Neftin bahalaşması arzuolunan deyil - İNCƏLƏMƏ...

Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,73 dəfə artaraq 84,22 dollar təşkil edib. Neftin qiymətinin artım tempi son 12 ilin rekord səviyyəsinə çatıb. Rekord hədd ötən ilin oktyabr ayında olub. “Brent” markalı neftin bir barelinin qiyməti 86,70 dollara kimi bahalaşıb. 2022-ci ildə də neftin qiymətinin artması gözlənilir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neft istehlakı pandemiyadan əvvəlki həddə çatacaq və sutkalıq 99,53 milyon barel təşkil edəcək.
2021-ci ildə bu göstərici 96,2 milyon barel olub. Lakin neftin qiymətinin bahalaşması ilə bağlı fərqli yanaşmalar var. Əksəriyyət neftin qiymətinin artmasını sevinclə qarşılasa da, bir sıra iqtisadçılar, xüsusən neft maqnatları qiymətlərin 60-70 dollar civarında qalmasının tərəfdarı kimi çıxış edirlər. Onların fikrincə, neftin sürətli bahalaşması və 100 dolları keçməsi bazar üçün problemlidir. Bir müddət öncə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da bildirmişdi ki, dünya bazarında neftin bir barelinin qiymətinin 65-75 dollar olması həm istehsalçılar, həm də istehlakçılar üçün arzulanandır. Onun sözlərinə görə, yüksək neft qiymətləri bazar üçün çökmə riski yaradır: “Qiymətlərin 100 dollardan artıq olmasını istəməzdim. Çünki bu, aşağı gəlirli, təsirsiz layihələrə investisiyaları stimullaşdıra bilər və bazarın çökməsinə səbəb ola bilər”. DİA.AZ-ın məlumatına görə, son aylar neftin qiymətindəki yüksəlişlə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, bahalaşmanın bir neçə səbəbi var. Ekspert vurğulayıb ki, ən mühüm səbəb dünya iqtisadiyyatının tədricən pandemiya şəraitindən çıxmasıdır:
“Pandemiyadan sonra neftə tələbat artsa da, neft istehsalı ona adekvat olmayıb. Bu da təbiidir, çünki pandemiyadan ciddi ziyan görən neft müəssisələri yeni tələblərlə ayaqlaşmaq iqtidarında deyil. Əslində hazırda neftin dünya bazarındakı qiyməti heç də mövcud reallığa uyğun deyil. Qiymətin 85 dollara çatması tələb-təklif arasındakı fərqdən qaynaqlanır. Bilirsiz ki, OPEK-in sonuncu iclasında qərara alınıb ki, hasilat hər ay üzrə artırılsın. Bu qərarın bazarlardakı neft qiymətlərinə nə dərəcədə təsir göstərəcəyini demək çətindir. Görünən odur ki, qiymətlər hələlik yüksəlməkdədir. Bu da əsasən Çin iqtisadiyyatının inkişafı və Avropa Birliyi ölkələrinin tələbatı ilə bağlıdır”.
P.Heydərov bəyan edib ki, bu tendensiya bir müddət davam edəcək:
“Ümumiyyətlə isə neftin hamı üçün ən münasib qiyməti 60-65 dollar civarıdır. Bu, bütün neft hasil edən ölkələr üçün ən sərfəli qiymət həddi sayılır. Hazırkı qiymət bundan çox da yüksək deyil. Bahalaşmanın 100 dolları keçəcəyi ehtimalı isə çox azdır. Nəzərə alaq ki, hazırda neftin və dolayısı ilə yanacağın qiymətinin yüksəlməsi digər ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən daşınmanın da bahalaşması deməkdir. O səbəbdən indiki dönəmdə neftin qiymətinin kəskin bahalaşması arzuolunan deyil. Neftin qiymətinin bahalaşması uzağı ilin ortalarına kimi müşahidə olunacaq. İlin ortasından etibarən qiymətlər sabitləşməyə doğru gedəcək”.
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi