“Statoil Azerbaijan” şirkətində ixtisarlar olacaqmı?
Iqtisadiyyat
Oxunub: 1 784
26 dek 2014 | 15:27
“Statoil Azerbaijan” şirkətində ixtisarlar olacaqmı?


















Şirkət rəsmisi açıqlama verdi.

“Statoil Azerbaijan” şirkətində hər hansı kütləvi ixtisarların olması ilə bağlı heç bir rəsmi məlumat olmayıb.

Azerinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri “Statoil Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə və mətbuat xidmətinin rəhbəri Cəmilə Qadıyeva bəzi KİV-lərdə şirkətdə kütləvi ixtisarların aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

C. Qadıyeva deyib ki, şirkətdə hər hansı ixtisarın olub-olmaması ilə bağlı hər hansı bir məlumat vermək onun səlahiyyətində deyil: “Hələ ki rəhbərlik Bakıda yoxdur və onların bu barədə qərarı olmadan hər hansı bir informasiyanı vermək mümkün deyil. “Statoil Azerbaijan” şirkətində Milad bayramı ilə əlaqədar tətil elan olunub və şirkətin rəhbərliyi ölkədə yoxdur. Yeni ildən sonra bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, yeni ildən “Statoil Azerbaijan” şirkətində ştatda olan işçilərin kütləvi ixtisarına start veriləcək. Gələn ilin yanvar ayından etibarən Norveç şirkətinin Bakıdakı ofisinin əməkdaşlarının təqribən yarısını azaltmaq niyyətindədir.

Hazırda “Statoil Azerbaijan” şirkətində ştatda olan işçilərin sayı 40 nəfərə yaxındır.

Qeyd edək ki, Norveçin “Statoil” şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəli” və Bakı-Tbilisi-Ceyhanlayihələrində müvafiq olaraq 8,6% və 8,7% payla təmsil olunur.
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Dünən, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Dünən, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Dünən, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Dünən, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dünən, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini