Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur

Rusiya-Ermənistan münasibətlərində yeni böhran-102-ci baza, “Qazprom”, hətta Köçəryanın azadlığı...
Ermənistan-Rusiya münasibətlərində gərginliyin kritik həddə çatdığı barədə İrəvandan yeni məlumatlar yayılır. Erməni mediasında yayılan iddialara görə, Moskva Nikol Paşinyan hökumətinə qarşı qaz kartından istifadə etməyə hazırlaşır və məsələ artıq sadəcə qazın qiyməti ilə bağlı deyil. Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır. Nəşr Rusiya mənbələrinə istinadən yazır ki, Rusiyadan Ermənistana qaz tədarükünün noyabrın 1-dən tamamilə dayandırılması ehtimalı müzakirə olunur. Hazırda qaz kəmərində planlı təmir işlərinin aparıldığı, Ermənistanın isə qaz anbarlarında əvvəlcədən toplanmış ehtiyatlardan istifadə etdiyi bildirilir.
Qəzetin mənbəsinin iddiasına görə, noyabrın 1-dən sonra qaz təchizatının bərpa olunmaması üçün hansısa böyük “qəza” və ya fors-major vəziyyət yarana bilər. Lakin məsələni diqqətçəkən edən yalnız qazın dayandırılması ehtimalı deyil. “Hraparak”ın yazdığına görə, Moskva İrəvan qarşısında dörd əsas tələb irəli sürüb. İlk tələb Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası ilə bağlıdır. İddiaya görə, Paşinyan hakimiyyətindən bazanın Ermənistanda gələcək mövcudluğunun müzakirəsini dayandırmaq tələb olunur. İkinci məsələ Rusiyanın Ermənistandakı iqtisadi maraqlarıdır. Söhbət xüsusilə Rusiya kapitalının iştirak etdiyi böyük müəssisələrdən gedir. Mənbənin iddiasına görə, Moskva Ermənistan hökumətinin “Cənubi Qafqaz Dəmir Yolu”, “Qazprom” və digər Rusiya aktivləri ilə bağlı addımlarından narazıdır və İrəvanın Rusiya kapitalına qarşı hər hansı tədbirdən çəkinməsini istəyir. Üçüncü tələb Ermənistanın xarici siyasət istiqaməti ilə bağlıdır. Yəni İrəvanın Avropa İttifaqına yaxınlaşması və Avrasiya İqtisadi İttifaqından uzaqlaşması məsələsi.
İddiaya görə, Moskvanın qarşısında iki variant qoyduğu bildirilir: ya Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun ləğv edilməli, ya da bu məsələ ilə bağlı referendumun keçirilməsi üçün konkret tarix elan olunmalıdır.
Bu iddia Ermənistanın son dövrdə Avropa strukturları ilə münasibətlərini genişləndirməsi fonunda xüsusi diqqət çəkir. İrəvan bir tərəfdən Avropa ilə siyasi və təhlükəsizlik əlaqələrini dərinləşdirir, digər tərəfdən isə hələ də Rusiya ilə enerji, iqtisadiyyat və təhlükəsizlik sahəsində ciddi bağlılıqlara malikdir.
Dördüncü tələb isə Ermənistanın daxili siyasi mühiti ilə əlaqələndirilir. “Hraparak”ın mənbəsinə görə, Moskva Rusiyaya yaxın hesab edilən erməni siyasətçilərinə qarşı təqiblərin dayandırılmasını istəyir. Bu kontekstdə Robert Köçəryan, Qaqik Tsarukyan, Andranik Tevanyan və Samvel Karapetyanın adları çəkilir.
Bundan başqa, Ermənistan hökumətində Rusiya tərəfinin qəbul edə biləcəyi bir vitse-premyerin təyin olunmasının da tələb edildiyi iddia olunur. Mənbənin sözlərinə görə, Moskvada Ermənistan hökumətinin digər nümayəndələri ilə işləməkdən narazılıq var.
Erməni mediasında yayılan bu məlumatlar doğrudursa, Moskva ilə İrəvan arasındakı mübahisənin miqyası kifayət qədər genişdir. Çünki söhbət artıq yalnız qazın qiymətindən və ya ayrı-ayrı iqtisadi layihələrdən getmir. İddia edilən tələblərin içərisində Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, iqtisadi aktivləri, Ermənistanın Aİ-yə inteqrasiya kursu və ölkə daxilində siyasi qüvvələrə münasibət kimi fundamental məsələlər yer alır.
Maraqlıdır ki, “Hraparak” bu məlumatları Ermənistan hökumətində yoxlamağa çalışdığını da yazır. Nəşrin bildirdiyinə görə, hökumət çevrələrində vəziyyətdən tam məlumatlı olan şəxslərin sayı çox azdır. Bununla yanaşı, son günlər bəzi yüksək vəzifəli məmurlarda ciddi gərginlik əlamətlərinin müşahidə olunduğu iddia edilir.
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə də sorğu göndərilib. Nazirliyin cavab verəcəyinə söz verdiyi, lakin gün ərzində cavabın daxil olmadığı bildirilir.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI