İşğaldan Azadlığa – Azərbaycanın Qarabağ Zəfəri Suverenlik Qaydalarını Necə Dəyişir
Medeniyyet
Oxunub: 624
20 in 2025 | 16:01
İşğaldan Azadlığa – Azərbaycanın Qarabağ Zəfəri Suverenlik Qaydalarını Necə Dəyişir



Müəllif: Pakistanın “The Gulf Observer” qəzetinin baş redaktoru – Fatimə Tuz Zəhra

Zaman keçdikcə Azərbaycanın Qarabağ müharibəsində qazandığı hərbi və siyasi qələbə təkcə Ermənistan üzərində açıq üstünlük kimi deyil, həm də oxşar münaqişələr üçün nümunəvi model kimi ön plana çıxır. Bu zəfər danılmazdır – hətta Ermənistanın əsas müttəfiqi və uzun illərdir ən böyük dəstəkçisi olan Rusiya belə bu həqiqəti inkar edə bilmir. Amma Rusiya anlayır ki, bu uğur digər münaqişələr üçün presedent yarada bilər. Rusiya Prezidentinin müşaviri Vladimir Medinskiyin son açıqlamalarını da məhz bu kontekstdə başa düşmək olar.

Bu baxımdan, irredentist (ərazi iddialı) siyasətlərin meydana çıxmasına BMT və digər böyük beynəlxalq qurumların səmərəsizliyi zəmin yaradıb. Bəzi ölkələr qonşularının ərazilərini işğal edərək həmin əraziləri mübahisəli bölgələrə çevirir və beynəlxalq cəzasızlıq mühiti səbəbindən özlərini rahat hiss edirlər. Təəssüf ki, dünya güclərinin ikili standartları və beynəlxalq təşkilatların zəifliyi bu cür "mübahisəli ərazilərin" çoxalmasına səbəb olub. Bu münaqişələr isə böyük güclərə region ölkələrinin daxili işlərinə qarışmaq imkanı yaradıb. Qarabağ istisna olmaqla, bu tip münaqişələrin heç biri tam şəkildə həll edilməyib.

Əvvəldən çoxları düşünürdü ki, Qarabağ məsələsi də bu sonu olmayan münaqişələrdən biri olacaq. Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan da Ağdamın işğalı zamanı etdiyi çıxışında Qarabağla bağlı münaqişəni digər mübahisəli bölgələrlə müqayisə etmişdi. O demişdi ki, Qarabağ işğalının beynəlxalq təsdiq alıb-almadığını bilmir, amma bu münaqişənin tezliklə həll olunmayacağına əmin idi və bu, Ermənistanın xeyrinə olacaq.

Ancaq zaman göstərdi ki, Ter-Petrosyan və onun havadarları – xüsusən də Rusiya – yanılmışdılar. Otuz ildən sonra Azərbaycan uzun sürən gözləmədən sonra öz torpaqlarını azad etdi. Bu gün Ermənistan çıxılmaz vəziyyətdədir. Rusiya isə – bu yanlış strategiyanın əsas memarlarından biri – çaşqınlıq içindədir. Onların yanaşması geri tepmə effekti verdi: bu gün digər işğalçı ölkələr Ermənistanın aqibətini yaşamaqdan qorxur. Artıq presedent var.

Medinskiyin son müsahibəsində dedikləri bu qorxunu açıq şəkildə göstərir: “Bəs nə olar, əgər bir neçə ildən sonra Ukrayna da Azərbaycanın yolunu təkrarlayıb işğal olunmuş ərazilərini geri alsa?”

Medinskiyin sözləri daha bir mühüm məsələni qabardır. Ermənistan illərlə öz mövqeyini "öz müqəddəratını təyinetmə" anlayışı ilə əsaslandırmağa çalışmış, Qarabağ məsələsinin guya Ermənistanla heç bir əlaqəsi olmadığını, oradakı ermənilərin "ayrı bir xalq" olaraq yetişdiyini iddia etmişdi. Dünya ictimaiyyətinə bu saxta tezislər həqiqət kimi təqdim olunurdu. İndi isə Moskva oxşar yalanları yaymağa çalışır.

Bu geosiyasi dəyişiklik dünyada sülh quruculuğu prosesində dönüş nöqtəsidir. Azərbaycanın qələbəsi göstərdi ki, uzun illər “dondurulmuş” sayılan ərazi münaqişələri əbədi deyil. Bu qələbə hərbi gücün, strateji diplomatiyanın və iradənin birləşərək nəticə verə biləcəyini sübut etdi və bu yolla beynəlxalq sistemdə kök salmış yanlış təsəvvürləri alt-üst etdi.

Bununla yanaşı, bu uğur işğalçı ölkələrin uzunmüddətli işğal və qeyri-müəyyənlik strategiyalarını da sual altına qoyur. Medinskiyin ifadə etdiyi narahatlıq Rusiyanın da başa düşdüyünü göstərir ki, uzun illər davam edən münaqişələr əbədi qala bilməz. Azərbaycanın uğurundan ilhamlanan Ukrayna kimi ölkələr də bənzər addımlar ata bilər.

Sadəcə döyüş meydanında deyil, diplomatik müstəvidə də bu hadisənin ciddi nəticələri var. Beynəlxalq təşkilatların ərazi münaqişələrini effektiv şəkildə həll edə bilməməsi bu qurumların nə qədər aktual və faydalı olduğu sualını gündəmə gətirir. Əgər Azərbaycanın modeli digər ölkələri beynəlxalq susqunluğa baxmayaraq ədalət axtarmağa sövq edərsə, bu, dünya güclərini münaqişələrin həlli siyasətinə yenidən baxmağa vadar edə bilər.

Bu nümunə təkcə regional deyil, qlobal miqyasda suverenlik və davamlılıq dərsi verir. Azərbaycan sübut etdi ki, iradə və əzmlə tarix dəyişdirilə bilər. Bu zəfər təkcə Azərbaycanın gələcəyini formalaşdırmır, eyni zamanda bütün dünya üçün yeni mesaj verir: diplomatik durğunluğa qarşı əzm və haqqın gücü ilə uğur qazanmaq mümkündür. Suverenliyindən vaz keçməyən xalqlar üçün bu, yeni yanaşmalar dövrünün başlaya biləcəyinə işarədir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü