Hind mədəniyyəti və hind müdriklərindən deyimlər
Maraqli
Oxunub: 3 643
7 yan 2016 | 15:47
Hind mədəniyyəti və hind müdriklərindən deyimlərİnsan gözünü açıb həyata baxan gündən ətrafla maraqlanmağa, təbiət hadisələrinin səbəbi barədə düşünməyə başlayıb. Müxtəlif təbii hadisələrin, fəlakətlərin mahiyyətini dərk etməyə çalışıb. Dərk edə bilməyəndə qorxub. Qorxanda bütləşdirib. Animizm, fetişizm, maqiya belə yaranıb. Dünyanın hər yerində bütün xalqlar təfəkkürün, əqli inkişafın bu keçiblər. Cənubi Amerikanın, Afrikanın, Avstraliyanın elə qəbilələri mövcuddur ki, hələ də təfəkkürün ibtidai mərhələsindədir.
İnsan zəkasının bu körpəlik çağını, bu sadəlövh dünyasını ilk dəfə qədim hindlilər keçiblər.
Əlbəttə, Hindistan yarımadasında ilk sivilizasiya ocaqları Şumer və Misir sivilizasiyalarından çox-çox sonralar və müəyyən dərəcədə onların təsiri ilə şölələnib. Bunu Xarappa və Mehence-Daroda aşkar edilən maddi-mədəniyyət abidələrinin oxşarlığı sübut etdi. Ancaq bu mədəniyyət qeyri Hind-Avropalı xalqın yaradıcılığıdır.
Bütün başqa xalqlar kimi Hind xalqı da ilk dəfə dərin məzmunlu, fəlsəfi mahiyyətli miflərini, əsatirlərini yaradıb. “Maxabxarata” və “Ramayana” adlı çox cildli bu nəhəng eposlarda uzaq, sirli hadisələrin əks-sədası və təbiətin özü qədər müdrik müttəfiklərin dünyagörüşü toplanıbdı.
Miladdan əvvəlki ll minillikdən başlayaraq epik əsatirlərlə yanaşı Hind fəlsəfəsi sistemləri yaranıb formalaşmağa başlayıb. Hind xalqının bu qədər zəngin fəlsəfi irsə malik olmasının səbəbi budur ki, fəlsəfə bütün zamanlarda bu xalqın həyatının ayrılmaz hissəsini təşkil etmişdir. Bu sistemlər və ya məktəblər aşağıdakılardır:
Çarvoka, Caynizm, Buddizm, Nyaya, Vayşeşik, Sankxya, Yoqa, Mimansa, Vedanta
Bu sistemlər içində daha çox yayılanı Buddizm özü də sonralar müstəqil dörd məktəb yaradıb.
Bütün bu sistemlərdə çox rəngarəng, ziddiyətli dünyagörüşlər əks olunub. Burada həm materialist, həm idealist, həm də mistik anlayışlar cəmlənib. Bu zəngin, mürəkkəb təfəkkür xəzinəsindən oxucularımıza Hind epik və fəlsəfi ədəbiyyat nümunələrindən götürülmüş bir sıra aforizmlər təqdim edirik. Bu dərin məzmunlu, həyati kəlamlar çox-çox qədimlərin yadigarıdır.

• İnsanın bəzəyi müdriklik, müdrikliyin bəzəyi soyuqqanlılıq, soyuqqanlılığın bəzəyi cəsurluq, cəsurluğun bəzəyi yumşaqlıqdır.
• Kim ki, nə tərifə nə tənqidə məhəl qoyur, nə zərbəyə zərbəylə verir, nə də pislik edənə pislik arzulayır beləsinə allahlar da qibtə edir.
• Əlində soyuqqanlılıq qılıncı olan kəsə hansı mərdimazar xətər yetirə bilər?!
• Oğulla beş yaşına qədər şah kimi dolan, beşdən on beşə qədər nökər, on beşdən sonra isə dost kimi.
• Əgər müdriksənsə - dövlətlinin, hökmdarın, uşağın, qocanın, arvadın, axmağın və müəllimin əleyhinə getmə.
• Sevimli qadının, yaxın dostun və kiçik uşağın yanına əliboş getmə!
• Xörəyi yeyəndən sonra təriflə, arvadı gəncliyi ötəndn sonra, qəhrəmanı döyüşdən sonra, məhsulu isə yığandan sonra.
• Müəllimi göz-gözə təriflə, dostları və qohumları daldada, oğulları heç vaxt tərifləmə.
• Tutuquşu və bülbül öz günahları ucundan qəfəsə düşürlər. Leylək isə dustaqlıq nə olduğunu bilmir. Susmaq bütün firavanlıqların açarıdır.
• Qadın təbiətən hər şeyi bilir, kişi isə biliyi kitablardan öyrənir.

Mənbə: ELM VƏ HƏYAT – 1980
Hazırladı: Günel Məmmədova
Bu gün, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Bu gün, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Bu gün, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Bu gün, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Bu gün, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Bu gün, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Bu gün, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Bu gün, 10:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Bu gün, 09:46
“Hörmüzün açılması mümkün deyil” - İran
Bu gün, 09:40
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”
Bu gün, 09:36
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
Bu gün, 09:31
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video
Bu gün, 09:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Bu gün, 09:18
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür
Bu gün, 09:11
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Bu gün, 09:00
Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Dünən, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
Dünən, 15:30
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Dünən, 14:22
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Dünən, 14:00
ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ
Dünən, 13:48
Polis Bakıda narkopriton aşkarladı: həbs edilənlər var - VİDEO
Dünən, 13:01
Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı
Dünən, 12:30
Barat Yusubov vəzifəsindən azad edildi
Dünən, 12:08
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 12:02
Prezident həmkarını qarşıladı - Fotolar