NATO Azərbaycan Ordusuna qiymət verdi
Siyaset
Oxunub: 95
26 in 2026 | 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi


NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən xəbərə görə, qəbulda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə köməkçisinin müavini səfir Kevin Hamilton, müttəfiq və tərəfdaş dövlətlərin NATO yanında səfirləri, hərbi nümayəndələri, Alyansın Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də digər yüksək səviyyəli qonaqlar iştirak edib.

Rəsmi qəbul zamanı çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə bu əlamətdar günün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların fədakarlıqları və xidmətlərinə ehtiramın ifadə olunması, habelə müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin əhəmiyyətinin bir daha vurğulanması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

O bildirib ki, Azərbaycanın müstəqilliyi böyük fədakarlıqlar hesabına əldə olunmuş nailiyyətdir və onun qorunub saxlanılması güclü dövlət institutları, milli birlik və peşəkar silahlı qüvvələrdən asılıdır.

Nümayəndəliyin başçısı müasir Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb, onun əsasını qoyduğu hərbi quruculuq siyasətinin Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini və bunun nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.

Cəfər Hüseynzadə Azərbaycanın məqsədlərinin təkcə suverenliyin bərpası ilə məhdudlaşmadığını, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə yönəldiyini qeyd edib və Vaşinqton Sammitində Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyişi mühüm addım kimi qiymətləndirib. Cəfər Hüseynzadə Azərbaycanın NATO ilə tərəfdaşlığının 30 ildən artıq qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyini, ölkənin NATO-nun rəhbərlik etdiyi əməliyyatlarına, xüsusilə Kosovo və Əfqanıstandakı missiyalara mühüm töhfələr verdiyini vurğulayıb.

Nümayəndəliyin başçısı, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri, eləcə də Avropa, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələri gücləndirən mühüm Avrasiya bağlantı mərkəzinə çevrildiyini bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov öz çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, eləcə də Azərbaycanın NATO ilə hərbi sahədə tərəfdaşlığı haqqında məlumat verib.

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini səfir Kevin Hamilton çıxışında Azərbaycanı NATO-nun etibarlı və dəyərli tərəfdaşı kimi qiymətləndirib.

O qeyd edib ki, Azərbaycan ilə NATO arasında uzunmüddətli tərəfdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşmasına və modernləşdirilməsinə mühüm töhfə verib və bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir.

Səfir Kevin Hamilton Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara verdiyi töhfələri, o cümlədən Əfqanıstandakı mühüm rolunu yüksək qiymətləndirib və müttəfiq qüvvələrin ölkədən təxliyyəsi zamanı göstərdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib. Bu xüsusda, o, Azərbaycanın Əfqanıstanı tərk edən son tərəfdaş ölkə olduğunu vurğulayıb.

Səfir Hamilton, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib.

O, Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olması ilə əldə edilmiş tarixi irəliləyişi alqışlayaraq, bunu regional sabitlik və təhlükəsizlik baxımından mühüm nailiyyət kimi dəyərləndirib.

Rəsmi qəbul çərçivəsində Alyansla tərəfdaşlığımızı, Ulu Öndər Heydər Əliyevin NATO ilə tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərini və Alyansın rəsmiləri ilə görüşlərini əks etdirən fotosərgi, eləcə də Azərbaycanın milli təamlarını əks etdirən ziyafət təşkil edilib.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi