Sarayı sel apardı, icra başçısının xəbəri olmadı-VİDEO
Hadise
Oxunub: 1 471
17 noy 2015 | 08:49
Sarayı sel apardı, icra başçısının xəbəri olmadı-VİDEO









Qəsəbənin «Yeni Massiv» adlanan məhəlləsində evləri su basıb, İradə Gülməmmədova isə hər şeyi görməzdən gəlir

Abşeron rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbəsində əhali yağış sularından əziyyət çəkir. Daha doğrusu, yağan yağışlardan sonra qəsəbədə Binəqədidəki durum yaşanır. Yəni, insanlar evlərindən çıxıb, başqa bir yerə getmək istəyərlərsə, o zaman taksi deyil, qayıq sifariş etməlidirlər.

Redaksiyamız xəbər verir ki, Saray qəsəbəsinin kanalizasiya xətlərinin bərbad vəziyyət olması səbəbindən yaşanan acınacaqlı duruma isə əl qoyan yoxur. Belə ki, qəsəbənin «Yeni Massiv» kimi tanınan məhəllələrində sonuncu yağan yağışdan sonra evləri sel basıb. Kanalizasiya xətlərinin olmaması səbəbindən yaşanan dəhşətli vəziyyətdən dolayı evlərə xeyli ziyan dəyib.

Sakinlər isə bildirirlər ki, sonuncu yağış Sarayı iflic vəziyyətə salıb. Onlar müraciət etmədikləri instansiya qalmayıb. Lakin nə tədbir görən var, nə də problemi çözən. Saraylılar qeyd edirlər ki, üzləşdikləri problemlərdən dolayı Abşeron İcra Hakimiyyətinə, rayonun Su-Kanal İdarəsinə və yerli bələdiyyəyə müraciətlərinə də cavab verən yoxdur.

Saray qəsəbəsinin sakinləri son ümid yeri olaraq dövlət başçısını görüblər və bu səbəbdən də ona müraciət ediblər. Onlar bildirirlər ki, övladları məktəbə gedə bilmir, valideynləri yağışlı havalarda iş üzünə həsrət qalırlar, çünki evlərindən çıxa bilmirlər. Bu azmış kimi, yağış sularının yaratdığı sel evlərə girərək, onları da sıradan çıxarmaqdadır. «Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirik ki, Saray qəsəbəsinin mövcud problemlərinin həllini nəzarətinizə götürəsiniz. Bizi Abşeronun rəhbərliyinin ümidinə qoymayın».

Qeyd edək ki, Abşeron rayonuna yeni icra başçısı təyin olunmuş İradə Gülməmmədova problemləri bir kənara buraxıb, özünün güzaranını yaxşılaşdırmağa başı qarışıb. Elə bu səbəbdəndir ki, təkcə Saray qəsəbəsində deyil, Xardılan şəhərinin də problemlərinin həlli havada qalıb. Əhali isə qış aylarında evlərində normal elektrik enerjisi və su görmək istəyir. Hətta bununla əlaqədar İcar Hakimiyyətinin qarşısına yığışaraq, etiraz etmələrinin də faydası olmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Bu gün, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Bu gün, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Bu gün, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Bu gün, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Bu gün, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Bu gün, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Bu gün, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Bu gün, 10:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Bu gün, 09:46
“Hörmüzün açılması mümkün deyil” - İran
Bu gün, 09:40
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”
Bu gün, 09:36
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
Bu gün, 09:31
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video
Bu gün, 09:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Bu gün, 09:18
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür
Bu gün, 09:11
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Bu gün, 09:00
Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Dünən, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
Dünən, 15:30
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Dünən, 14:22
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Dünən, 14:00
ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ
Dünən, 13:48
Polis Bakıda narkopriton aşkarladı: həbs edilənlər var - VİDEO
Dünən, 13:01
Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı
Dünən, 12:30
Barat Yusubov vəzifəsindən azad edildi
Dünən, 12:08
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 12:02
Prezident həmkarını qarşıladı - Fotolar