Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
Medeniyyet
Oxunub: 168
15 okt 2025 | 10:59
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar


Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.

“AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır. Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək, iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında “MAMA – “Ana Təbiət” sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.

Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyevə layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən “yaşıl” şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək, Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.

Rəhbəri olduğu IDEA İctimai Birliyinin bütün layihələrinə yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva təbiətin mühafizəsi məqsədilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində bir milyondan çox ağac əkildiyini qeyd edib, nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində, eləcə də suya qənaətlə bağlı “Bir damcı” layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb.

IDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı heykəltəraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu, yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır.
Ətraflı

Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan MAMA “Ana təbiət” incəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir.

Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

Qeyd edək ki, Leyla Əliyeva və Arzu Əliyeva həmin gün “Q” Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltəraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin “Yarımçıq qalmış, lakin əbədi” adlı sərgisinin də açılışında iştirak ediblər.

Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də iştirak ediblər.

Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına - dəqiqliyə, sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə dəvət edir. Bu sərgi Samir Kaçayevin yarımçıq qalan sənət dünyasının sükutla yazılmış davamıdır. Onun fırçasının toxunuşları yarımçıq qalsa da, hər bir əsərində zamanın sərhədlərini aşan bir nəfəs yaşayır. Sərgi Samirin sönməyən ilhamını, sənətin ölümə meydan oxuyan əbədiliyini və ruhunun rənglərdəki davamını təcəssüm etdirir. Burada hər baxış, hər bir xətt onunla bitməyən, amma sonsuzluğa uzanan bir hekayənin parçasıdır.




Leyla və Arzu Əliyevalar Berlində sərgidə - FotolarLeyla və Arzu Əliyevalar Berlində sərgidə - FotolarLeyla və Arzu Əliyevalar Berlində sərgidə - FotolarLeyla və Arzu Əliyevalar Berlində sərgidə - FotolarLeyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
Bu gün, 10:00
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Bu gün, 09:37
Ağdaşda zəlzələ oldu
Bu gün, 09:31
Türkiyədə səhər tezdən qorxudan zəlzələ - FOTO
Bu gün, 09:24
Qurban Qurbanov şəhid övladları ilə - Foto
Bu gün, 09:18
Qızılın qiyməti tarixi rekordu yenilədi
Bu gün, 09:12
Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür
Dünən, 09:47
Prezidentdən Hərbi paradla bağlı daha bir paylaşım - VİDEO
Dünən, 09:42
Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Dünən, 09:37
İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Dünən, 09:33
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2025, 18:52
Prezidentlə ailəsinin paraddan yeni - Fotoları
8-11-2025, 17:53
Paraddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülər
8-11-2025, 14:39
Bakıda Hərbi paradda ilk dəfə insansız sistem qoşunlarının parad heyəti keçib
8-11-2025, 14:25
Şahbaz Şərif: İlham Əliyev bacarıqlı diplomatiya sayəsində sülhü qazandı
8-11-2025, 13:41
Azərbaycan Prezidenti: Bu gün ilk dəfə Pakistan hərbçiləri də Azadlıq meydanında bizimlə bərabərdirlər
8-11-2025, 10:00
Şuşanın azad olunmasından beş il ötür
8-11-2025, 09:23
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
8-11-2025, 09:11
İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
8-11-2025, 09:00
ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN TARİXİ QÜRUR ANIDIR
7-11-2025, 16:15
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib - SƏRƏNCAM
7-11-2025, 16:09
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
7-11-2025, 16:07
Prezident onları təltif etdi - SİYAHI
7-11-2025, 16:00
Qarabağda yerin altındakı milyonlar
7-11-2025, 15:30
Senatorlar Orbana qarşı: Ondan Rusiya yanacağından imtina tələb olundu
7-11-2025, 14:22
Gürcüstan ermənilərə görə milyardlar itirəcək
7-11-2025, 13:55
İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
7-11-2025, 13:04
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu