Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə online konfrans keçirildi
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə ABŞ, Kanada, Niderland, İngiltərə, Almaniya, Türkiyə, Qazaxıstan, Özbəkistan kimi 20-yə yaxın ölkədə yaşayan və öz ölkəsinin ictimai-siyasi həyatında fəal mövqe tutan Qərbi Azərbaycan əsilli Qadınların iştirakı ilə (ZOOM) online konfrans keçirilmişdir
“Yeni Gundem” xəbər verir ki, konfrans “Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusuna həsr edilmişdir. Konfransı QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin xeyir duası ilə yaradılmış Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verdi. Məlahət İbrahimqızı Konsepsiyada da qeyd edildiyi kimi 1987-91-ci illərdə Qərbi Azərbaycandan erməni vandalları tərəfindən qovulmuş, deportasiya və etnik təmizləməyə məruz qalmış 300 min azərbaycanlının pozulmuş hüquqlarının sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ləyaqətli şəkildə bərpası üçün bu problemin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasında qadınların rolunun danılmaz olduğunu vurğuladı. O, bu məsələdə xaricdə yaşayan Qərbi Azərbaycanlıların, xüsusilə də qadınların iştirakının zəruriliyini qeyd etdi. Məlahət İbrahimqızı çıxışında Azərbaycan Respublikasının Prezidentinin söylədiyi “Qarabağ problemi kimi Qərbi Azərbaycana qayıdışın da Azərbaycan xalqının vahid ideologiyasıdır” fikirlərini xatırladaraq, dünyanın fərqli ölkələrində yaşayan Qərbi Azərbaycan əsilli fəal qadınların bütün mötəbər kürsülərdə və platformalarda haqq səsinin daha ucadan səsləndirmələrinin zamanın tələbi olduğunu bildirdi. O qeyd etdi ki, ancaq erməni cinayətkarları tərəfindən Qərbi Azərbaycan qadınlarının pozulmuş hüquqlarının dünyada təbliği və xalqımızın yüzilliklərboyu Qərbi Azərbaycanda yaratmış olduğu mədəni və tarixi irsin müdafiəsi məqsədilə sistemli şəkildə təşkil edilən müxtəlif tədbir və layihələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırıla bilər. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, millət vəkili Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının beynəlxalq fəaliyyətinin qurulmasında xaricdə yaşayan Qərbi Azərbaycan əsilli xanımların məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışdı. Çıxış edənlərin hər biri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə Qərbi Azərbaycan İcmasının yaradılmasında və fəaliyyətində göstərdiyi misilsiz və tarixi xidmətlərinə görə təşəkkürlərini bildirməklə bu haqlı və ədalətli mübarizədə onun ətrafında sıx birləşməyi, güc və el birliyi ilə üzərlərinə düşən hər bir tapşırığı etməyə hazır olduqlarını bildirdilər. Əslən Çəmbərək rayonundan olan və ABŞ-da Tibb təhsili almış və hazırda Kanadada Alberta Health Services infeksion xəstəxanasında həkim işləyən və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Ruziyə Ramazanova, Niderlandın Amsterdam şəhərində yaşayan BSO Niderland məktəb sonrası bağça müəssisəsində pedaqoji işçi işləyən, ictimaiyyətçi Bənövşə Əzizova, həmin ölkədə yaşayan ictimaiyyətçi, Pameijer şirkətinin Sosial Psixiatriya şöbəsində Sosioloji psixoloji yönləndirmə mütəxəssisi Gülnarə Əliyeva, İngiltərənin London şəhərində yaşayan, BEAS British Europe Azerbaijan Schoolda Piano müəlliməsi işləyən və ictimaiyyətçi Vüsalə Babayeva, Almaniyanın Bonn şəhərində yaşayan, sahibkar və ictimaiyyətçi Naibə Abdullayeva, Türkiyədən jurnalist , bloqer, ictimaiyyətçi, Durak Türk TV-nin aparıcısı Nigar Ögeday, Memorial Antalya xəstəxanasının həkimi, MHP-nin üzvü Əsmayə Novruzova Özermenoğlu, hüquqşünas vəkil Eda Günday, Dənizlidə müəllimə işləyən, Birleşmiş Milletler Küresel Okullar Programı müdafiəçisi Elif Selçuk, 9 Eylül Universiteti Komputer elmləri bölümünün dosenti Rəsmiyyə Nəsibova, Özel İzmir Amerikan kollecində İB Biologiya müəlliməsi Özlem Ercan, Qazaxıstanın Aktau şəhərində1 saylı liseydə metodist və direktor müavini, tanınmış pedaqoq və ictimaiyyətçi Rəfiqə Nəsibova, Özbəkistanın Daşkənd şəhərindən Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi, Səhiyyə layihələri mərkəzinin Layihə ofisinin baş mütəxəssisi, Harvard məzunu, professor Guzalya Məmmədova, Daşkənd İnformasiya Texnologiyalar Universitetinin müəlliməsi Rubabə Əliyeva və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycan xalqının vahid ideologiyasına çevrilmiş Qərbi Azərbaycana Qayıdış ideyası ətrafında birləşməsini alqışlayaraq, tezliklə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımız üzərində itirilmiş hüquqların bərpa olunacağına inandıqlarını bildirdilər. Qayıdış konsepsiyasında əks olunmuş məqsəd və vəzifələrin Qərbi Azərbaycan əsilli qadınların da ən müqəddəs vəzifəsi olduğunu vurğalayan çıxışçılar, ən qısa zamanda Qadınlar Şurasının xaricdə yaşayan qadın soydaşlarımızla birgə fəaliyyətin yol xəritəsinin və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Fəaliyyət Planın müzakirə etmək üçün növbəti konfransın gündəliyinə salınmasını xahiş etdilər.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü