Bu gündən "Atletiko Madrid"formalarında Bakı 2015-in loqotipi əks olunacaq
Bakı 2015 Avropa Oyunları İspaniyanın futbol çempionları "Atletiko Madrid" komandasının formalarında ilk Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalayıb.
APA-nın xəbərinə görə, "Atletiko Madrid"in hazırkı turizm mövzulu "Azərbaycan - Odlar Yurdu" sponsor loqotipi bu gün günorta saatlarında Vinçente Kalderon stadionunda keçiriləcək "Atletiko"nun rəqibi Real Madridə qarşı oyununda yenilənəcək.
"Atletiko Madrid" komandasının baş icraçı direktoru Migel Anxel Gil Marin bildirib ki, oyunçuları bu gündən etibarən 2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniyanın futbol çempionatı olan La Liqanın oyunlarında çıxışı zamanı böyük qürur hissi ilə Bakı 2015 loqotipli formalarını geyinəcəklər: "İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq".
Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna isə deyib ki, "Atletiko Madrid" İspaniyanın La Liqa çempionu və dünyanın ən tanınmış futbol klublarından biridir: "Bakı 2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur".
Qeyd edək ki, "Altetiko Madrid" hazırda ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir və həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçları adətən Avropa və bütövlükdə dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilir.
Bakı 2015 ilk Avropa Oyunları 12 iyun 2015 tarixindən 28 iyun 2015-ci il tarixlərində baş tutacaq, qitə üçün həyəcan verici və innovativ çoxşaxəli idman tədbiridir. Bakı 2015-də cəmi 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü. Avropanın 6 mindən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.
11 idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan verəcək. Bu idman növlərinə Oxatma, Atletika, Boks, Velosiped yarışları, Atıcılıq, Masaüstü tennis, Üzgüçülük, Taekvando, Triatlon, Güləş və Voleybol daxildir.
Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.
Bu gün, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Bu gün, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Bu gün, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Bu gün, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 11:24
Prezident həmkarını təbrik etdi
Bu gün, 10:50
Həmin şagird hoteldə ölübmüş
Bu gün, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Bu gün, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Bu gün, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
Bu gün, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
Bu gün, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Bu gün, 09:25
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bu gün, 09:20
ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
Bu gün, 09:00
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Dünən, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 15:30
Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Dünən, 14:22
Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
Dünən, 14:03
Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Dünən, 13:11
Pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 12:48
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Dünən, 12:44
Prezident Vuçiç istefaya hazırlaşır
Dünən, 11:48
Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı