Azərbaycanda əkin sahələri sıradan çıxır: Kimdir günahkar? - İNCƏLƏMƏ...

Şoranlaşma kənd təsərrüfatı torpaqlarının böyük problemlərindəndir. Belə ki, ölkədə kənd təsərrüfatı üçün yararlı torpaqlar 4755,5 min ha təşkil edir. Digər tərəfdən ümumi suvarılan ərazi 1435,2 min ha təşkil edir. Şoranlaşmış ərazilər isə suvarılan ərazinin 825,5 min ha-nı əhatə edir, bu da ümumi suvarılan ərazinin 57,7%-ni təşkil edir.
Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərindən zərər çəkən ölkələrdən biri olduğunu bildirərək qeyd etmişdi ki, bu amil şoranlaşma ilə bağlı müəyyən problemlərə səbəb olur. Buna görə də qabaqlayıcı tədbirlər görülməlidir. Belə ki, torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün ağaclar əkilməli, suvarmaya nəzarət edilməlidir.
Mütəxəssislərin fikrincə, Azərbaycanda torpaqların şoranlaşmasının əsas səbəbi elə fermerlərlə bağlıdır. Belə ki, torpaqların ifrat dərəcədə suvarılması torpağı şoranlaşdırır. Bu zaman həm su itkisinə yol verilir, həm də torpaq əkin sahəsi kimi sıradan çıxır. DİA.AZ-ın məlumatına görə, ekoloq Vaqif Əliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, buna görə də fermerlər suvarma işləri apararkən damcı yolundan istifadə etməlidir: “Ancaq təəssüf olsun ki, bəzi ərazilərdə hələ də dədə-baba qaydası ilə selləmə üsulu ilə suvarma mövcuddur. Bu zaman torpaq qurunt sularına qarışır və keyfiyyəti dəyişir. Şoranlaşmış torpaqda əkin aparmaq mümükün olmur. Buna görə də torpaqlar “yatıma” qoyulmalıdır. Yəni torpaqlara ağaçlar əkilməli və suvarma edilməməlidir. Şoranlaşmış torpaq, 5-10 ilə əkin üçün yararlı sahəyə çevrilə bilər. Ancaq bu da həmin illər boyu məhsul itkisi deməkdir”.
Ekspert qeyd edir ki, şoranlaşma iki cür olur. Birinci növ şoranlaşma təbii şoranlaşmadır. Bu təbii səbəblərdən baş verir. Qurunt suları üzə çıxır. Şoranlaşma yavaş gedən prosesdir. Yəni torpaq zamanla şoranlaşır. İkinci növ şoranlaşma isə, qeyd edildiyi kimi insanların səbəb olduğu antropogen amillərdən qaynaqlanan şoranlaşmadır.
Ekoloq qeyd edir ki, torpağa çox su verən zaman su torpağın dərinliklərinə enir, qurunt sularına qarışır. Yerin altında olan duzları yerin səthinə çıxarır. Belə torpaqlar da genofonda zərər verir. Müxtəlif bitki növləri yoxa çıxır. Şoranlaşmış torpaq isə, yararsız torpağa çevrilir:
“Son zamanlar ərazaq qıtlığını, ərzaq məhsullarının sürətlə bahalaşması fonunda torpaqların şoranlaşmasının qarşısını almaq lazımdır. Şoranlaşmış torpaqlar kənd təsərrüfatı üçün yararlı torpağa çevrilsə, xarici ölkələrdən Azərbaycana ərzaq məhsullarının idxalı da azalar. Hər şey özümüzdən asılıdır”.
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi