Azərbaycanda körpə həkim səhvinin qurbanı oldu
Hadise
Oxunub: 2 135
21 iy 2014 | 13:15
Ağdam rayonunda doğulan əkizlərdən biri ölüb
Azərbaycanda körpə həkim səhvinin qurbanı olduAzərbaycanda daha bir yeni doğulmuş uşaq ölümü qeydə alınıb. Hadisə iyulun 19-da Ağdam Mərkəzi rayon Xəstəxanasında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilib.

Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb: Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur.

F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi.

F.Səfərov həmçinin qeyd edib ki, ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova isə açıqlamasında bildirib ki, Aynur Səfərovanın ailəsi məcburən, həkimlərin icazəsi olmadan uşaqları xəstəxanadan çıxarıb: 1 kq və 1 kq 200 qram çəkidə doğulan uşaqlar idi. Yarımçıq doğuş idi. Onların yaşamaq şansı çox az idi. Ona görə də o uşaqların nə Bərdəyə, nə də Bakıya aparılmasına icazə vermirdik. Bizim xəstəxanada küveyz var. Uşağın ikisi də küveyzə qoyulmuşdu. Lakin uşaqların qohumları təkid edirdi ki, uşaqları Bərdəyə aparırıq.

G.Səfərova əlavə edib ki, A.Səfərova hamiləliyi dövründə onların xəstəxanasında müalicədə olunmayıb: Aynur Səfərova bizim xəstəxananın ərazisində yaşasa da, 7-ci ayına qədər Bərdədə müalicə olunub. Buna baxmayaraq, xəstəxanaya gətiriləndə biz onu qəbul etdik, gec saatlarda olmasına baxmayaraq, həkimi Tərtərdən geri qaytardım. Ana xəstəxanaya ağrıları başlamış vəziyyətdə gətirilmişdi. Biz ona sevindik ki, əsas ana xilas oldu. Çünki çox çətin vəziyyətdə idi.

Doğuşdan iki gün əvvəl ana qarpızdan zəhərlənmişdi. Ola bilər ki, ana zəhərləndiyi üçün də erkən doğuş olub.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü