Bakı-Gəncə sürətli qiymət qatarı: barıtı çox olmadımı...? - HƏQİQƏTƏN DƏ...
Iqtisadiyyat
Oxunub: 511
19 mar 2022 | 19:49
Bakı-Gəncə sürətli qiymət qatarı: barıtı çox olmadımı...? - HƏQİQƏTƏN DƏ...


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa etməklə yanaşı, gediş haqqını artırmaqla sərnişinlərə bayram “sürprizi” də edib. Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

QSC-nin bununla bağlı açıqlamasına görə, gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. O da qeyd edilib ki, bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür və bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır.

Bəs, görəsən, ADY-nin yüz faizlik qiymət artmı ilə bağlı gətirdiyi səbəblə nə dərəcədə razılaşmaq olar? Dia.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov AYNA-ya şərhində gediş haqqının iki dəfə artırılmasını məqbul hesab etmədiyini deyib: “Əvvəla, qeyd etmək lazımdır ki, Bakı-Gəncə dəmir yolunun açılması çox sevindirici xəbərdir. Bunu, hətta əlamətdar hadisə kimi də qiymətləndirə bilərik. Lakin düşünürəm ki, gediş haqqı qiymətlərinin artması vətəndaşlarımızı məyus edə bilər. Azərbaycan Dəmir Yollarının qiymət artımı ilə bağlı açıqlamasını inandırıcı hesab edirəm. Bugünkü pandemiya dövründə bütün beynəlxalq daşınma qiymətləri yüksəlib. Lakin daxildə sərnişindaşımanın yüz faiz yüksəlməməsi də ola bilərdi”.

“Bəli, burada müəyyən risklər nəzərə alınıb. Açıqlamadan da görürük ki, müəyyən risklər ola bilər və pandemiya dövründə sərnişindaşımanın dayandığı dövrdə müəyyən zərərlər də olub. Bu, məlumdur. Bizim bir çox daşıma şirkətlərimiz pandemiya dövründə zərərlə üzləşib. Amma qiymətlərin yüz faiz deyil, maksimum əlli faiz yüksəlməsi, bəlkə də, məqbul ola bilərdi. Ən azından standart yerlərin qiyməti yüz faiz yüksəlməməli idi. Bir qədər daha az artım ola bilərdi. Çünki bu yerlərdən daha çox aztəminatlı insanlar istifadə edirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, Azərbaycanda nəqliyyatın bütün növlərini, xüsusilə də dəmir yolu nəqliyyatını inkişaf etdirmək lazımdır: “Yəni vətəndaşların alternativləri olmalıdır. Yalnız avtobus və taksilərdən deyil, qatarlardan da geniş istifadə olunmalıdır. Biz yenidən sərnişinləri qatarlara yönləndirmək istəyiriksə, bunu etməliyik. Qiymətlər rentabelli olmalıdır. Eyni zamanda da rəqabətə dözümlü olmalıdır ki, vətəndaş avtobusdan, yaxud taksidən daha çox qatara üstünlük versin. Bu, nəqliyyatın differensiallaşdırılması, alternativlərin yaradılması deməkdir”.

Cəfərov qeyd edib ki, nəqliyyat sektorunda qiymətlərin balanslaşdırılmasına ehtiyac var: “Taksi, avtobus, qatar, təyyarə, su yolu nəqliyyatında qiymətlər balanslaşdırılmalıdır. Hər şey nəqliyyat vasitəsinin yükünə, getdiyi yola, xərclərinə görə hesablanmalıdır. Həmçinin daxildə vətəndaşlarımız üçün bütün növ nəqliyyat vasitələri əlçatan olmalıdır. Vətəndaş Azərbaycanın bir şəhərindən digərinə hərəkət edərkən çətinlik çəkməməlidir və bu, onun iqtisadi vəziyyətinə zərər verməməlidir”.

İqtisadçı ekspert Toğrul Vəliyev də AYNA-ya açıqlamasında məsələyə həm pandemiyanın yaratdığı çətinlik, həm də əhaliyə güzəşt nöqteyi-nəzərindən yanaşıb: “İndiki məqamda Azərbaycan Dəmir Yollarının mənfəətli şirkət olmadığını nəzərə almaq lazımdır. ADY-nin xərcləri çoxdur. Eyni zamanda, pandemiya dövründə daşınmaların azalması məsələsini də nəzərə aldığımızda görəririk ki, gəlirləri azalıb. Bu mənada açıqlamada qeyd etdikləri səbəblə razılaşmaq olar. Son dönəmlərdə islahatlar edirlər, müxtəlif konsaltinq şirkətlərlə, eyni zamanda müxtəlif maliyyə institutları ilə çalışırlar ki, xərclərini optimallaşdırsınlar, gəlirlərini artırsınlar”.

“Amma bu istiqamətdə atılan addımların effektivliyi şübhəli qalır. Çünki bir çox hallarda biz bunu müşahidə etmirik. Görünən odur ki, əksər hallarda daha müxtəlif layihələrə vəsait xərclənir. Həmin layihələrin də iqtisadi effektivliyi şübhə altındadır. Qeyd etdiyimiz məqamlara bir çox sübutlar da var”, - deyə ekspert söyləyib.

Əlavə edib ki, sərnişindaşıma sahəsi heç vaxt gəlirli sahə olmayıb: “Azərbaycan Dəmir Yolları da sərnişin daşımadan xüsusi bir gəlir əldə etməyib. Əsasən yük daşımalardan qazanc əldə edib. İqtisadi cəhətdən bu artım normaldır. Elektrik enerjisinin də qiyməti qalxıb. Onların fəaliyyəti cəhətdən də artımın olması müəyyən qədər başa düşüləndir. Lakin tariflərin kəskin şəkildə artırılması - nəzərə alaq ki, nə gediş müddəti, nə digər məsələlər dəyişib - bu halda düzgün deyil. Artım baş verirsə, həm dövlət, həm digər tərəflərdən başqa kompensator mexanizmlər istifadə edilməli idi. Artım maksimum əlli faiz ola bilərdi. Bizdə ölkə üzrə rəsmi infilyasiya səviyyəsi heç o həddə çatmır ki, yüz faizlik artım olsun”.

“Eyni zamanda müxtəlif formada kompensasiya tətbiq edə bilərdilər. Daimi istifadəçilər üçün güzəşt tətbiq edə bilərdilər. Bunu nəzərə almaq lazım idi. Lakin sadəcə qiymət artırıldı, vəssalam! Bu da o mənaya gəlir ki, onlar özlərini kommersiya şirkəti kimi qəbul edirlər və bu dövrdə itirdiklərini müəyyən qədər daha tez əldə etməyə çalışırlar”, - deyə Vəliyev fikrini yekunlaşdırıb.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI