Qadının sağlam uşaqlığını çıxarıblar - Sumqayıtda dəhşət
Hadise
Oxunub: 1 173
30 avq 2016 | 05:30
Qadının sağlam uşaqlığını çıxarıblar - Sumqayıtda dəhşət








"Mədəmdəki ağrılara görə xəstəxanaya getdim. Əlini qarnıma sürtdü, dedi, ""şiş” var, təcili əməliyyata götürülməlisən”. Məni elə oradanca Sumqayıtdakı "Şəfqət” özəl klinik xəstəxanasına göndərdi”.

"BİR DƏ AYILDIM Kİ, ƏMƏLİYYAT MASASINDAYAM”

Qaynarinfo.Az xəbər verir ki, AzadlıqRadiosunun "Qaynar xətt”inə danışan Ağdam köçkünü Sevinc Mirzəyevanın iddiasına görə, Sumqayıt şəhərində fəaliyyət göstərən "Şəfqət” özəl tibb klinikasında ona səhv diaqnoz qoyaraq uşaqlıq orqanını çıxarıblar. Üstəlik, ona xərçəng diaqnozu qoyulub. Nəticədə hər gün ölüm qorxusu yaşaya-yaşaya psixoloji problemləri yaranıb:

"Mən mədəmə görə 1 saylı şəhər xəstəxanasına müraciət etmişdim. Orada həkim Şaban Əhmədovun yanına ötürdülər ki, müayinə etsin. O da əlini qarnıma sürtüb dedi ki, "şişdir, get yaxınlqıdakı "Şəfqət”ə, bir azdan mən də gəlirəm. Səni orada ultrasəs müayinədən keçirəcəm. Bir azdan "Şəfqət” özəl klinik xəstəxanasında görüşdük. Mənə iynə vurdu. Dedi ki, guya vurduğu müayinənin nəticəsini düzgün göstərsin deyə, qarına su yığmaqdan ötrü dərmandır. İynədən sonra nə baş verib, xəbərim olmayıb. Bir də ayıldım ki, əl-qolum bağlı əməliyyat masasındayam. Sən demə, mənə narkoz vurub əməliyyat ediblər, sağlam vəziyyətdə olan uşaqlığımı çıxarıblar”.

"ÖZÜMÜN DƏ XƏBƏRİ OLMAYIB”

Sevinc Mirzəyeva danışır ki, növbəti gün ondan xəstəxanaya 1500manat ödəyib oranı tərk etməsini istəyiblər. O isə razılığı və xəbəri olmadan əməliyyata götürüldüyünə görə həkimlərdən şikayət edəcəyini bildirib:

"Evimə, müdirimə zəng vurdum, başıma gələnləri danışdım. Dedilər, "iki gündür səni axtarırıq, artıq polisə müraciət etmək fikrindəydik”. Bildirdim ki, heç özümün də xəbərim olmayıb, müayinəyə gəlmişəm, tutub narkoz vurub əməliyyat eləyiblər. Müdirim xəstəxanaya gəlib 450 manat verdi, bildirdim ki, əməliyyatı və xərcini özümlə əvvəlcədən razılaşdırmadıqları üçün ondan artıq pul verməyəcəm”.

Deməsinə görə, xəstəxananı tərk edəndə həkim ona xərçəng diaqnozu qoyub. O da bir müddət psixoloji sarsıntı içərisində yaşayıb:

"Canımı incitdikləri azmış kimi, mənə nə boyda psixoloji, mənəvi zərbə vurdular. 3 ayın hər anını, hər dəqiqəsini həyəcanla, qorxuyla yaşadım. Psixoloji pozuntuya məruz qaldım. Hələ də psixoloq yanına gedirəm. Təsadüfən başqa bir həkimə müraciət edəndə bildirdim ki, "mənə xərçəng diaqnozu qoyulub”. Başdan ayağa müayinələrdən keçdim, həklim güldü, dedi, "səni aldadıblar”.

"BOŞ YERƏ VAXT İTİRİRSİZ”

Sevinc Mirzəyeva Türkiyə vətəndaşı ilə nigaha girmək istəyir, ancaq həkimlərin səhv diaqnozu nəticəsində sağlam uşaqlığını itirdiyindən ana olmaq şansından məhrumdur. O, həkimlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

"Sumqayıt prokurorluğuna müraciət etdim, dedilər, "get, məhkəməyə ərizə yaz. Məhkəməyə müraciət edirəm, deyir, "get, prokurorluğa müraciət elə”. Səhiyyə Nazirliyinə müraciət etdim, çağırdılar, onlar da məhkəməyə müraciət etməyimi məsləhət gördülər. Üstəlik də əlavə etdilər ki, "boş yerə vaxt itirirsiz. Bu şikayətlərinizin nəticəsi yoxdur”.

Sevinc Mirzəyevanın sözlərinə görə, 7 ay xəstəxanaya gedib gələndən sonra epikriz ala bilib.

"BÜTÜN ORQANLARI GÖTÜRÜLMƏSƏYDİ...”

AzadlıqRadiosu Şaban Əhmədovla əlaqə saxlamağa cəhd göstərsə də, alınmayıb. Həkim məsələ ilə bağlı "Qafqaznews” saytına bildirib ki, Sevinc Mirzəyeva xəstəxanaya daxil olarkən vəziyyəti ağır olub. Ona "papillar kistoma" diaqnozu qoyulub və həmin diaqnoz əsasında əməliyyata götürülüb: "Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərcəng yaranacaqdı", - həkim bildirib.

Şaban Əhmədov onu da qeyd edib ki, əməliyyata götürülməzdən əvvəl xəstə hərtərəfli məlumatlandırılıb və könüllü razılıq verib.

Səhiyyə Nazirliyindən "Qaynar xətt”ə bildirilib ki, Sevinc Mirzəyevanın nazirliyə şikayəti daxil olmadığından araşdırma aparmayıblar.

Sevinc Mirzəyeva Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Qaynar xətt”inə zəngindən sonra nazirliyin əməkdaşı tərəfindən qəbul olunduğunu, həmin əməkdaşın da ona məhkəməyə müraciət etməyi məsləhət gördüyünü deyir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü