Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb
Siyaset
Oxunub: 211
17 fev 2025 | 09:00
Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb


Tramp adminstrasiyasının Rusiya ilə "Ukrayna bazarlığı" kollektiv Qərbi parçalayıb, Ağ Ev Kremllə birmənalı şəkildə ABŞ-ın maraqları üzərindən anlaşmağa çalışır... Avropa Birliyinin oyundan kənar vəziyyətə salınması "qoca qitə"nin təhlükəsizlik maraqlarını böyük risk altında buraxır, ona görə də, Ağ Evin "Ukrayna planı"na müqavimət potensialının vahid mərkəzdə birləşdirilməsinə cəhd göstərilir...
"Yeni Müsavat"xəbər verir ki, Ukrayna savaşı ABŞ və Avropa Birliyi arasında əsas ziddiyyət faktorlarından birinə çevrilmək üzrədir. Üstəlik, bu ziddiyyət faktorunun tədricən ABŞ və Avropa Birliyi arasında kəskin qarşıdurma mühiti yarada biləcəyi də qətiyyən istisna deyil. Çünki ABŞ və Rusiya arasında Ukrayna savaşının dayandırılmasına yönəlik "siyasi bazarlıq"lar artıq həlledici mərhələyə yaxınlaşmış kimi görünür. Və bu "siyasi bazarlıq" masasından kənarda buraxılaraq, maraqları real təhlükə qarşısında qalan Avropa Birliyi baş verənlərə müqavimət göstərməyə çalışır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı bəzi anlayışlara fərqli yanaşma ehtiyacı da yaradıb. Belə ki, Ukraynaya dəstək verən kollektiv Qərb artıq ciddi şəkildə parçalanmış kimi görünür. ABŞ öz yeni prioritetləri ilə bu düşərgəni tədricən tərk etməyə doğru yönəldiyi indi hər hansı mübahisə doğurmayan reallıqdır. Və belə situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir.


Məsələ ondadır ki, ABŞ və Rusiya prezidentlərindən sonra bu iki ölkənin xarici işlər nazirləri də telefonla danışıblar. Bu barədə Kremldən verilən açıqlamada ABŞ hətta az qala Rusiyanın ən yaxın tərəfdaşı kimi təqdim olunur. Kremlin rəsmi təmsilçisi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın istədiyi vaxt Rusiyaya səfər edə biləcəyini vurğulayıb. Onun dediyinə görə, iki dövlət liderinin telefon danışığı Rusiya və ABŞ-ın problemlərin, o cümlədən də Ukrayna böhranının artıq dialoq yolu ilə həll ediləcəyinə yönəlik güclü mesajdır.

Kreml rəsmisi kollektiv Qərbin sanksiyalarının Rusiya və ABŞ arasında danışıqlara əngəl olmayacağını bildirib. Onun fikrincə, sanksiyalar necə sürətlə tətbiq olunursa, eyni sürətlə də ləğv edilə bilər. Dmitri Peskovun bu arxayınlığı isə Rusiyanın ABŞ-dan bu barədə müəyyən təminatlar almış ola biləcəyindən şübhələnməyə əsaslar yaradır. Və bu baxımdan, ABŞ-ın təkbaşına Ukrayna savaşının taleyini həll etmək cəhdləri Qərbdə ciddi qıcıq doğurur.

Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna savaşı ətrafında ABŞ-Rusiya "siyasi bazarlığına" artıq reaksiya verib. Prezident Volodimir Zelenski vurğulayıb ki, ABŞ və Rusiya liderləri Ukraynadan başqa bütün mövzular haqqında danışa bilərlər. Yəni, Ukrayna lideri Ağ Ev sahibi Donald Trampın "Rusiya prezidenti Vladimir Putinlə Ukrayna bazarlığı"nın nəticələrini tanımayacağına eyham vurub. Və prezident Volodimir Zelenski Ağ Ev sahibi Donald Trampın prioritet hədəflərinə müqavimət göstərəcəyini real addımları ilə də biruzə verir.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Tramp administrasiyasının Ukraynanın təbii sərvətlərinin istismarına dair təklif etdiyi razılaşmanı təsdiqləməkdən imtina edib. Prezident Volodimir Zelenski həmin razılaşmanın tam hazır olmadığını və Ukraynanı qorumaq gücündən uzaq qaldığını qabardıb. Və belə bir müqavilənin ilk növbədə Ukraynanın təhlükəsizlik maraqlarını müdafiə etməli olduğunu bildirib.

Belə anlaşılır ki, Avropa Birliyinin Tramp administrasiyasına müqavimət cəhdləri rəsmi Kiyevi də tədricən ABŞ-a etiraz cəsarəti göstərməyə sövq edir. Ancaq Ukrayna savaşının əsas hərbi-siyasi alətlərindən biri olan NATO-nun prinsipial mövqedən uzaq qalması Tramp administrasiyasına müqavimətin effektivliyini zəiflədir. Hər halda, NATO baş katibi Mark Rüttenin açıqlaması bu hərbi-siyasi alyansın hələlik fəal müşahidəçi mövqeyində "qızıl orta" axtarışında olduğunu göstərir.

Belə ki, NATO baş katibi Avropa Birliyini Ukrayna savaşının dayandırılmasına yönəlik ABŞ-Rusiya danışıqlarından şikayətlənməyi buraxmağa çağırıb. Onun fikrincə, Avropa Birliyi ölkələri Ukraynanın təhlükəsizlik təminatları barədə konkret tələblər irəli sürməli və öz müdafiə xərclərini artırmalıdır. Bu, o deməkdir ki, NATO ABŞ-Rusiya "siyasi bazarlığı"ndan məmnun deyil. Ancaq prosesə birbaşa müdaxilə etməyə də ehtiyac duymur. Və bu məsələnin Avropa Birliyinin müqavimət potensialı ilə həllinə daha çox üstünlük verir.


Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi sərt reaksiya ilə ABŞ-a qarşı mövqe tutmaqdan hələlik çəkinir. Ancaq buna baxmayaraq, Tramp administrasiyasının Ukrayna planı ilə razılaşmaq niyyətində olmadığını da biruzə verir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Ukraynaya güc vasitəsilə təmin edilən sülh lazımdır və Avropa Birliyi də məhz bunu istəyir. Yəni, avropalı lider Tramp administrasiyasına dolayısı ilə mesaj verir ki, Avropa Birliyi Kremllə "siyasi bazarlığı" yolverilməz hesab edir. Və Rusiyanın sərt təzyiqlərlə sülh masası arxasına oturmaq məcburiyyətində buraxılmasına üstünlük verir.

Göründüyü kimi, Tramp adminstrasiyasının Rusiya ilə "Ukrayna bazarlığı" kollektiv Qərbi parçalayıb. Ağ Ev Rusiya ilə birmənalı şəkildə ABŞ-ın maraqları üzərindən anlaşmağa çalışır. Avropa Birliyini oyundan kənar vəziyyətə salaraq, "qoca qitə"nin təhlükəsizlik maraqlarını böyük risk altında buraxır. Yəni, müəyyən mənada, Avropa Birliyi və Ukraynaya qarşı dolayısı ABŞ-Rusiya tərəfdaşlığı qurulur. Və buna qarşılıq olaraq, həm Avropa Birliyi, həm də Ukrayna müqavimət potensialını vahid mərkəzdə birləşdirmək üçün hərəkətə keçmiş kimi görünür.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü