Oğuzda oğlan nişanlısını bıçaqlayıb öldürdü
Hadise
Oxunub: 1 769
27 in 2015 | 07:43
Oğuzda oğlan nişanlısını bıçaqlayıb öldürdü

















Qızın anası intihar etmək istədi...

Oğuz rayon sakini nişanlısını bıçaqlayaraq qətlə yetirib.

Azerinfo.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Padar kəndində baş verib.

Oğuz rayon Kərimli kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Adil oğlu Rəsulov 1992-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olan, hazırda rayonun Padar kəndində məskunlaşan nişanlısı, məcburi köçkün Səbinə İsmayıl qızı Əhmədovanın yaşadığı evə gedərək orada onunla mübahisə edib.

Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisə yerini tərk edən İlkin Rəsulov Oğuz Rayon Polis Şöbəsinə zəng edərək, istintaqa könüllü təslim olub. İlkin araşdırma zamanı İlkin Rəsulov hadisəni qısqanclıq zəminində törətdiyini və Səbinə Əhmədova ilə nişanlı olduğunu bildirib. Məlumatda bildirilir ki, hadisə baş verən zaman Səbinə Əhmədova evdə tək olub. Hadisədən sonra evə gələn qızın anası, 1965-ci il təvəllüdlü Çimnaz Ramazan qızı Əhmədova qızının qətlə yetirilməsinə dözməyərək intihar etmək məqsədilə sirkə turşusu qəbul edib. Sirkə turşusundan zəhərlənən Çimnaz Əhmədova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Xəstəxanada Çimnaz Əhmədovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Bu gün, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Bu gün, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Bu gün, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Bu gün, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Bu gün, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Bu gün, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Bu gün, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Bu gün, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Bu gün, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Bu gün, 10:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Bu gün, 09:46
“Hörmüzün açılması mümkün deyil” - İran
Bu gün, 09:40
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”
Bu gün, 09:36
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
Bu gün, 09:31
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video
Bu gün, 09:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Bu gün, 09:18
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür
Bu gün, 09:11
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Bu gün, 09:00
Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Dünən, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
Dünən, 15:30
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Dünən, 14:22
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Dünən, 14:00
ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ
Dünən, 13:48
Polis Bakıda narkopriton aşkarladı: həbs edilənlər var - VİDEO
Dünən, 13:01
Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı