Bahalaşmanın səbəbi: Qiymət artımının qarşısı necə alınacaq? - GƏLİŞMƏ
Iqtisadiyyat
Oxunub: 502
12 fev 2022 | 17:25
Bahalaşmanın səbəbi: Qiymət artımının qarşısı necə alınacaq? - GƏLİŞMƏ


Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində əksini tapıb. Sənəddə Agentliyin fəaliyyət istiqamətləri sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, bu yaxınlarda Nazirlər Kabinetində keçirilən iclas zamanı məhz qiymət artımı müzakirə olunmuş və müvafiq təkliflərin hazırlanması tapşırılmışdı. Hazırda ölkədə qiymət bahalığı hökm sürür.

Dövlət Ehtiyatları Agentliyi əhalinin ərzaqla təminatında problemlərin yaranmaması üçün hansı addımlar atacaq və bu istiqamətdə inzibati rıçaqlardan yararlanacaqmı?DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, dövlətin inzibati qaydada tədbirlər görməsi üçün əlində kifayət qədər müvafiq strukturlar var:

"Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, bundan başqa Nazirlər Kabineti özü bu sahədə müvafiq addımlar atmaq, tənzimləmələr həyata keçirmək imkanındadır.

Bu elə bir məsələdir sırf inzibati metodlarla yoluna qoymaq, tənzimləmək mümkün deyil. Ona görə də müfaviq qurum ötən il oktyabr ayında yaradıldı və indi də nizamnaməsi təsdiq edildi. Burada əsas məsələ odur ki, bu sahədə ayrıca dövlət qurumu fəaliyyət göstərməklə, məsələnin iqtisadi əsaslarının qabaqcadan nəzərə alınıb tənzimlənməsini və müvafiq qaydada fors-major halları yarandıqda bunun daxili bazara təsir etməməsi, istehlak malları üzrə daxili bazarda ölkənin həmin məhsullara təminatında təhlükəsizlik elementlərinin qorunub saxlanmasını təmin edə bilsin.

Məsələn, bu, ərzaq buğdası ilə bağlı dünya bazarındakı tendensiyanı nəzərə alıb, müvafiq qaydada daxildə qabaqcadan mexanizmlər hazırlanması ola bilər. Qlobal bazarda heç bir problem olmasa belə, ərzaq buğdası ilə bağlı daxili tələbatın maksimum səviyyədə necə ödənilməsi barədə konkret strateji şərt müəyyən etmək və bunu dövlət qurumları qarşısında qaldırmaqdır. Ümumiyyətlə, ehtiyatlarla bağlı dövlətin ayrıca bir qurumunun fəaliyyət göstərməsi və buna cavabdehlik daşıması olduqca vacib idi. Əminəm ki, sözügedən qurum mövcud çağırışlardan irəli gələrək yaradılmaqla qeyd ediləm hədəfləri təmin etməyə xeyli dərəcədə yardımçı olacaq".

Burada hansı səfərbərlik ehtiyatlarının yaradılması ilə bağlı təkliflər nəzərdə tutulur?

Ekspertin sözlərinə görə, burada səfərlik ehtiyatları dedikdə, konkret bir dövr üçün məsələn, 2023-ci ildə ölkənin ərzaqlıq buğda sarıdan nə qədər ehtiyatlara malik ola biləcəyi, dünyada baş verə biləcək fors-major hallarından sığortalanmaq üçün hansı formada səfərbərlik imkanlarına malik olmaq və onu həyata keçirmək nəzərdə tutulur:

"Məsələn, müharibə şəraitində səfərbərlik dedikdə o demək deyil ki, sənin ordun yoxdur, sadəcə olaraq ehtiyat olaraq, müharibənin gedişatı dövründə, qabaqcadan ehtiyatı təmin etmək üçün səfərlik həyata keçirirsən. Burada da gözlənilən, proqnoz edilən dünya bazarlarında qiymət artımı, məhsul qıtlığına adekvat olaraq həmin ərzaq məhsullarıü üzrə səfərbərlik ehtiyatlarını təmin etməkdir".

Pərviz Heydərov deyir ki, Agentliyin yaranması mövcud çağırışdan irəli gəlib:

"2020-ci ildə pandemiya oldu. Ancaq pandemiya hələ tam bitməsə də, ötən il bahalaşma başladı. Dünyada ən çox taxıl satan ölkələr isə öz satışlarına məhdudiyyət qoydular. Ərzaq buğdası ilə bağlı 48 faiz Rusiyadan asılılıq vardı. Ötən il ərzaq buğdası ilə bağlı ƏDV ləğv olundu, subsidiyalar tətbiq edildi. Ancaq cari ilin yanvarında taxıl məhsullarının qiyməti artdı. Bu problem hər an yarana bilər. Ona görə də dövlət bir sıra zəruri ərzaq məhsulları üzrə səfərbərlik ehtiyatlarına malik olmalıdır. Bu həm maliyyə sarıdan təhlükəsizliyə, həm də qida məhsulları üzrə vacibdir.

Bu qurumu yaratmaqda məqsəd odur ki, sırf bu məsələ ilə məşğul olsun. Artıq həmin agentlik cavabdehlik daşıyacaq. 2023-cü ildə ərzaq böhranı yaranarsa, bu agentlik cavabdehlik daşıyacaq ki, niyə görə bunu əvvəlcədən görməyib, qabaqcadan Nazirklər Kabineti hökumətə müvafiq təkliflər verməyib".
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI