Bahalaşma nə qədər davam edəcək? - İNCƏLƏMƏ...

2020-ci ildə pandemiya şəraiti bir çox iqtisadi və əsas istehsal sahələrini məcburi məhdudiyyətlərlə üzləşdirdi. Ötən il pandemiyadan çıxandan sonra tələbatın artmasına baxmayaraq, məhdudiyyətlə üzləşən iqtisadi fəaliyyət sahələri əvvəlki vəziyyətinə qısa müddətdə qayıda bilmədi. Bu səbəbdən bütün dünyada bahalaşma başladı. Bunlar Azərbaycana təsir etməyə bilməzdi. Unutmayın ki, ərzaq məhsulları sarıdan biz bir çox istiqamətlərdə idxaldan asılıyıq. DİA.AZ xəbər verir ki, bu sözləri Axar.az-a iqtisadçı Pərviz Heydərov Dövlət Statistika Komitəsinin ərzaq bahalaşması ilə bağlı açıqladığı yeni statistika barədə danışarkən deyib.
”Rəsmi göstəricilər ümumi xarakter daşıdığından biz həmin məhsullar üzrə bahalaşmanın dəqiq səviyyəsini müəyyən edə bilmirik. Keçən il ərzində çörək, un və digər un məhsulları üzrə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq edilməsəydi, xüsusən ərzaqlıq buğdanın ölkəyə idxalı üzrə məhdudiyyətlər aradan götürülməsəydi, bu sahədə bahalaşma daha çox olardı. Ötən ildən məlum idi ki, çörək və digər un məhsulları üzrə bahalaşmadan qaçmaq mümkün olmayacaq. Bahalaşma tendensiyası hələ ki, davam edir. Ən yaxşı halda bu ilin 1-ci rübünün sonuna qədər bahalaşmanı müşahidə edəcəyik”, - iqtisadçı bildirib.
O qeyd edib ki, 2021-ci il ərzində ölkədə bütövlükdə bütün istehlak qiymətləri bahalaşıb. Artıq məlumdur ki, keçən il ərzində istehlak qiymətlərinin indeksi təxminən 7%-ə qədər artıb:
“Ən çox bahalaşan isə ərzaq məhsullarında oldu. Statistika göstərir ki, dekabr ayı ərzində noyabra nisbətən ərzaq məhsulları 1%-dən çox bahalaşıb. 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 12% təşkil edib. Rəsmi statistika özü də keçən il ərzində ilin sonuna qədər ərzaq məhsullarının indeksini, yəni qiymətlərinin bahalaşdığını qeydə alıb. Statistika Komitəsi keçən ilin yekunlarını açıqlamayıb. Yanvar-noyabr aylarının göstəriciləri məlumdur. Dekabr ayının isə bütün göstəriciləri açıqlanmayıb. Bu səbəbdən keçən ilin ümumi yekunundan danışmaq hələ çətindir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi (yəni bahalaşma) əvvəlki aya nisbətən 101,6%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112% təşkil edib.
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi