Sürücü diqqətsizliyi və yağmurlu hava ölkədə avtoqəzalara səbəb olub
Hadise
Oxunub: 1 200
13 okt 2015 | 14:48
Sürücü diqqətsizliyi və yağmurlu hava ölkədə avtoqəzalara səbəb olubYağmurlu hava ölkə ərazisində bir sıra qəzalara yol açıb. Həmişə olduğu kimi, yenə də sürücü diqqətsizliyi ön planda olub. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Ağdam rayonu ərazisində məktəbliləri daşıyan “RAF” markalı mikroavtobus qəza törədib. Hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Mikroavtobusda Ağdam Olimpiya İdman Kompleksində məşqdən çıxan yeniyetmə idmançılar olub. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar – 13 yaşlı Eltac Fərəcov, 16 yaşlı Ruslan Məhərrəmov, 10 yaşlı Sahib Əsgərov, 17 yaşlı Kərim Kərimli müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Göyçayda baş verən yol nəqliyyat hadisəsi zamanı at avtomobilin içinə girib, iki nəfər xəsarət alıb. Hadisə dünən gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Rayonun Cəyirli kənd sakini 21 yaşlı Aqil Adıgözəlov “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı atı vurub. Zərbənin təsiri nəticəsində at avtomobilin içinə girib. Hadisə zamanı at ölüb, sürücü və sərnişini - 22 yaşlı Ağarza Saabov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, hadisəyə gecənin qaranlıq vaxtı atın magistral yola nəzarətsiz buraxılması və sürücünün onu görməməsi səbəb olub.

Tovuzda "Vaz 21-07" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində yol qəzası qeydə alınıb, sürüclərdən biri xəsarət alıb. Hadisə bu gün günorta saatlarında rayonun girişində - Qala kompleksinin qarşısında baş verib. Nəticədə VAZ-ın sürücüsü - 33 yaşlı Samir Vəliyev xəsarət alıb və dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub. Qəza ilə əlaqədar bir müddət magistralda avtomobillərin hərəkəti dayanıb.

Gəncədə isə yolu keçmək istəyən şəxslər qəzaya düşüblər. Hadisə Gəncə şəhər Dəmiryol vağzalının yaxınlığında qeydə alınıb. Fərid Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə ərazidə yerləşən marketlərdən birindən çıxaraq yolu keçmək istəyən şəhər sakinləri - 25 yaşlı Eşqin Məmmədov, onun bacısı 28 yaşlı Aytən Məmmədova və 21 yaşlı Fəqanə Əlibəyovanı vurub. Nəticədə hər üç şəxs bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bütün faktlarla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

http://kepeztv.az
Bu gün, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Bu gün, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Bu gün, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Bu gün, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Bu gün, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Bu gün, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Bu gün, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Bu gün, 10:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Bu gün, 09:46
“Hörmüzün açılması mümkün deyil” - İran
Bu gün, 09:40
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”
Bu gün, 09:36
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
Bu gün, 09:31
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video
Bu gün, 09:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Bu gün, 09:18
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür
Bu gün, 09:11
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Bu gün, 09:00
Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Dünən, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
Dünən, 15:30
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Dünən, 14:22
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Dünən, 14:00
ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ
Dünən, 13:48
Polis Bakıda narkopriton aşkarladı: həbs edilənlər var - VİDEO
Dünən, 13:01
Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı
Dünən, 12:30
Barat Yusubov vəzifəsindən azad edildi
Dünən, 12:08
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 12:02
Prezident həmkarını qarşıladı - Fotolar