“Binəqədidəki binanın yandırılması üçün aylarla hazırlıq işləri görülüb” - Miryusif Mahmudovdan şok açıqlamalar
Hadise
Oxunub: 1 009
5 okt 2016 | 07:56
“Binəqədidəki binanın yandırılması üçün aylarla hazırlıq işləri görülüb” - Miryusif Mahmudovdan şok açıqlamalar














"Mən yanğın yerində olanda dedilər ki, “qonaq”lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Yanğınsöndürənlər hadisə yerinə yenicə çatırsa, bizim ofisdə əməliyyat tədbirləri keçirilməsi maraqlıdır”.

Virtualaz.org saytının xəbərinə görə, 2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə təqsirləndirilən şəxslərdən Miryusif Mahmudov bu gün keçirilən məhkəmə prosesindəki ifadəsində belə deyib.

“Binanın yandırılması üçün aylarla hazırlıq işləri görülüb”

Təqsirləndirilən şəxs ifadəsində sözügedən binada baş vermiş yanğın hadisəsinə görə keçmiş MTN-i günahlandırıb: “Bir Azərbaycan vətəndaşına bu cür münasibətin nədən qaynaqlandığı mənə qəribə gəlir. Telefon xətləri kəsilmişdi, sənədlər kisələrə doldurulmuşdu. Axı hansı əsasla? Çox dəhşətli səhnə idi.

Buna 50 nəfər şahiddir. Bu binanın yandırılması üçün uzun aylar hazırlıq işləri görülüb. Əvvəllcə aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb. “Poliuretan" bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi otuzduruldu, zəhər kimi təqdim olundu. Bu hadisədən 15 gün sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan üç gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı. Mən bütün detalları müstəntiqə çatdırmaq istədim, başa düşmədi".

“Mənim heç vaxt səhvim olmayıb”

İfadəsinin davamında Miryusif Mahmudov deyib ki, yanğından əvvəl şirkətin əməkdaşlarından biri MTN-ə çağırılıb, onlardan pul tələb olunub: "Mən iş adamı olaraq hər zaman dövləti, dövlətçiliyi sevmişəm. Çox xoşbəxt ididm, təqaüdə çıxmağa hazırlaşırdım. Amma… Mənim heç vaxt nə siyasi, nə mənəvi, nə də iqtisadi səhvim olub. Adamlar MTN-də baş verənlər barədə nazirlikdəki məlum hadisələrdən sonra danışmağa başlasalar da, mən hələ avqustun 20-də Kürdəxanıda olarkən müstəntiqə başımıza gətirilənlər barədə ətraflı danışmışdım. Həmin şəxslərin adlarını, onların telefon nömrələrini demişdim. Müstəntiq hətta həmin vaxt təəccüblənmişdi də”.

“Elə bil bin Ladenlə qohumluğum vardı”

M.Mahmudov ifadəsində göstərib ki, yanğın başlayandan dərhal sonra MTN-in ofisə silahlı basqın etməsi hadisələrin əvvəlcədən planlaşdırıldığını göstərir: “Mən yanğın yerində olanda dedilər ki, “qonaq”lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Hadisə yerinə yanğınsöndürən maşınlarla eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraqlıdır. Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi ən tezi 17.31-dən əvvəl məlum ola bilməzdi. Bu işi MTN özü aparmaq istəyirdi. MTN-də məndən ifadə aldılar. Hanı o ifadə? Yoxdur. Belə getmək olmaz. Bu, göz görə-gözə hazırlanmış hadisədir".

“İki ay müstəntiq yanıma gəlmədi”

Təqsirləndirilən şəxs hadisə ilə bağlı mayın 20-də Prezidentin iştirakı ilə keçirilən iclasdan da danışıb: "Orada Prezident bildirdi ki, “bu məsələni ciddi araşdırın, mənim də nəzarətimdə olacaq". Buna çox sevindim. Bütün ümidim o sözün üzərində quruldu. Düşündüm ki, prokurorluq bu işi ciddi araşdıracaq. Nəzarətdə saxlamaq o deməkdir ki, iş ətraflı, obyektiv araşdırılsın. İki ay nə telefonla danışa bildim, nə kiminləsə görüşə bildim. Nəzarətdə olan bir işin istintaqı belə aparılıbsa, görün indi nəzarətdə olmayanlar nə gündədi?! İki ay ərzində müstəntiq yanıma gəlmədi, üzləşdirilmə aparılmadı".

Ömründə nə məhkəmə, nə də istintaq görmədiyini deyən M.Mahmudov hadisədən sonra axşam saat 18.00-a qədər MTN-də.saxlanıldığını, sonra prokurorluğa gətirildiyini bildirib: “Mənə hüquqlarımı izah eləmədilər. Mənim vəkil tutmağa 500 manatım yox idi? Gecə saatlarında bir kişi gəldi, dedilər ki, vəkildi. Üç dənə kağız verdilər ki, bunları imzalamaq lazımdır. Sonradan bildim ki, biri şahid, biri şübhəli şəxs, biri də təqsirləndirilən şəxs qismində dindirmə protokolu olub”.

Günün ikinci yarısı ifadəsini davam etdirən Miryusif Mahmudov onu da əlavə edib ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib: "Mən başqa məsələ ilə əlaqədar Xaləddin İsgəndərovun yanındaydım. Məndən soruşdu ki, "bina üzləməyə materialınız var?" Mən də ehtiyac varsa, bu işi görə biləcəyimizi dedim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi".

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü