Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə
Dunya
Oxunub: 28
24 in 2026 | 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə


İrəvanla Tehran arasında dərhal strateji hərbi-siyasi ittifaq yaradılması, cənub qonşumuzun Zəngəzur dəhlizinə eskalasiyaya çağırışlar səslənir - Qafqazda gərginlik

Bu barədə erməni politoloq Armen Ayvazyan “Ermənistanın səsi” radiosuna deyib. Ekspert deyib ki, İran Qafqazda təsirini gücləndirmək üçün bütün diplomatik, iqtisadi və lazım gələrsə, hərbi-siyasi vasitələrdən istifadə edəcək. Erməni politoloq iddia edib ki, İranın iqtisadi yüksəlişi və müharibədən sonra artan hərbi və siyasi çəkisi Cənubi Qafqazda güc balansını əhəmiyyətli dərəcədə dəyişdirə və Tehranın birbaşa təhdid kimi gördüyü layihələrin irəliləməsinə mane ola bilər.

Politoloq deyib ki, Ermənistan yaxın qonşuluğumuzda yeni supergüc yarandığını qəbul etməlidir: “İran İslam Respublikası ABŞ, İsrail və onların müttəfiqləri ilə müharibədən nəinki məğlubedilməz, hətta qalib gəlmiş, həm də geostrateji çəkisini və təsirini xeyli artırmış şəkildə çıxdı. İranın Qərbi Asiyada geosiyasi təsiri sürətlə genişlənir və ABŞ, İsrail, Böyük Britaniya və Avropa Birliyinin mövqelərini zəiflədir. İran artıq bu bölgədəki dövlətlərə, eləcə də onların keçmiş havadarlarına öz şərtlərini diktə etməyə başlayır.

Bu epoxal dəyişikliklər Ermənistanın siyasi hakimiyyətini və liderlərini gözardı edir, onları görməzdən gəlir, təhlil etmir və lazımi nəticələr çıxara bilmirlər. Hazırkı şəraitdə İrəvanın əsas prioriteti İrana doğru strateji istiqamət və onunla tamhüquqlu strateji və hərbi-siyasi ittifaqın qurulması olmalıdır. İranın Ermənistana qarşı hərbi təcavüzün qarşısını almaq üçün həm resursları, həm də siyasi iradəsi var, digər oyunçuların isə bunlardan heç biri yoxdur. Ermənistanın yenilənmiş xarici siyasətində ən əsas prioritet İranla strateji ittifaq olmalıdır". Qeyd edək ki, ölkələr arasında “Strateji tərəfdaşlıq sazişi”nin imzalanması ilə bağlı danışıqlar aparılsa da, Ermənistan Xarici İşlər Nazirliyinin 2026-cı ilin mart ayındakı açıqlamasına əsasən, sənəd müəyyən səbəblərdən hələlik dayandırılıb.

Qeyd edək ki, Cənubi Qafqazda uzun illər “sabit və problemsiz” kimi təqdim olunan İran-Ermənistan münasibətləri artıq əvvəlki xətt üzrə davam etmir. Son aylar baş verən proseslər göstərir ki, tərəflər arasında dərinləşən etimadsızlıq var və bu soyuqlaşma təkcə diplomatik ritorika ilə məhdudlaşmır.

İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin yanvarın 14-də “Sputnik Armenia” saytına müsahibəsində İrandakı etirazlarla bağlı mübahisəli açıqlaması yayılıb. O bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün mərkəzə çevrildiyi barədə təsəvvür formalaşır. İran hər zaman Ermənistanla münasibətlərin strateji xarakter daşıdığını açıq şəkildə bəyan edib. Lakin son zamanlar Ermənistanla bağlı verilən açıqlamalar iki ölkə arasında münasibətlərin kövrəkləşdiyini deməyə əsas verə bilər. Zəngəzur dəhlizi və TRIPP marşrutu ətrafında yaranan ciddi fikir ayrılıqları, İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyaları, eləcə də İranın Ermənistandakı səfirinin bu ölkə ilə bağlı sərt və qeyri-adi açıqlamaları münasibətlərdə etimadsızlığın artdığını açıq şəkildə göstərir.

Son olaraq, İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi deyib ki, Ermənistan sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir: “Ermənistan hər dəfə bizə "sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik", - deyə bildirir. Amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır".

Bəs Ermənistanla İran arasında “qara pişik” niyə keçib? İrəvan Tehrana sığına bilərmi və hərbi eskalasiya riski nə qədərdir? “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyən keçmiş ali rəhbər Əli Xameneinin bu şüarını oğlu davam etdirəcəkmi?

Hərbi şərhçi Ramil Məmmədli erməni ekspertin dediklərini blef hesab edir. Onun sözlərinə görə, ən ciddi yanlışlıq “Ermənistana qarşı hərbi təcavüz” ifadəsidir və ağ yalandır. R.Məmmədlinin fikrincə, digər əsassız arqument isə İranın regionda beynəlxalq layihələrə müdaxiləsi üçün hərbi eskalasiya çağırışıdır: “Bu fikirlər reallığı ona görə əks etdirmir ki, Ermənistanda iqtidar gələcəyi İran və Rusiya ilə imzalanan sənədlərdə görmür. Çünki hər iki ölkə münaqişə ilə üzləşən, başı qarışıq və sanksiyalar altında olan dövlətlərdir. Hazırda İran, eləcə də Rusiya Cənubi Qafqazdakı proseslərə o dərəcədə təsir edə bilmir. Erməni analitik isə az qala yalvarır ki, heç bir himayə qalmayıb, İran köməyə çatsın. Hərçənd Ermənistanda mövcud hökumət belə düşünmür və özünü Avropa ilə yaxınlaşmaqda görür. Ona görə belə çağırışlar eşidilməyəcək”.

Ekspert hesab edir ki, İran bölgədə cərəyan edən proseslərə hərbi eskalasiya ilə müdaxilə etməyəcək: “Əksinə, Tehran narazıdır ki, erməni ordusu amerikalı əsgərlərlə birgə hərbi təlimlər keçirir. Bunun özü göstəricidir ki, İrəvan qarantiyanı hansı düşərgədə görür. Yəni heç də İran yox, ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı gözlənilir. Paşinyan hökuməti çalışır ki, bu dəstəyi artırmaqla İran və Rusiyadan asılılıq azalsın, uzaqlaşma baş versin. Ona görə də ənənəvi erməni düşüncəsi, köhnə narrativlərlə hökumətin baxışları fərqlənir. Zəngəzur dəhlizi artıq Trampın adını daşıyır və beynəlxalq əhəmiyyətli logistikadır. Bu layihəyə qarşı İranın hərbi müdaxiləsi regionda böyük savaşa səbəb ola bilər. İsveçrə danışıqlarından sonra İranın növbəti gərginlik fazasına daxil olacağını gözləmirəm. Təbii ki, bəzi təxribatlar, destruktiv hərəkətlər mümkündür, amma erməni ekspert avantürüst mövqedən çıxış edib”.

Hərbi təhlilçi onu da istisna etmir ki, layihənin reallaşması gecikə bilər: “Tramp hökuməti bu hadisələrdən sonra olduqca ciddi reputasiya zərbələri alıb. İndi elə bir manevr etməlidirlər ki, ABŞ-nin supergüc olduğunu növbəti dəfə nümayiş etdirsinlər. Bunun üçün Cənubi Qafqazda güc göstərmək lazımdır”.
Bu gün, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Bu gün, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Bu gün, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Bu gün, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Bu gün, 15:30
Albertə haqsız hücumlar
Bu gün, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Bu gün, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Bu gün, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Bu gün, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Bu gün, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Bu gün, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Bu gün, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Bu gün, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bu gün, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Bu gün, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Bu gün, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Bu gün, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Bu gün, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Bu gün, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Bu gün, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Bu gün, 09:16
Bu gün Aşuradır
Bu gün, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Bu gün, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
Dünən, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə