Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu

7-ci Etnosport Mədəniyyət Festivalı İstanbulda start götürüb. Dünya Etnospor Birliyinin təşkilatçılığı ilə baş tutan festival İstanbul Atatürk Hava Limanında 4 gün davam edəcək. 35 ölkənin qatıldığı festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi sənətlər, mətbəx nümunələri və səhnə sənətləri kimi müxtəlif sahələrdə tədbirlər keçiriləcək.
Festivalın açılış mərasimində Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak, İstanbul Valisi Davut Gül, Dünya Etnospor Birliyinin prezidenti Bilal Ərdoğan, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, eləcə də Azərbaycanı təmsil edən təşkilat və media nümayəndələri ilə yanaşı, bir çox ölkədən rəsmi nümayəndələr iştirak ediblər. Protokol üzvləri Han Çadırı önündə təşkil olunan mərasimdə lent kəsərək festivalın
rəsmi açılışını həyata keçiriblər.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərlik nümayəndə heyəti və 20 Qarabağ atı ilə ölkəmiz festivala qatılıb.
Türk dünyasının milli-mənəvi dəyərlərini özündə birləşdirən və minlərlə ziyarətçini qəbul edən bu mötəbər tədbirdə “Zəfər” şou kompozisiyasında Qarabağ atlarının özünəməxsus çıxışı, incə Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün hazırlanmış yeni orkestrin ifaları təqdim olunub.
Milli musiqi alətlərində səsləndirilən “Yallı”, maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, “Sərhədçi” rəqs ansamblının coşqulu çıxışları və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində sərgilədiyi qeyri-adi performans festival iştirakçılarının böyük marağına səbəb olub. Festival çərçivəsində Dünya Etnospor Birliyinin prezidenti Bilal Ərdoğan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, eyni zamanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev arasında görüş baş tutub və tədbirə dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq ifadə olunub.
Bilal Ərdoğan Azərbaycan nümayəndə heyətinin festivaldakı möhtəşəm çıxışından məmnunluğunu bildirərək, milli sərvətimiz olan Qarabağ atlarının yenidən izləyiciləri valeh etdiyini qeyd edib.
Festivala dəvət edilən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev saytımıza açıqlamasında bildirib:
“Türk dünyasının milli-mədəni irsini təbliğ edən bu cür beynəlxalq festivallar birliyin, həmrəyliyin və ortaq dəyərlərin güclənməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır. Azərbaycan nümayəndə heyətinin Qarabağ atları ilə sərgilədiyi yüksək səviyyəli çıxış, milli musiqimizin və rəqslərimizin təqdimatı təkcə mədəniyyətimizin zənginliyini deyil, eyni zamanda azərbaycanlı gənclərin bu dəyərlərə olan bağlılığını da nümayiş etdirdi. Əbədi Birlik olaraq biz bu cür tədbirləri milli kimliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca önəmli hesab edirik. Tədbirdə iştirak etmək və Türk dünyasının ortaq ruhunu yaşamaq bizim üçün böyük fəxr və məsuliyyətdir. Festival çərçivəsində Dünya Etnospor Birliyinin prezidenti Bilal Ərdoğan, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bak və Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə əlaqələr rəhbəri Kürşad Zorlu bəylərlə ayaqüstü də olsa fikir mübadiləsi aparmaq fürsəti qazandım. Bu, mənim üçün olduqca dəyərli və yadda qalan bir an oldu.” – deyə Şahin Əliyev vurğulayıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin çıxışları 25 may tarixinədək davam edəcək




Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü