OD TUTUB YANAN DƏRMAN BAZARI... - xəstə yazıq NƏ ETSİN?
Tarif Şurası tərəfindən ölkəyə daxil olan yeni dərmanların qiymətlərinin tənzimlənməsindən sonra bəzi dərman vasitələrinin qiymətində artım müşahidə olunur.
Məsələn, depresiya müalicəsində istifadə olunan Türkiyə istehsalı prozac dərmanının qiyməti 24 manat (artıq bir çox apteklərdə 27 manata da satılır, Naxçıvanda isə bu dərman vasitəsinin qiyməti 13 manatdır) epilepsiyanın müalicəsində istifadə edilən dərman vasitəsi "epinex 500mq"-in qiyməti isə 37 manatdır. Çox güman ki, bu dərmanın da qiyməti yaxın günlərdə bir neçə manat artacaq. Aylıq gəliri 450-500 manat məbləğində olan vətəndaşlar var ki, onların ailə tərkibində bu dərmanlardan istifadə edilir və hətta bu dərmanlar zəruri hesab edilir. Ancaq gəlirləri kifayət etmədiyindən, ay sonunda ya dərmanları ala bilmirlər, ya da həkimlə məsləhətləşmədən dərmanların miqdar və dozalarında özbaşına dəyişiklik edirlər. Bu da sonunda bəzi fəsadlara səbəb olur. Təbii ki, həkimə müraciət etməmələri də gəlirləri ilə əlaqədardır. Çünki əksər xəstələr özəl klinikalara müraciət edirlər və burada həkim qəbulu üçün də əlavə xərc çəkməli olurlar. Həmin şəxslər bu dərman vasitələrini asan və ucuz bir şəkildə əldə etmələri üçün İcbari Tibbi Sığortaya hansı şəkildə müraciət etməlidirlər? Bu insanlar üçün ümumi səhiyyə sistemində hansı asanlıqlar yaradılıb? Dərman qiymətlərinin artması ilə bir neçə qurum arasında qalıb, get-gələ düşən xəstə vətəndaşlar var ki, onlar öz dərmanlarını az gəlir səbəbindən vaxtlı-vaxtında alıb, qəbul edə bilmirlər. Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfində belə bahalı dərmanların nisbətən ucuz əldə oluna bilməsi üçün hansı tətbiqlərdən istifadə edilir? İcbari Tibbi Sığorta belə bahalı dərman vasitələrinin xəstələr üçün əlçatan, sərfəli olmasında hansısa zəruri addımlar atıbmı? DİA.AZ-ın məlumatına görə, suallarla əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizimyol.info-ya bildirilib ki, İcbari tibbi sığorta çərçivəsində epilepsiya xəstəliyinin aşağıdakı tibbi xidmətlər üzrə stasionar terapevtik yatışı Xidmətlər Zərfi ilə təminata alınır:
“Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar;
Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar;
Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar;
Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar;
Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri;
Xüsusi epileptik sindromlar;
Diskinetik serebral iflic;
Epilepsiyanın digər formaları;
Epileptik status grand mal (generalizə olunmuş);
Epileptik status [petit mal> (kiçik tutmalar);
Mürəkkəb parsial epileptik status;
Digər dəqiqləşdirilmiş epileptik status.
Məlumat üçün bildirək ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir. Habelə, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.
Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.
Eyni zamanda Agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.
Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil. Gələcəkdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təminata alınması həyata keçirilərsə, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI