ABŞ hökuməti BP şirkətinin 18 mlrd. dollar məbləğində cərimələnməsi ilə bağlı məhkəməyə müraciət edib
"APA-Economics" "RBK"ya istinadən xəbər verir ki, ABŞ hökumətinin hesablamalarına görə, 2010-cu ildə Meksika körfəzində neftin dağılmasında günahkar olan BP şirkəti 16 mlrd. dollardan 18 mlrd. dollara qədər cərimələnməlidir.
Hökumət məhkəmədən "Anadarko" şirkətinin də 1 mlrd. dollar məbləğində cərimələnməsini xahiş edib. ABŞ hakim dairələrinin fikrincə, bu şirkət qəzanın nəticələrinin aradan qandırılması üçün heç bir tədbir görməyib.
Amerika qanunvericiliyinə görə, su mühitinin çirkləndirilməsinə görə cərimənin maksimum məbləği 18 mlrd. dolları ötə bilməz.
Qeyd edək ki, bir qədər əvvəl Yeni Orlean federal məhkəməsi qəzanın kobud diqqətsizlik səbəbindən baş verdiyini təsdiqləyib. Məhkəmə belə qənaətə gəlir ki, neftin dağılması kobud laqeydliyin və ya BP-nin qəsdən qanunsuz fəaliyyəti ilə bağlı baş verib, -deyə hakim Karla Barbyenin qərarında bildirilir.
Bloomberg agentliyinin məlumatına görə, ABŞ höküməti öz müraciətində məhkəmədən su resurslarının təmizliyi haqqında federal qanunu əsas tutmaqla BP şirkətinə qarşı maksimum məbləğdə cərimə tətbiq edilməsini xahiş edib. Bununla yanaşı, hökumət üzvləri qəza vəziyyətindəki quyuların 25%-nin sahibi olan "Anadarko" şirkətinin daha az - 1 mlrd. dollar məbləğində cərimələnməsini uyğun görüblər.
Xatırladaq ki, bu ilin oktyabrında öz növbəsində BP şirkəti 2010-ci ildə Meksika körfəzində neft dağılmalarına görə şirkətin kobud laqeydliyinin olub-olmadığını aydınlaşdırmağı məhkəmədən xahiş edib. Şirkət nümayəndələrinin iddialarına görə, ABŞ-ın federal dairə məhkəməsinin hakimi Karla Barbye qərarındakı yanlışlıq faktlarla əsaslandırıldığından hakim sonradan məhkəmə prosesində bu məsələnin istisna olunacağına razılıq verib. Belə halda hakim qərarına yenidən baxmalı və ya yeni istintaq təyin etməlidir. BP ehtiramla hakimdən xahiş edir ki, qəzanın kobud laqeydlik nəticəsində baş verməsi ilə bağlı qərarından imtina etsin,- deyə BP-nin nümayəndələri vurğulayıb. Onlar əks halda BP-nin işə yenidən baxılması ilə bağlı hüququndan istifadə edəcəyini söyləyiblər.
Qeyd edək ki, böyük məbləğdə cərimədən qaçmaq üçün şirkətin verdiyi ərizədə qaldırılan məsələlərin böyük əksəriyyətini hakim Karla Barbye nəzərə almayıb. Noyabrda məlum olub ki, məhkəmə BP-nin xahişini rədd edib.
Qəzanın səbəbkarlarına tətbiq olunacaq cərimənin məbləği isə 2015-ci ilin yanvarından başlayacaq məhkəmə prosesinin gedişində müəyyən ediləcək. Məhkəmə körfəzə dağılan neftin həcmi ilə bağlı qərarını verəndən sonra dəymiş ziyanın və tətbiq olunacaq cərimələrin məbləği məlum olacaq.
Xatırladaq ki, 2010-cu ilin aprelində Meksika körfəzində "Deepwater Horizon" neft platformasında baş verən partlayış nəticəsində 11 nəfər həlak olub. Müxtəlif hesablamalara görə, körfəzə 3,2 mln. bareldən 4,9 mln. barelə qədər neft dağılıb.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü