Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Gundem / Siyaset
Oxunub: 14
25 sen 2026 | 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını deyib.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş edib. Dövlət başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırlayıb.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xatırlayıb.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğulayıb.

Baş nazir Azərbaycanın “ASAN xidmət” modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə edib.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olunub. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirilib.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür edib.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunulub, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olunub. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır