Albertə haqsız hücumlar
Hadise
Oxunub: 16
25 in 2026 | 15:30
Albertə haqsız hücumlar


Kimin nə acısı, narazılığı varsa, onu bu cür qəhrəmanlıq nümunəsi olan insanı hədəfə almaqla çıxara bilməz...

- Adın nədir?
- Albert.
- Hansı millətdənsən?
- Yəhudi.
- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
- Mən bu torpaqda yaşayıram, doğulmuşam burada, yaşayıram burada, daha heç nə məcbur eləmir...
- Bir vətəndaş kimi borcunu nədə görürsən?
- Gəlib torpağı qorumaqda.
- Nə qədər vuruşmağı düşünürsən?
- Müharibənin axırına kimi...


Albertə haqsız hücumlar


Birinci Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından olan Albert Aqarunovun gözlənilmədən hədəf alınmasının mənasını anlamaq çətindir. Bunu məsələn, Netanyahu hökumətinin son illər Qəzzada apardığı siyasətlə əlaqələndirmək məntiqsizdir. Ona qalsa, bu barədə tənqid yazanlardan biri də mənəm. Ya da Albertə qarşı bu cür hücumlar Bakı-Tel-Əviv münasibətlərini kölgələmək üçün düşünülübsə, bunun da hansısa “nəticə verəcəyinə” ancaq sadəlövhlər inana bilər.

Dünən təsadüfən rastıma çıxan o videoya sonadək baxa bilmədim, çünki Albert mənə əziz adamdır, yeri toxunulmazdır, dəfələrlə də onun haqqında xüsusi olaraq yazmışam. Onun yəhudi olmasının qabardılması Azərbaycan uğrunda indiyədək şəhid olmuş digər millətlərin təmsilçilərinə də yönəlmiş hücumdur. Yenə deyirəm, Albertin hədəfə alınmasının heç bir normal dini-mənəvi-psixoloji izahı ola bilməz. Kimin nə acısı, narazılığı varsa, onu bu cür qəhrəmanlıq nümunəsi olan insanları hədəfə almaqla çıxara bilməz. Olmaz belə nadanlıq...

Bakı neftçisinin 10 uşağının sonuncusu, Şuşanı ölmədən tərk etməyən Milli Qəhrəmandır Albert. Onun haqda yazılarımın birində xüsusi qeyd etmişdim: “Albert nə yəhudilərə, nə əmircanlılara şuşalılar qədər doğma ola bilər. Albert Aqarunov onun yalnız rəsmi ad və soyadıdır. Albert şuşalıdır...”

Kim idi bizim Albert? Qarabağ müharibəsi başlayanda 22 yaşı vardı və könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib. Onun 533-cü tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. Onun tank döyüşündə bir metodu varmış ki, yoldaşları ona “yəhudi buterbrodu” deyirmişlər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə veriblərmiş...

Şuşaya hücum ediləndə 9 tank, 7 BMP və bir çox texnikanı məhv etmişdi. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə Albert sonuncu dəfə tankdan çıxaraq yaralılara kömək etmək istəyərkən snayper gülləsi ilə vurulur...Əsgər yoldaşları yaralı Alberti döyüş bölgəsindən çıxararaq Laçına aparırlar ki, vertolyotla təcili Bakıya çatdırsınlar. Amma ölüm onu haqlayır və yolda şəhid olur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Albertə haqsız hücumlar

Albertin şəhidlik xəbərini atasına verən komandir “oğlunuz qəhrəmancasına şəhid olub, siz necə istəyirsiniz, onu harada dəfn edək” soruşub. Atası da deyib ki, “azərbaycanlı şəhid balalarının dəfn olunduğu yerdə dəfn edin, çünki o, Azərbaycan torpağının övladıdır...”

Albert Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Onun ölüm tarixi kimi, ad günü heç unutmadığım tarixdir- 25 aprel. Niyə unutmuram, çünki onun doğum günündən 5 gün sonra- aprelin 30-u Ramizin şəhid olduğu gündür. Ramizin simvolik məzarı da çoxdandır Bakıda Albertə qonşudur. Onları bir-birindən necə ayırmaq, necə ayrı-seçkilik salmaq olar ki...

Səfirlik, Albertin uzaqda yaşayan doğmaları onu burada tez-tez yad edirlər. Amma bu Alberti bizdən almaq, ayırmaq demək deyil ki...

Əmircana illər öncə hüzrə getmişdim, ilk dəfə idi bu kənddə olurdum. Azərbaycana Səttar Bəhlulzadə, Tofiq Bayram, Ramiz Rövşən (və daha kimlər) kimi şöhrətli sənət adamları verən kənddə yanımda oturan yerli camaatdan birinə “bura Albertin kəndi demək olar” sözlərimə kədər qarışıq qürurla “hə...” demişdi...

Alberti həm də ölkədəki multikulturalizm və multietnik birliyin mühüm simvollarından biri hesab olunur. Görünür, onu hədəf seçənlərin də məqsədi bu birliyi zədələməkdir...
Bu gün, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Bu gün, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Bu gün, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Bu gün, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Bu gün, 15:30
Albertə haqsız hücumlar
Bu gün, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Bu gün, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Bu gün, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Bu gün, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Bu gün, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Bu gün, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Bu gün, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Bu gün, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bu gün, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Bu gün, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Bu gün, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Bu gün, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Bu gün, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Bu gün, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Bu gün, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Bu gün, 09:16
Bu gün Aşuradır
Bu gün, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Bu gün, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
Dünən, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə