"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Dunya
Oxunub: 11
25 sen 2026 | 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı


Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yeni mərhələyə keçə bilər.

Moskvadan İrəvana qaz tədarükü noyabrın 1-dən tamamilə kəsilə bilər.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, söhbət qazın qiymətinin artırılmasından deyil, tədarükün tam dayandırılmasından gedir.

Qəzet iddia edir ki, belə ssenarinin qarşısının alınması üçün Nikol Paşinyanın qarşısına bir sıra şərtlər qoyulub.

Onlardan biri Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlıdır. İddiaya görə, Moskva Paşinyandan bu bazanın gələcək taleyinin müzakirəsindən imtina etməyi tələb edir.

Digər tələb Rusiya kapitalının iştirak etdiyi şirkətlərlə bağlıdır. Burada Ermənistan dəmir yolları və “Qazprom” da xüsusi qeyd olunur. Moskvanın bu şirkətlərə qarşı tədbirlərin dayandırılmasını istədiyi bildirilir.

Moskvanın daha bir tələbinin Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı olduğu qeyd edilir. “Hraparak”ın məlumatına görə, söhbət Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun ləğvindən və ya məsələ ilə bağlı referendum tarixinin elan edilməsindən gedir.

Qəzet həmçinin Rusiyanın rusiyayönlü hesab etdiyi siyasətçilərə qarşı təqiblərin dayandırılmasını tələb etdiyini yazır.

Ən diqqətçəkən tələblərdən biri isə Ermənistan hökumətində baş nazir müavini postu ilə bağlıdır. Nəşrin iddiasına görə, Moskva bu vəzifəyə Rusiya üçün məqbul olan şəxsin təyin edilməsini və həmin məmurla birbaşa işləməyi istəyir.

“Hraparak” məlumatı Ermənistan hökumət dairələrindən dəqiqləşdirməyə çalışdığını, lakin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin sorğuya cavab vermədiyini bildirib.
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma