Yağdan “semiçka”yadək bahalaşma: Marketlərdə nələr gördük? - REPORTAJ

Azərbaycandakı marketlərdə bəzi məhsulların tapılmadığı və ya bahalaşdığı iddiaları yayılıb.
Hətta sosial şəbəkələrdə ölkəmizdə şəkər tozu ilə bağlı qıtlıq yaşandığı iddiaları səsləndirilib. Bunun ardından “Azərsun Holdinq” şəkər tozu ilə bağlı qıtlığının yaranması barədə məlumatlara cavab verib:
“Regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”.
Qeyd edək ki, şəkər tozu ilə yanaşı, bəzi məhsulların da qiymətində artım ola biləcəyi ilə bağlı fikirlər deyilir. Rusiya və Ukrayna arasındakı müharibənin buna səbəb olacağı iddia edilir. Çünki Azərbaycan bir çox məhsulunu məhz Rusiya və Ukraynadan idxal edir. Dia.az xəbər verir ki, cebhe.info-nun əməkdaşı qiymətlərlə bağlı son vəziyyəti öyrənmək üçün paytaxtdakı bir neçə marketə baş çəkib.
Yasamal rayonundakı “Al Market”-də bəzi məhsulların qiymətində artım olduğunu bildirdilər:
Yağ 1 manat, kolbasa 2-3 manat bahalaşıb
“Şəkər tozu ilə bağlı heç bir qıtlıq olmayıb, amma qiyməti təxminən 10 qəpik bahalaşıb. Bununla yanaşı, son günlərdə başqa məhsullar da bahalaşıb. Un təxminən 5 qəpik balaşaraq 83 qəpik, soyuq çayların qiyməti isə 25 qəpik artaraq 1 manat 20 qəpik olub. Qarğıdalı yağı 4 manat, günəbaxan yağı isə 5 manat 45 qəpikdən satılır. Şokoladların qiyməti təxminən 1 manat, kolbasaların qiyməti isə 2-3 manat bahalaşıb. Soğanın satış qiyməti 50 qəpikdən çox artaraq 1 manat, kartof isə 10 qəpik bahalaşaraq 1 manat 20 qəpik səviyyəsinə qalxıb”.
Ucuşlaşma yumurtadadır
Marketdə qiyməti ucuzlaşan məhsulun da olduğunu öyrəndik:
“Yumurtanın qiyməti 17 qəpikdən 13 qəpiyə enib. Ukrayna və Rusiya məhsullarını isə çox satmırıq. Amma əvvəllər satdığımız Ukrayna istehsalı olan xamalar artıq gəlmir”.
Tum da bahalaşıb
Həmin ünvanda yerləşən “Ti NM Market”dən də son zamanlar qiymətlərdə artım yaşandığını öyrəndik:
“Hazırda şəkər tozu və ya heç bir məhsulda qıtlıq yaşanmır. Rusiya və Ukrayna məhsulları da marketə gəlir. Dünən də belə bir şey baş verməyib. Şəkər tozunda qiymət bahalaşması da olmayıb. Amma şirniyyatların qiymətində 5-6 faizlik artım var”.
Satıcı digər bahalaşan məhsullar barədə də məlumat verib:
“Günəbaxan tumlarının qiyməti 10 qəpik artıb. Qarğıdalı yağının qiyməti bahalaşaraq 6 manat, günəbaxan yağınınkı isə 5 manata yüksəlib”.
Marketlərdən bildirildi ki, alıcıların sayı azalmasa da, alınan məhsulun çəkisi və çeşidi azalıb. Yəni əvvəllər bir alıcı 5-10 çeşiddə mal alırdısa, indi daha az çeşiddə alır və satılanlar daha çox gündəlik tələbat mallarıdır.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI