Amerika manatı xilas elədi
Iqtisadiyyat
Oxunub: 4 796
19 mar 2016 | 13:08
Amerika manatı xilas elədi









ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) əsas faiz dərəcəsini dəyişmədən 0,25-0,50% səviyyəsində saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib. FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında Canet Yellen qeyd edib ki, FES ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb. Bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq neft də bahalaşır. FES-in qərarın Azərbaycana təsirinə gəldikdə isə ekspertlər bunun milli valyuta olan manatın məzənnəsinə bir o qədər də təsir etməyəcəyi fikirindədirlər. İqtisadçı ekspert Samir Əliyev bildirib ki, FES-in qərarı manatı əlavə təzyiqlərdən xilas etdi: "Uçot dərəcələri qaldırılsaydı, demirəm ki, devalvasiya baş verərdi, sadəcə manata olan təzyiqləri artırardı. Manatın yumşaq da olsa ucuzlaşması baş verərdi. Dünənki qərar gözlənilən idi. Yəni qeyri-adi bir şey baş vermədi. Çünki, bütün proqnozlar göstərirdi ki, böyük ehtimalla FES uçot dərəcəsini qaldırmayacaq. Apreldə də bunun qaldırılması gözlənilmir. Daha böyük gözlənti iyun ayınadır, proqnozlar onu göstərir. Amma, bu barədə aprel ayında daha dəqiq fikir söyləmək olar. Uçot dərəcəsinin qaldırılmaması manatı əlavə təzyiqdən xilas elədi. Ən azı dünən neftin qiymətinin bir qədər də bahalaşmasını müşahidə elədik. Amma, düşünmürəm ki, dollar uzun müddətli ucuzlaşacaqdı. Bu, qısamüddətli bir təsirdir. Yəni təsadüfi deyil ki, dünənki qərardan sonra dollar digər valyutlara münasibətdə ucuzlaşmağa başladı. Ola bilsin ki, bir neçə gün bu prosses davam etsin. Bu da bazarın bu xəbərin təsiri altında olmağı ilə əlaqədar olacaq. Amma, düşünürəm ki, bir müddətdən sonra dollar yenidən öz mövqeyini möhkəmləndirməyə nail olacaq. Çünki, digər ölkələrin iqtisadiyyatında çətinliklər var". Samir Əliyev sözlərinə görə, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır və manatın məzənnəsinə neft təsir göstəririr. Ekspert hesab edir ki, neftin qiyməti 50 dolları keçdikdən sonra manatın sabitliyini müşahidə etmək olar: "Azərbaycan bu gün neftdən asılıdır. Neftin 1-2 dollar bahalaşıb ucuzlaşması manata təsir göstərə bilməz. Söhbət fundamental bahalaşmadan gedir. Amma, indiki səviyyə manat üçün əlverişli deyil. Bu gün Mərkəzi Bank həm özünün, həm də Neft Fondunun vəsaitlərindən istifadə etməklə manatı hələ ki, saxlaya bilir. Həm də inzibati mexanizmlərdən istifadə edir. Yəni pul kütləsini məhdudlaşdırır. Hələ ki, bu mexanizmdən istifadə etməklə manat saxlanılır. Son günlər manatın müəyyən bahalaşması var. Amma, göründüyü kimi bu əhəmiyyətli bir bahalaşma deyil. Hər bir halda bu gün manatın bahalaşması üçün iqtisadi zəmin yoxdur. Daha çox inzibati metodlardır. Düşünürəm ki, yaxın dövrdə neft bazarında sabitlik olarsa, yəni bahalaşma olmazsa, manat tədricən də olsa ucuzlaşmaqda davam edəcək". İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə "Sputnik" ə açıqlamasında deyib ki, biz dolların bahalaşmasını və ya ucuzlaşmasını gözləməli deyilik, ölkəyə dollar gətirən ixrac formalaşdırmaq haqqında düşünməliyik: "Manatın vəziyyəti daha çox Azərbaycan iqtisadiyyatının durumu ilə bağlıdır. Azərbaycana həm dolların, həm də neftin təsiri ölkə iqtisadiyyatının durumundan qaynaqlanır. FES-in uçot dərəcəsini qaldırmaması o deməkdir ki, ən azı dolların bahalaşmasını gözləməli deyilik. Avroyla bağlı baş verən prosseslər də onu göstərir ki, indiki halda belə deyək, ən azı iqtisadi zəiflik yaranmaması üçün Amerika dolların kursunun yersiz qalxmasının, dolların yersiz yüklənməsinin qarşısını almaq istəyir. Bu da təbii ki, neftin qiymətinə təsir göstərən amildir. Dollar-manat FES uçot dərəcəsini qaldırsaydı, bu, birbaşa dolların güclənməsinə və Azərbaycanda da manatın məzənnəsinin aşağı düşməsinə aparıb çıxaran addım olardı, eyni zamanda neftin qiymətinə təsir göstərəcəkdi. Neftin qiymətinin aşağı düşməsi yenə də birbaşa manatın kursuna təsir göstərən amil olardı. Ancaq indiki addım dolların yaxın dövr ərzində o qədər də sürətli möhkəmlənməyə məruz qalmayacağını göstərir. Bu neftin qiymətinə də təsir göstərəcək və bununla da manat ən azı daha güclü sarsıntılardan canını qurtarmış olur". Ekspertin fikirincə, bundan sonrakı mərhələdə neftin qiymətinin dəyişkənliyi davam edəcək. "Neftin qiymətinin indiki səviyyədə qalması Mərkəzi Banka imkan verir ki, manatın məzənnəsində bir qədər sabitlik yarada bilsin. Ancaq, Azərbaycan idxaldan asılı qaldığı müddətdə MB-in ehtiyatları tükəndikcə, manatın yenidən devalvasiyası qaçılmaz olacaq"- deyə Azər Mehdiyev əlavə edib. Xatırladaq ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Dünən, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Dünən, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri