İli köhnə avtomobil sahiblərinə şad XƏBƏR
Hadise
Oxunub: 91
7 apr 2026 | 13:37
İli köhnə avtomobil sahiblərinə şad XƏBƏR


Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Bunu nəzərə alaraq, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. Bəs hazırda bu sahədə vəziyyət necədir?

"Təmiz şəhər" ASC-dən Bizim.Media-ya "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görüldüyü bildirilib.

"Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda "Fors" MMC, Abşeron rayonunda "Fast Track" MMC, Gəncədə "Semsan" və Sumqayıtda "Eco Metal" MMC şirkəti) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib.

Mövcud tələblərə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.

Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və ya yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.

"Təmiz Şəhər" ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 25 min 300 nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.

Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1348 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilmiş, 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır".

Məlumdur ki, köhnə avtomobillər əsasən bölgələrdədir. Həmin avtomobilləri mərkəzi şəhərlərə daşımaq isə xeyli vəsait tələb edir. Ona görə də bölgələrdə yaşayan köhnə avtomobil sahibləri prosesə o qədər də həvəslə qoşulmurlar. Elə isə regionlarda qəbul məntəqələrinin açılması istiqamətində hansısa iş gedirmi?

Suala cavab olaraq qurumdan bildirilib ki, utilizatorlar özəl şirkətlərdir və müvafiq reyestrdə qeydiyyatdan keçərək "Təmiz Şəhər" ASC-nin operatorluğu ilə fəaliyyət göstərirlər:

"Cəmiyyət olaraq məqsədimiz utilizatorların sayının artırılmasıdır. Hazırda ölkə üzrə 4 utilizator fəaliyyət göstərir. Bakı, Gəncə və Abşeronla yanaşı, 2026-cı ilin mart ayından etibarən artıq Sumqayıt şəhərində də yeni utilizator məntəqəsi nəqliyyat vasitələrinin qəbuluna başlayıb.

Bölgələrdə utilizator kimi fəaliyyət göstərmək istəyən sahibkarlar "Təmiz Şəhər" ASC-yə müraciət edə bilərlər. Ölkə ərazisində nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirmək üçün müəyyən olunmuş tələblərə cavab verən şirkətlərin utilizator kimi qeydiyyata alınmasında hər hansı məhdudiyyət nəzərdə tutulmur".

Bu məsələdə maraq doğuran digər bir məqam utilizasiya qiymətləridir. Məlumdur ki, utilizasiya qiyməti bir neçə il əvvəl müəyyən edilib. Ötən dövrdə isə infilyasiyanın həcmi kifayət qədər yüksək olub.

Bəs utilizasiya qiymətlərinə yenidən baxıla bilərmi? "Təmiz Şəhər" ASC-dən bununla bağlı bildirilib ki, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü