"Bitcoin" niyə ucuzlaşır?

“Bitcoin”in qiymətində son günlər baş verən eniş kriptovalyuta bazarında yenidən müzakirələrə səbəb olub. Rəqəmsal aktivlərə yatırım edən şəxslər qiymətlərin daha da aşağı düşüb-düşməyəcəyi ilə bağlı narahatlıq keçirirlər. Son həftələrdə qeydə alınan qiymət itkisi bazarın gələcək istiqaməti ilə bağlı sualları artırıb. Bəs “Bitcoin” niyə ucuzlaşır və qarşıdakı dövrdə investorları nə gözləyir?
Məlumat üçün bildirək ki, iyunun ilk günlərində “Bitcoin”in qiyməti qısa müddətə 61 351 dollara qədər geriləyib. Bu enişlə son ayların ən böyük satış dalğalarından biri reallaşıb. Bazarda 1,6 milyard dollardan çox həcmdə mövqe məcburi şəkildə bağlanıb.
İqtisadi və geosiyasi amillər
“Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, “Bitcoin”in ucuzlaşması bir neçə amilin eyni vaxtda təsiri nəticəsində formalaşıb: “Kriptovalyuta bazarındakı enişin arxasında həm iqtisadi, həm də geosiyasi amillər dayanır. Ən mühüm səbəblərdən biri ABŞ-də fəaliyyət göstərən spot Bitcoin ETF-lərindən rekord həcmdə vəsait çıxışlarının qeydə alınmasıdır. İyun ayının ilk yarısında ETF-lərdən təxminən 4,4 milyard dollar vəsait çıxıb ki, bu da məhsulların istifadəyə verildiyi 2024-cü ildən bəri ən böyük çıxış göstəricilərindən hesab olunur. Nəticədə ETF-lərin idarə etdiyi aktivlərin həcmi 104 milyard dollardan 83 milyard dollara qədər azalıb. Praktik nümunə kimi qeyd etmək olar ki, “Bitcoin” 2026-cı ilin əvvəlində 96-98 min dollar intervalında ticarət olunduğu halda, iyun ayında 60-65 min dollar diapazonuna qədər gerilədi. Bu isə zirvədən təxminən 35-40 faiz aşağı qiymət deməkdir. Lakin “Bitcoin” tarixini analiz etdikdə görürük ki, bu cür enişlər əvvəllər də olub. Məsələn, 2013-cü ildə “Bitcoin” təxminən 75% dəyər itirmişdi. 2018-ci ildə eniş 84%-ə çatmışdı, 2022-ci ildə isə qiymət zirvədən 77% aşağı düşmüşdü. Bütün bu korreksiyalardan sonra “Bitcoin” sonrakı illərdə yeni tarixi maksimumlar formalaşdırmağı bacarmışdı. Əgər investor 2022-ci ilin sonlarında “Bitcoin”i 16 min dollardan almış və bazardakı qorxuya baxmayaraq satış etməmişdisə, 2025-ci ildə qiymətin 126 min dollara yaxınlaşması nəticəsində kapitalını təxminən 8 dəfəyə yaxın artıra bilmişdi. Bu nümunə göstərir ki, kriptovalyuta bazarında emosional qərarlar çox vaxt maliyyə itkilərinə səbəb olur”.
Mütəxəssis bildirir ki, hazırda bazara təsir edən ikinci böyük faktor geosiyasi risklərdir: “Son aylarda ABŞ-İran gərginliyi, Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik və neft qiymətlərindəki artım qlobal risk iştahasını azaldırdı. Lakin son günlər ABŞ və İran arasında əldə olunan ilkin razılaşma bazarlarda optimizmi artırıb. Faizlərin aşağı düşməsi həm səhm bazarı, həm də kriptovalyutalar üçün müsbət faktor hesab edilir. Məhz buna görə də ABŞ-İran razılaşması təkcə siyasi hadisə deyil, həm də kriptovalyuta bazarı üçün potensial müsbət makroiqtisadi siqnal kimi qiymətləndirilə bilər. Artıq bazarda ilkin reaksiyalar da müşahidə olunur. Son günlər “Bitcoin” 59 min dollar ətrafındakı minimum səviyyələrdən 65-66 min dollar diapazonuna qədər yüksəlib və bəzi günlərdə 10 faizdən artıq bərpa nümayiş etdirib. Bununla belə, risklər hələ də qalır”.
“Bitcoin”ə olan uzunmüddətli tələb hələ də yüksək olaraq qalır”
Kriptovalyuta birjası “Binance”dən qəzetə verilən məlumata görə, hazırda ABŞ-də Bitcoin ETF-lərindən müəyyən vəsait çıxışları olsa da, “Bitcoin”ə olan uzunmüddətli tələb hələ də yüksək olaraq qalır: “Bazar məlumatlarına görə, 2024-cü ilin mart ayından etibarən ETF-lər 509 mindən çox “Bitcoin” toplayıb, “Strategy” şirkəti isə eyni dövrdə təxminən 651 min “Bitcoin” alıb. Ümumilikdə bu, bazarda 1,24 milyondan çox “Bitcoin”ə əlavə tələb yaradıb. Müqayisə üçün, hazırda bütün kriptovalyuta birjalarındakı ehtiyatlar təxminən 2,7 milyon “Bitcoin” təşkil edir. Bu rəqəmlər son illərdə iri investorların və şirkətlərin “Bitcoin”ə marağının miqyasını göstərir”.
“CryptoQuant” CEO-su Yong Ju isə deyir ki hazırkı proses aktivin zəifləməsindən daha çox, “Bitcoin” ehtiyatlarının bazarın müxtəlif iştirakçıları arasında yenidən bölüşdürülməsi ilə bağlı ola bilər: “Erkən dövr investorlarından olan aktivlər yeni institusional investorların əlinə keçir”.
Əlavə təzyiq yaradan amillərdən biri də kapital uğrunda qlobal rəqabətdir. “Bitcoin”ə təzyiq göstərən digər amil isə investor kapitalının fərqli istiqamətlərə yönəlməsidir. “Binance Research”in təhlilinə görə, hazırda vəsaitlərin əhəmiyyətli hissəsi süni intellekt, yarımkeçirici istehsalı, müdafiə və enerji sektorlarına axır: “Bazarda kapitalın hansı sahələrdə cəmləndiyini göstərən CBOE dispersiya indeksinin yüksək səviyyəyə çatması da investorların məhdud sayda populyar istiqamətlərə üstünlük verdiyini göstərir. Belə şəraitdə “Bitcoin” və digər rəqəmsal aktivlərə yönələn maraq qısa müddət ərzində zəifləyə bilər. Məhz buna görə də hazırkı enişi ilk növbədə kriptosənayenin daxilində yaranan böhran kimi deyil, makroiqtisadi amillərin və kapital axınlarının dəyişməsinin nəticəsi kimi qiymətləndiririk”.
Bu gün, 16:00
Paşinyanın referendum XOFU
Bu gün, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Bu gün, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Bu gün, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu gün, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Bu gün, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Bu gün, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Bu gün, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Bu gün, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Bu gün, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Bu gün, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Bu gün, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Bu gün, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Bu gün, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu gün, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Bu gün, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Bu gün, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Bu gün, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Bu gün, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Bu gün, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Dünən, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."