Xocalı qurbanlarının ruhu bu gün şaddır
Hadise
Oxunub: 92
26 fev 2026 | 09:00
Xocalı qurbanlarının ruhu bu gün şaddır


Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal siyasəti etnik təmizləmə, soyqırım kimi insanlıq əleyhinə cinayətləri özündə ehtiva edir. 34 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı, qətlə yetirildi və ya əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Bu soyqırım nəticəsində uşaq, qadın və yaşlılar da daxil olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirildi. 150 nəfərin taleyindən bu vaxta qədər heç bir məlumat yoxdur. Beynəlxalq hüquqa görə hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırım hesab olunur. Yəni, Xocalıda baş verənlərin soyqırım olması faktlarla sübut olunub. Burada mülki əhaliyə qarşı vəhşicəsinə xüsusi qəddarlıq, cinayətlər törədilib. Bu illər ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində intensiv işlər aparılıb. Bu prosesdə təşəbbüskarı və müəllifi Leyla xanım Əliyeva olan “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

2008-ci ildən start götürən kampaniyanın fəaliyyəti 100 minlərlə şəxs və 115 təşkilat tərəfindən dəstəklənir. 20-yə yaxın ölkənin parlamenti, həmçinin ABŞ-nin 20-dən çox ştatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.

Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət”, cənab Prezident İlham Əliyev isə “200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi” adlandırıb.

Azərbaycan 28 ildən sonra, 2020-ci il 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alındı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Cənab Prezident 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Cənab Prezidentin söylədiyi kimi, “İkinci Qarabağ müharibəsi 2020-ci ilin noyabrında dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.

Xocalının azad edilməsindən sonra şəhərin yenidən qurulması dövlət səviyyəsində prioritet elan olunub. Bərpa prosesi mərhələli və kompleks şəkildə həyata keçirilir. Şəhərin müasir şəhərsalma standartlarına uyğun qurulması üçün yeni baş plan hazırlanıb. Keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı üçün fərdi evlər və çoxmənzilli binalar inşa edilir. Xocalının bərpası bu bölgənin sosial-iqtisadi həyatının dirçəldilməsi deməkdir. Əsas hədəf sakinlərin təhlükəsiz, rahat və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək və Xocalını inkişaf edən müasir məkana çevirməkdir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkəmizdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Dövlət başçımızın da söylədiyi kimi, “Biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü