"Qiymətlər niyə qaldırılıb və hansı səbəblə bağlıdır?" - NARAZILIQ!

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sabahdan hərəkətini bərpa edəcək Bakı-Gəncə sürət qatarında gediş haqqını artırıb.
Bu barədə qurumdan bildirilib. Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb:
“Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır”.
Qeyd edək ki, Bakı-Gəncə sürət qatarında qiymətlərin daha da artırılması ilə bağlı məlumat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tarifində Gəncə marşrutu üzrə qiymətlər 8 manat 40 qəpik göstərilir. Vətəndaşlar isə yalnız dəmir yolu ilə deyil, bölgələrə avtobus, yaxud fərdi taksilər ilə gediş-gəlişə üstünlük verirlər ki, burada qiymətlər dəmir yolundan heç də baha deyil.
Belə olduğu təqdirdə sərnişinlər niyə baha qiymətə qatarla səyahətə üstünlük verməlidirlər? Dia.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bununla bağlı Cebhe.info-ya bildirib ki, nəqliyyat dünyada gedən proseslərlə ayaqlaşmasa ya o sahə çökür, ya da cəmiyyətdə birmənalı qarşılanmır:
“Bu gün istər avtobus, metro, istərsə də dəmir yolu ilə bağlı daşımalar bazar qiymətinə uyğun deyil. Dövlət onu tənzimləyir və kifayət qədər aşağı qiymət tətbiq olunur. Dəmir yolunda, məsələn, lüks qatarlar, mənzil başına daha tez çatmaq kimi komfortlu xidmət tələb edirik. Ancaq qiymətlər barədə düşünmürük. Bütün dünyada enerji daşıyıcıları bahalaşıb. Azərbaycan da dünyanın bir parçasıdır. Nə qədər özümüz istehsal etsək, öz gücümüzə saxlasaq da, xarici ölkələrdən müxtəlif detallar alınır. Yəni 3-5 il bundan qabaq alınan qatarla indi alınan qatarın qiyməti eyni deyil. Keyfiyyətli xidmət tələb ediriksə, qiymətlərin artması qaçılmazdır. Ancaq birdən-birə, hələ pandemiyanın hələ təsirləri qaldığı bir dövrdə qiymətləri bu qədər qaldırmaq yaxşı addım olmadı. Düşünürəm ki, ətraflı sosial sorğu keçirib sonra qərar vermək olardı. Yəni 20-30 faiz, sonrakı müddətdə yenə bir qismini artırmaq olardı. Birdən-birə bu qədər artım təbii ki, narazılıq yaradır”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, bu qiymət artımının əsas səbəbləri ilə bağlı dövlət qurumları açıqlama versəydi, daha doğru olardı:
“Qiymətlər niyə qaldırılıb və hansı səbəblə bağlıdır? Göstərilən xidmətdə hansı dəyişikliklər baş verir? Elektrik enerjisinin qiyməti artıb, yaxud hansı xidmət sahəsində artım baş verib ki, qiymət bahalaşıb? Rəsmi qurumlar bunu izah etməlidir. Çünki indiki şəraitdə buna ehtiyac yox idi. İkincisi, qiymətlər bu səviyyədə olacaqsa, məsələn, 4 nəfərdən ibarət azərbaycanlı ailəsi Gəncəyə 80 manata qatarla gedəcəksə, bu, onlara sərf etməyəcək. Çünki daha tez və daha ucuz avtomobillə də getmək olar. Belə ki, adambaşına 10-12 manata sərnişin daşıyan taksi sürücüləri də var. Qatara nisbətən də Gəncəyə daha tez çatırlar. Ona görə də bu qiymətlərlə qatarların boş gedib-gəlməsinəmi çalışırlar, anlamaq mümkün deyil”.
Ekspert deyib ki, hansısa tariflərdə dəyişiklik olsaydı, bu qiymət artımının məntiqini anlamaq olardı:
“İndi nə tarif dəyişikliyi, nə də maya dəyərinin hesablanma qaydası ilə bağlı bir açıqlama var. Belə olan təqdirdə nəyə görə dövlətin büdcə vəsaiti hesabına tikilən və yaxud dövlət idarəetməsində olan dəmir yollarında, dövlət vəsaiti ilə alınan qatarlarda qiymət baha olmalıdır? Bu sualın cavabını əlaqədar qurumlar məntiqi şəkildə izah etməlidirlər. Fikrimcə, əgər qiymətlər bu səviyyədə olacaqsa, həmin qatarların boş gedib-gəlməsi ehtimalı yüksəkdir. Daha tez və daha ucuz qiymətə avtomobil yolu ilə Gəncəyə gedib-gələnlərin sayı daha çox olacaq. Avtobus qiymətlərinin isə 8 manat olduğunu nəzərə alsaq, ümumiyyətlə, qatarlarla gedib-gələnlərin sayında xeyli azalma müşahidə olunacaq”.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI