FED qərarını verdi: Manatı nə gözləyir? - İNCƏLƏMƏ...
Iqtisadiyyat
Oxunub: 612
18 mar 2022 | 17:44
FED qərarını verdi: Manatı nə gözləyir? - İNCƏLƏMƏ...


"FED-in qərarının manata heç bir təhlükəsi yoxdur”. Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov ABŞ Federal Ehtiyat Sisteminin (FED) 4 ildən sonra ilk dəfə uçot dərəcəsini 25 baza bəndi artıraraq, illik 0,25-0,5 faizə qaldırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qərar inflyasiya ilə mübarizə fonunda verilib:

"FED-in bu qərarı gözlənilən idi və qiymət artımına qarşı mübarizə üçün belə bir addım atılıb. 2021-ci ilin sonlarından deyirdilər ki, FED uçot dərəcəsini qaldıracaq. Çünki nəinki ABŞ, bütün dünyada inflyasiya prosesi gedir, qiymətlər artır. Belə vəziyyətdə, inflyasiyanın qarşısını almaq üçün mərkəzi banklar uçot dərəcəsini qaldırır. Azərbaycan Mərkəzi Bankı da bu yaxınlarda anoloji addım atıb.

Ötən ilin sonlarından görürük ki, dünyada qiymət artımları müşahidə olunur. Ukrayna hadisələri isə bu prosesin daha da sürətlənməsinə səbəb olub. Hazırda dünya kəskin qiymət artımı ilə üz-üzədir”.

FED-in qərarı həmsöhbətimizə görə mövcud inflyasiyanın qarşısını almaqda mühüm rol oynayacaq:

"Bu halda digər banklar FED-dən daha az kredit götürür. Belə vəziyyətdə də iqtisadiyyata daha az pul yatırılır. Kreditlər üzrə faizlər artır, iqtisadiyyata az pul qoyulur. Nəticədə iqtisadi aktivlik azalsa da, inflyasiya prosesinin də qarşısı alınır”.

Ekspert düşünür ki, FED-in qərarının Azərbaycana heç bir ciddi təsirləri olmayacaq:

"Düzdür, bu qərarla dollar bütün dünyada avro və digər valyutalara münasibətdə bahalaşacaq. Amma bu bahalaşma manata münasibətdə baş verməyəcək. Çünki eyni zamanda neftin qiyməti də bahalaşıb. Bu fonda ölkəmizin valyuta gəlirləri də artır. Azərbaycan valyutası isə tamamilə neftin qiymətindən asılıdır. Ona görə də FED-in qərarının manata heç bir təhlükəsi yoxdur”.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI