PROBLEM: Daha Xaçmaz pomidoru olmayacaq? - ARAŞDIRMA
Iqtisadiyyat
Oxunub: 507
14 fev 2022 | 18:50
PROBLEM: Daha Xaçmaz pomidoru olmayacaq? - ARAŞDIRMA


Hamının xüsusi ilə axtarıb-aldığı tək yerli deyil, Rusiya bazarlarının da sevimlisi olan Xaçmaz pomidoru yavaş-yavaş yoxa çıxmağa başlayıb. Hazırda Xaçmaz pomidoru adı altında satılanlar isə təəssüf ki, keyfiyyəti və dad baxımından heç də onunla eynilik təşkil etmir.

Mütəxəssislərin fikrincə, indi rayonda Sovet dövrü ilə müqayisədə pomidor əkini yarıbayarı azalıb. Bizim.Media problemi araşdırmaq üçün Xaçmazın Qaraçay Cek kəndindən olan fermerlər ilə söhbət aparıb.

Onların özlərinə görə, bir müddət əvvəl müəssisədən yerli sakinlər üçün boş torpaqlardan istifadəyə icazə verilmirdi:

"İki il əvvəl kənd təsərrüfatı naziri İnam Kərimova müraciət etdikdən sonra, onun köməkliyi ilə müəssisə tərəfindən bizə 10 hektar sahə icarəyə verildi. Həmin sahəni mən öz adıma alıb sakinlər arasında bölüşdürdüm. Amma təsərrüfat sahibi bizdən sahənin hektarından 450 manat pul tələb edir. Bu il isə qiymətin 550 manat olacağını deyirlər, bu isə kəndliyə qəti sərf etmir. Həmçinin mövsüm zamanı suvarma suyunun qıtlığı, məhsulun yetişdirilməsi üçün istifadə edilən dərmanların keyfiyyətsizliyi və gübrənin bahalılığı da bizim üçün problemdir. Satış zamanı stabil bazarın olmaması, alıcı zəifliyi çəkdiyimiz zəhmət və xərcin əvəzini vermir".

Keçən il pomidorun kiloqramının 10-12 qəpiyə olduğunu deyən Cəfər Həsənov Xaçmazın bir vaxtlar məşhur olan yerli pomidor sortlarının indi əkilmədiyini bildirib:

"Məhsuldar Xaçmaz-18 sortu vardı. Hamı tərəfindən sevilirdi. İndi yerli sort pomidorlar çox az əkilir. Üstəlik rayonun 11 istixanası qaz borcu olduğuna görə işləmir. Ona görə də indi özümüz pomidor şitillərini fərdi qaydada sahələrimizdə yetişdiririk".

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, onlar yerli fermerlərin problemlərindən məlumatlıdırlar və bu istiqamətdə müntəzəm işlər aparılır:

"Bitkinin vegetasiyası dövründə suvarma suyunun çatışmaması, emal müəssisələrində qəbul limitinin az olması, məhsulun satış qiymətinin çox aşağı olması və keyfiyyətli toxum materialının az olması da kəndliyə çətinlik yaradır. Hazırda bu problemlərin həlli istiqamətində mərkəz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müntəzəm işlər aparır".

Qeyd edək ki, Xaçmaz rayonunda keçən il 2013 hektar sahədə pomidor yetişdirilib və bu sahədən 6885 ton məhsul götürülüb. Hektardan 30 tona yaxın məhsul götürən Xaçmaz fermerləri indi növbəti əkinə hazırlaşırlar.

Biz əslində məşhur Xaçmaz pomidoru sortundan söhbət açacaqdıq. Gördüyünüz kimi, mövcud problemlər həmin məsələnin üstünə gəlməyə imkan vermədi. Necə deyərlər, “keçi ölüm hayındadır, çoban piy axtarır”. Yaz əkininə isə lap az qalıb, ona görə Xaçmaz fermerlərinin cari problemləri həll olunmasa, növbəti il üşün də acınacaqlı vəziyyətlə üzləşəcəklər, bol məhsul gözləməyə dəyməyəcək.

Məşhur Xaçmaz pomidoru ilə bağlı yazımız isə növbəti araşdırmamızda olacaq. Elmi-Tədqiqat İnstitutunun bu istiqamətdə gördüyü işlərlə maraqlanacağıq və nəticəsindən sizləri də agah edəcəyik. Bizi izləməyə davam edin.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI