“Metrodakı hadisəyə görə sərnişinlərdən üzr istəyirəm”
“Baş vermiş hadisəyə görə təəssüfümü bildirir və sərnişinlərimizdən bir daha üzr istəyirəm”.
“Bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend”ə müsahibəsində deyib.
V.Aslanov qeyd edib ki, hadisə zamanı təxliyə operativ şəkildə təmin olunub: “21 aprel Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermişdi və həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət göstərən TƏBİB əməkdaşlarına, Bakı metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm”.
Sədr həmçinin bildirib ki, Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb: “Ümumiyyətlə, Bakı metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub - istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür”.
O vurğulayıb ki, dizel generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə fokuslanıb: “Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri keçiririk. Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi - metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Ona görə bu halda onlardan istifadə mümkün deyil”.
Xatırladaq ki, aprelin 21-də “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Buna səbəb “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması idi.
Dünən, 18:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
Dünən, 16:00
Sabah 36 dərəcə isti olacaq
Dünən, 15:30
ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
Dünən, 13:20
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Dünən, 13:10
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Dünən, 12:26
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Dünən, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Dünən, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Dünən, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Dünən, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Dünən, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Dünən, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Dünən, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Dünən, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Dünən, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Dünən, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Dünən, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Dünən, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Dünən, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Dünən, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Dünən, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Dünən, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
16-06-2026, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
16-06-2026, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
16-06-2026, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
16-06-2026, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
16-06-2026, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?