qərb iqtisadçılarının qənaətinə görə, Avropa Birliyi məkanında dərin böhtan qaçılmaz xarakter daşıyır. Və bu baxımdan, rəsmi İrəvan olduqca ciddi dilemma qarşısında qalmış kimi görünür.

6a795ec3-fc59-4257-8d33-f21dec4f0d48.jpg (253 KB)

Çünki Avropa Birliyində Ermənistanı onsuz da gözləmirdilər. Ancaq bu qurumun siyasi və maliyyə dəstəyi də ciddi suallar doğurduğu halda, Ermənistanın Avropa Birliyinə üzvlük niyyətini ifadə edən qanun layihəsinin parlamentdə təsdiqlənməsi rəsmi İrəvana yalnız əlavə problemlər törədə bilər. Yəni, rəsmi İrəvan Ermənistanı yanlış himayə çətiri altına sürükləməkdə davam edərsə, bunun neqativ nəticələrinə də mütləq hazır olmalıdır. Və bu nəticələr isə olduqca sarsıdıcı xarakter daşıya bilər.

Onu da qeyd etmək lazımdır ki, Stanford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan da Paşinyan hakimiyyətini yaxınlaşmaqda olan geopolitik zərbələr barədə rəsmi İrəvana xəbərdarlıq etməyə çalışıb. Onun fikrincə, əgər, Avropa ölkələri Ukraynanı aldatdı və onu tək buraxdısa, eyni şeyi Ermənistanla da edəcəklər, çünki Ermənistan nə Ukraynanın ərazisinə, nə də resurslarına malikdir. Və o, rəsmi İrəvanı beynəlxalq geosiyasi reallıqların Cənubi Qafqaza mümkün təsirlərini, bununla bağlı riskləri və perspektivləri mütləq nəzərə almağa çağırıb.

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında yaşanan qalmaqalı xatırladan erməni ekspert qeyd edib ki, Ukrayna hazırda Qərbin “istifadə edib, kənara atmaq” prinsipi ilə qarşılaşıb. O, Ukraynanın vəziyyətini XX əsrin əvvəllərində Ermənistanın düşdüyü vəziyyətlə də müqayisə edib. Və o, hesab edir ki, rəsmi İrəvan Ukraynanın başına gətirilənlərdən mütləq nəticə çıxarmalıdır, əks halda, Ermənistan üçün fəlakət ssenarisi qaçılmaz ola bilər.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Maraqlıdır ki, Artur Xaçikyan Cənubi Qafqaz üçün mümkün geopolitik ssenarilərə də toxunaraq, vurğulayıb ki, bu regionda əsas siyasi iradə sahibi rolu Türkiyə, Rusiya, Azərbaycan, İsrail və ABŞ-a məxsus olacaq. Onun fikrincə, Ermənistanın nə Ağ Evə, nə də Kremlə təsir etmək üçün diplomatik imkanlara malik deyil. Ancaq Türkiyə, Azərbaycan və İsrail isə Ağ Evdə mühüm nüfuza, ABŞ-a müəyyən təsir mexanizmlərinə malikdir.

Erməni ekspertin proqnozuna görə, ABŞ prezidenti Donald Tramp böyük ehtimalla Türkiyə ilə razılığa gələcək və rəsmi Ankaradan Cənubi Qafqazda olan problemlərin Kremllə koordinasiya edilərək, həll olunmasını istəyəcək. Əgər, bu, baş verərsə, Ermənistan üçün manevr imkanları tükənmiş olacaq. Yəni, Ermənistanın gələcək taleyi yalnız Rusiyadan deyil, həm də Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə düşəcək. Və belə vəziyyətdə Ermənistanın gələcək taleyinin necə, hansı prinsiplərlə həll olunacağını təsəvvür etmək o qədər də çətin deyil.

Göründüyü kimi, rəsmi İrəvanın Qərbə inteqrasiya siyasəti artıq iflasa uğrayıb. Paşinyan hakimiyyəti Rusiya kimi önəmli hərbi müttəfiqi ilə münasibətləri korlasa da, Ermənistan üçün Qərbdə yeni tərəfdaşlar qazanmağa nail olmayıb. Üstəlik, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasını gecikdirməklə, Ermənistanın gələcək taleyini böyük risk altında buraxıb. Və Azərbaycanın strateji müttəfiqi Türkiyənin də Cənubi Qafqaza yerləşməkdə olduğunu nəzərə aldıqda, Ermənistan üçün geopolitik böhranın sürətlə yaxınlaşmaqda olduğu qətiyyən şübhə doğurmur.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü