"İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
Hadise
Oxunub: 77
1 iy 2026 | 13:19
"İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI


Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.

 "Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib.

O, anket məlumatları dəqiqləşdirilən zaman "İdrak" liseyində riyaziyyat müəllimi işlədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə vəsatət verib. O müvəkkilinin yanında əyləşməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Vəkilin növbəti vəsatəti prosesin qapalı olması ilə bağlı olub. O, vəsatəti media nümayəndələrinin verdiyi informasiyalarla əlaqələndirib.

Vəkil bildirib ki, mətbuatda iş barədə məlumat verilir və rəylərdə geniş müzakirə olunur. Müdafiəçi bildirib ki, ailənin bundan başqa iki övladı da var. Bu məlumatlar onlara da təsir edir. Tərəflər vəsatətə etiraz etməyib.

Məhkəmə hazırkı mərhələdə işin qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası S. Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.

Növbəti iclas iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."