Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini qəbul edib
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik edib. Prezident İlham Əliyev əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı qeyd edib ki, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir.
Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışıb. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev idmanın dövlət siyasətində mühüm yer tutduğunu və bu sahənin inkişafı ilə bağlı müxtəlif proqramların ardıcıl olaraq qəbul edildiyini deyib.
Ölkəmizdə mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev qazanılan uğurların bir səbəbinin də ölkənin bütün idman qurumlarının birgə fəaliyyətindən ibarət olduğunu əsaslandırıb. Dövlətimizin başçısı dünyanın ən güclü güləşçilərinə qalib gələrək yunan-Roma güləşi üzrə dünya kubokunu qazanmalarının bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev güləşçilərimizin İranda qazandıqları uğurları bu il Bakıda keçiriləcək Avropa Oyunlarında və gələn il Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarında da təkrar edəcəklərinə ümidvar olduğunu deyib.
Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının durduğunu söyləyiblər və buna görə də dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev bildirdi ki, əldə edilən qələbələr Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha nümayişi etdirib.
Sonda xatirə şəkli çəkdirilib.
kepeztv.az
Bu gün, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Bu gün, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Bu gün, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Bu gün, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib