Azərbaycanda inflyasiya yavaşlayacaq, manatın məzənnəsi sabit qalacaq - S&P Azərbaycanın reytinqlərini təsdiqləyib

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində, uzunmüddətli reytinqlər üzrə proqnozu isə "Stabil" səviyyədə təsdiqləyib.
Proqnozun sözügedən səviyyədə təsdiq olunması Qarabağ müharibəsinin bitməsi ilə üçtərəfli atəşkəs razılaşmasının imzalanması, həmçinin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının Azərbaycanın bu il fiskal və tədiyə balansını dəstəkləyəcəyi ilə əsaslandırılır.
S&P "BB" səviyyəsində qiymətləndirdiyi ölkələr arasında fiskal və xarici mövqe üzrə Azərbaycanı ən güclü ölkələr sırasına aid edir. Bu, əsasən Dövlət Neft Fondunun (ARDNF) topladığı əhəmiyyətli likvid aktivlər hesabına baş verib.
"Biz proqnozlaşdırırıq ki, 2025-ci ilə qədər likvid aktivlərin ÜDM-ə nisbəti 70%-ə yaxın qalacaq və məcmu dövlət borcu ÜDM-in 30%-i səviyyəsinin aşağısında ollacaq. Hazırda əlverişli neft qiymətləri də Azərbaycanın fiskal və tədiyə balansını dəstəkləyir", - kredit reytinqi agentliyi bildirir.
S&P Azərbaycan üzrə reytinqlərin yüksəlməsini məhdudlaşdıran əsas amillər sırasında zəif institusional səmərəliliyi, ölkənin dar və cəmləşmiş iqtisadi bazasını və monetar siyasətin məhdud çevikliyini qeyd edib.
Agentlik vurğulayır ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır və ölkə hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Buna əsasən, hazırkı mühit Azərbaycanın iqtisadi, fiskal və tədiyə balansı göstəricilərinə fayda verəcək, lakin uzunmüddətli perspektiv daha az əlverişli görünür: "Mövcud neft yataqları köhnəlir və hasilat davamlı olaraq azalır. Məsələn, 2010-2021-ci illər arasında neft hasilatı 30%-ə yaxın azalaraq sutkada 1 mln. bareldən təxmin edilən 0,74 mln. barelə enib"
"Azərbaycan son bir neçə ay ərzində "OPEC+" kvotalarından təqribən 10% az neft hasil edir ki, bu da hasilatda müəyyən məhdudiyyətləri, eləcə də AÇG-nin əsas neft yatağında aparılan təmir işlərini əks etdirir. Buna baxmayaraq, "OPEC+"ın neft hasilatının azaldılması üzrə kvotaları artırdığına görə biz Azərbaycanda neft hasilatının 2022-ci ildə gündəlik 770 min barel səviyyəsinədək yüksələcəyini proqnozlaşdırırıq.
Ortamüddətli perspektivdə neft hasilatının 2025-ci ilə qədər sutkada 750 min barelə qədər azalacağını güman edirik. Hasilatın eyni səviyyədə saxlanılması və ya artırılması əlavə investisiyalar tələb edəcək. Mövcud neft yataqlarında bunun baş verib-verməyəcəyi bəlli deyil", - agentliyin mütəxəssisləri bildirir.
Qaz ixracı üzrə müsbət proqnoz verən agentlik hesab edir ki, qaz hasilatının son artımına baxmayaraq, ortamüddətli perspektivdə qaz ixracı Azərbaycanın ümumi karbohidrogen ixracının təxminən 20%-ni təşkil edəcək.
Bundan əlavə, S&P-yə görə, Avropada qazın spot qiymətləri rekord həddə çatsa da, Azərbaycan bundan yalnız qismən faydalanacaq, çünki ölkənin müqavilələrinin əksəriyyəti uzunmüddətlidir və qiymətlər neftə bağlıdır.
"Ümumilikdə, biz ÜDM-in 2021-ci ildə 5,6%-lik artımından sonra, 2022-ci ildə onun 2,7% səviyyəsində artacağını proqnozlaşdırırıq, bu da əsasən qaz hasilatının artımını, "OPEC+" kəsirlərinin tədricən dayandırılmasını və 2021-ci ildə 7,2% artan qeyri-neft sektorunun bərpasını əks etdirir. Bundan əlavə, biz iqtisadi artımın 2023-2025-ci illərdə orta hesabla 1%-dən bir qədər çox olacağını gözləyirik, çünki artan qaz istehsalı neft sektorunun tənəzzülünü qismən kompensasiya edəcək", - agentliyin analitikləri bildirib.
Azərbaycanda inflyasiya yavaşlayacaq
"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətlərinin orta artımı 6,5% təşkil edəcək
2023-cü ildə ortaillik inflyasiyanın 4,5% təşkil edəcəyi, 2024-2025-ci illərdə isə 3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq. Bankın proqnozuna görə, 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.
Manatın məzənnəsi sabit qalacaq
Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
Bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirib. //"APA-Economics"//
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi