Tələsməyək, bu, Trampla-Zelenskinin bir oyunu ola bilər
Siyaset
Oxunub: 226
1 mar 2025 | 10:24
Tələsməyək, bu, Trampla-Zelenskinin bir oyunu ola bilər


“Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə Ağ Evin qonağı olmuş Emanuel Makron heç belə nəzakətli qarşılanmağa layiq görülməmişdi.
Amma daha sonra baş verənlər olduqca şübhəli görünür”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev Tramp-Zelenski görüşünü şərh edərkən deyib.

“Ən maraqlı sual budur ki, jurnalistlərin suallarını cavablandırarkən yaranan “qalmaqal” nə idi?
Sosial şəbəkələrdə Trampı söyənlər, Zelenskini “qəhrəman” elan edənlər və ya əksinə Trampı tərifləyib Zelenskini qınayanlar nəticə çıxarmağa tələsməsinlər. Hadisənin detallarına dərindən diqqət yetirdikdə bu qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf- çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub- olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək. Beləliklə, Ağ Evdə baş verən qalmaqal nə idi?”, - deputat qeyd edib.

Deputatın fikrincə, bir ehtimal o ola bilər ki, bu Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş bir şou idi: “Tramp administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq və Trampın qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir “qalmaqal” şousu oynanıla bilərdi. Zelenskinin ABŞ- dan təkidlə təhlükəzlik zəmanəti “tələb etməsini” Ağ Ev Rusiyaya təzyiq etmək üçün istifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisə Avropanı daha çox səfərbər etməyə və Ukraynaya daha çox yardım etməyə sövq etmək üçün oynanıla bilər. Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı “qəhrəmanlaşdırmaq”, Obama və Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ və həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək olar. Əgər ssenari budursa, deməli Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirirdi. Bu halda əsl danışıqlar, həqiqi substantiv danışıqlar görüşün qapalı mərhələsində tamamilə başqa tonda və məcrada aparılacaqdı. Belə düşünməyə əsas verən amillərdən biri də həm Trampın, həm də Zelenskinin bioqrafiyasında “şoumenlik” stajının olmasıdır. Əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynadı və bu oyun ilk növbədə Putinə qarşı qurulub. Putinin bu səhnəni necə oxuması isə bir başqa məsələdir.

İkinci ehtimal isə odur ki, əgər bu qalmaqal öncədən ssenariləşdirilməyibsə və bu vəziyyət real olaraq spontan şəkildə yaranıbsa, o zaman Ukraynanın başı bəladadır. O zaman Ukrayna dərhal Zelenskini hakimiyyətdən qovmalı və dövləti bu ağır vəziyyətdən ən az itkilərlə çıxarmağa qadir olan və Ağ Evlə danışıqlar aparmaq üçün müvafiq siyasi davranış qaydalarını yaxşı mənimsəmiş bir adam tapmalıdır. Doğrusu, Zelenskinin həqiqətən özünü bu cür aparması heç inandırıcı görünmür. O yeri gəldi, gəlmədi Trampın və digərlərinin cavablarına müdaxilə edir və doğrusu, özünü çox xam və siyasətdən uzaq bir diletant kimi göstərirdi. 3 il davam edən müharibənin gedişində saysız- hesabsız görüşlər keçirmiş bir dövlət başçısının bu cür davranması isə ağlabatan gprünmür. Ona görə “şou” ehtimalı daha inandırıcı görünür”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü